Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri (Altı cilddə)". II Kitab. Lirik əsərləri, sufiyanə poeziyası. Ölməz eşq dastanı - "Leyli və Məcnun", eləcə də başqa irihəcmli məsnəviləri, poemaları.

Müəllif:

Məhəmməd Füzuli


Kateqoriya:

Klassika



Qısa Təsvir:

Məhəmməd Füzuli. "Seçilmiş əsərləri (Altı cilddə)". II Kitab. Lirik əsərləri, sufiyanə poeziyası.


Baxış sayı: 617
    
    


Məhəmməd Füzuli. "Seçilmiş əsərləri (Altı cilddə)". II Kitab. Lirik əsərləri, sufiyanə poeziyası.

Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şerin ən böyük nümayəndəsi Füzulidir. Özünəqədərki Yaxın və Orta Şərq xalqlarının müxtəlif dillərdə yaratdığı zəngin mədəniyyətin ziyası altında müşahidə edən sənətkar zəngin və çoxcəhətli bir irs yaratmışdır. Azərbaycan, fars və ərəb dillərində Şərq şerinin müxtəlif şəkillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, hər şeydən əvvəl, dərin humanizm ilə seçilir.