Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Samid Ağayev “Hafiz və Sultan” Tarixi roman. “Şa’ab” (İkihissəli pyes). Самид Агаев. “Хафиз и Султан”. Исторический роман. “Шa’aб” (Пьеса в двух действиях). Rusca. Автор С. Агаев - доцент Литературного института им. М. Горького.

Müəllif:

Samid Ağayev


Kateqoriya:

Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərləri



Qısa Təsvir:

Самид Агаев. “Хафиз и Султан”. Исторический роман. “Шa’aб” (Пьеса в двух действиях). Rusca. Samid Ağayev “Hafiz və Sultan” Tarixi roman. “Şa’ab” (İkihissəli pyes). Автор С. Агаев - доцент Литературного института им. М. Горького. Остросюжетное повествование, авантюрная канва, тонкий юмор и чарующее обаяние Востока - все это не оставит равнодушным взыскующего читателя.


Baxış sayı: 32
    
    


 www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


“Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği”.  Elektron kitab N 54 (09 -  2019)

 

Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə I maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın icra etdiyi “Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği” kulturoloji-geoinnovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır. 


Kulturoloji layihənin maliyyələşdirən qurum - Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: www.cssn.gov.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: www.yysq.kitabxana.net


Feysbukda   “Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği” kulturoloji-geoinnovativ layihəsi çərçivəsində rəsmi səhifə:  www.facebook.com/kreativlayihe


“Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği” bölümündəki elektron kitablar: 

www.kitabxana.net/?oper=e_kitabxana&cat=184



Самид Агаев


“Хафиз и Султан


Исторический роман


 “Шa’aб


(Пьеса в двух действиях)



Samid Ağayev


“Hafiz və Sultan”


Tarixi roman


“Şa’ab”

 

 İkihissəli pyes


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. 2019

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Аннотация к книге "Хафиз и султана"


Действие нового исторического романа Самида Агаева происходит в XIII веке на фоне второго нашествия монголо-татар. Русская девушка Лада похищена печенегами и продана в гарем персидского владыки. Ее брат, отважный охотник Егорка отправляется на поиски сестры, но сам, обманутый караванщиком, попадает в рабство.

В это время в Табризе, осажденном войсками хорезмийского султана Джалал-ад-Дина, выпускник медресе Али поступает на службу к вазиру Шамсу и безответно влюбляется в его дочь Ясмин. Правитель страны бежит, бросив на произвол судьбы свою жену Малику-Хатун. Последняя, чтобы спасти государство от разорения, предлагает себя в жены султану. Джалал ад-Дин, пытающийся собрать коалицию против Чингисхана, вынужден воевать с правителями мусульманских стран, не понимающих смертельной опасности монголо-татарского нашествия.

 

Автор С. Агаев - доцент Литературного института им. М. Горького. Остросюжетное повествование, авантюрная канва, тонкий юмор и чарующее обаяние Востока - все это не оставит равнодушным взыскующего читателя.


YYSİB – kitabxana.net – Bakı - 2019

Copyright – Самид Агаев

 

Данный текст не может быть использован в коммерческих целях, кроме как с согласия владельца авторских прав.

 

Məmməd ORUC


"Bakıdan sevgilərlə"


MOSKVADA YAŞAYAN YAZIÇI, ƏDƏBİYYATŞÜNAS SOYDAŞIMIZ SAMİD AĞAYEVƏ AÇIQ MƏKTUB


Ötən ilin son günlərində, daha doğrusu, dekabr ayının 22-də Bakı Kitab Mərkəzində mənə avtoqrafla bağışladığın "Bakıdan sevgilərlə" romanında bir haşiyə dərhal diqqətimi çəkdi.
 
Şaşırdıcı informasiya 1918-ci ildə Bakıda mart qırğınları - daha doğrusu, Bakıda müsəlman əhalinin soyqırımı günlərində müsəlman bolşeviklər-Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun harada gizlənmələri ilə bağlı idi. Oxucunu intizarda saxlamaq istəmirəm: Sənin də vurğuladığın kimi, onlara öz mənzilində sığınacaq verən Şaumyan olub. Doğrusu, romanın bu yerində bir qədər fikirləşdim: "hər məlum faktı açıqlamaq nə dərəcədə məqsədəuyğundur?" Növbəti sualı isə özümə verdim: "...Bəs biz haçan hər şeyi öz adı ilə çağırmağa başlayacağıq?"

Hər şeydən öncə böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu Açıq məktuba belə açıq-saçıq başlamağım səbəbsiz deyil; mənə elə gəlir ki, oxucu da mənim kimi bu fakta dərhal diqqət yetirəcək və bu minvalla da "Bakıdan sevgilərlə" romanını əldə eləyəcək ki, əsəri varaqlasın və bu faktın mahiyyətinə varsın.

Son həftələr daha tez-tez yazışmağımız, şübhəsiz ki, sənin nigarançılığınla bağlıdır. Amma əsla narahat olmağa dəyməz. Əgər Bakı Kitab Mərkəzi (mərkəzin direktoru Günel Anarqızı olmaqla) sənin romanını dəyərləndirərək həm rus, həm Azərbaycan dilində nəfis tərtibatla nəşr eləyibsə, bu romanın uğurundan xəbər verir. Əgər tanınmış yazıçı, kinodramaturq, Azərbaycan Yazıçıları Birliyinin katibi İlqar Fəhmi "Bakıdan sevgilərlə" kitabına ön söz yazıbsa, bu təqdimatla sənin məqsədini, məramını peşəkarcasına açıqlayıb və ümumiyyətlə, sənin yaradıcılığından, "Yeddinci yetgin", "Hafiz və sultan", "Həc yolları", "Qız qalası" kimi irihəcmli romanlarından söhbət açıbsa və bu romanları "sadəcə donuq romanlar deyil, məhz günün tələblərinə cavab verən və ilk səhifədən son səhifəyə kimi oxucunu gərginlikdə saxlayan" əsərlər kimi qiymətləndiribsə, bu özü bir dəyər örnəyidir. İ.Fəhmi vurğulayır ki, romanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Bakıda iki dildə çap olunması da zənnimizcə, həm müəllifin özü üçün, həm də Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisədir.

Bəli, əziz qardaşım, mən İlqar müəllimin bu müddəası ilə də tamamilə şərikəm: "Bakıdan sevgilərlə" romanı Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisədir və fikirləşirəm ki, mənim ziyalı borcum sadəcə bu əsəri təbliğ etməkdir. Bu məktubu da bu məqsədlə qələmə alıram.Və düşünürəm ki, "Bakıdan sevgilərlə" romanı yalnız Azərbaycan ədəbiyyatı üçün  əlamətdar hadisə deyil. Əsər təbliğ olunduqca, oxunduqca dünya ədəbiyyatı müstəvisində də öz layiqli yerini tutacaq. Bələdçi axtarmaq lazım deyil. Romandakı bənzərsiz sevgi xətləri kifayətdir.

Hadisələr iki müxtəlif məkanda və iki müxtəlif zamanda cərəyan edir: 1988-ci ilin Moskvasında və 1918-ci ilin Bakısında. Sənin qəhrəmanın 1918-ci ilin Bakısına yuxularında gedir və o yuxuların bədii təsvirində də mən 1918-ci ilin reallıqlarını gördüm. Sənin istinad etdiyin sənədlər artıq çoxlarına məlumdur. Amma sənin məharətin bu sənədləri ədəbiyyatın süzgəcindən necə keçirməyində və bu günün oxucusuna necə çatdırmağındadır.

"Bakıdan sevgilərlə" romanı, demək olar ki, dialoqlar üzərində qurulub və mən bu əsərdə "yüklənməmiş", "çəkisiz" bir dialoqa rast gəlmədim. Yüksək intellekt dərhal özünü büruzə verir. Və mənə elə gəlir ki, oxucu üçün bu, çox önəmli amildir. Etiraf edim ki, məhz bu məziyyətinə görə iki gün ərzində sənin bu yeni - məcazi mənada da yeni romanından ayrılmadım və əsəri oxuyub tamamladım.

Sovetlər Birliyi çökəndən sonra 1918-ci ilin mart soyqırımı haqqında onlarla, bəlkə də yüzlərlə irili-xırdalı əsərlər yazılıb. Müəlliflər əsasən, son olaraq ölməz C.Cabbarlının gəldiyi nəticənin üstündə qərar tuturlar: "Atan kazaklardı!"

Sənin qəhrəmanın Murad isə 1918-ci ilin mart günlərində nişanlısına qovuşmaq üçün Moskvadan Bakıya gəlmiş, bəlalarla üzləşmiş zavallı Yelizaveta Petrovnaya belə deyir:

" - Bütün bunları törədən yeni hökumətin özüdür".

Və söhbət Bakıda baş verən hadisələri öz nəzarətində saxlayan UFK-dan (Ümumrusiya Fövqəladə Komissiyasından) gedir.

Sənin matros obrazlarından biri isə zavallı qızı belə dilə tutur:

" - Siz heç qorxmayın. Bu əcnəbilər ruslara dəymirlər. Onlar ancaq bir-birilərini qırırlar".

Maraqlıdır ki, bu matros "əcnəbi" deyəndə şəhərin yerli sakinlərini nəzərdə tutur: Azərbaycanlıları və erməniləri.

Epizodik personajlardan biri isə erməniləri nəzərdə tutaraq söyləyir ki, şüşənin qapağını açıb cini buraxıblar, hər şey nəzarətdən çıxıb. Amma məlum olur ki, bu növbəti şayiədi və hər şey nəzarətdədir, yəni necə deyərlər, artıq zərb-məsələ çevrilmiş bir ifadə: "Atan kazaklardı!"

Sənin qəhrəmanın Murad mart qırğınlarına laqeyd yanaşan bir - yəhudi həmsöhbətinə şair Con Dona istinad edərək söyləyir ki, hər bir insanın ölümü mənə də aiddir. Çünki mən insanlıqla vəhdətdəyəm.

Samid, qardaşım, mən səni də, demək olar ki, romanın hər cümləsində İNSANLIQLA vəhdətdə gördüm. Yəni öncə insanlıq və sonra digər anlayışlar...

Yadımdadır, Bakı kitab Mərkəzində keçirilən təqdimat mərasimindən təxminən iki saat sonra mənə telefon açmışdın: soruşdun ki, necə keçdi? Təbii ki, mən ürək sözümü söylədim. Axı, iştirakçılar da sadəcə oxucular, kitab həvəskarları deyildi; Çingiz Abdullayev, Fəxrəddin Manafov, Şükufə Usubova, İlqar Fəhmi, Aydın Talıbzadə, Əli Əmirli kimi ziyalılarımız romanın işığına toplaşmışdılar. Sən sualları cavablandıranda inan ki, mənim qəlbim dağa dönürdü. Amma yeri gəlmişkən, bir məqama qayıtmaq istəyirəm. Söylədin ki, "Drujba narodov" jurnalında romanı bəyənsələr də, çapına razılıq verməyiblər. Məncə, əsla inciməyə dəyməz. Axı, nəyə görə "Drujba narodov" oturduğu budağa balta vurmalıdır? Özü də Samid Ağayevin baltasını. Bəyəm maraqlar dəyişib? Hələ üstəlik də romanda sənin obrazlarından birinin dediyi kimi: "İnternasional ölüb..." Ölüdən nə umursan? Elektron məktublarından görürəm ki, sən həm də romanın gələcək taleyindən nigaransan. Düzü, heç bilmirəm nə söyləyim? Əgər sən Bakıda bir vəzifə tutmuş olsaydın, sənin romanın haqqında onlarca yox, bəlkə də yüzlərcə məqalə, resenziyalar yazılardı. Bakıya gəlişini də, gedişini də ekranlaşdırardılar və s... Amma indi məsələ başqa cürdür: Sən neçə illərdən bəri seminar apardığın M.Qorki adına Dünya Ədəbiyyatı institutunu da öz ərizənlə tərk etmisən. Səbəbi təxminən məlumdur. Yeri gəlmişkən, sənin baş qəhrəmanın Murad da Moskvanın əsl simsasını özündə gizlədən bir taksi parkında sürücülük edir ki, ac qalmasın.

2002-2003-cü illərdə mən Xalq artisti Şükufə Usubovanın xahişi ilə sənin fəlsəfi-tarixi (və son dərəcə müasir) "Yeddinci  yetgin" ("Sedmoy soverşennıy") romanını rus dilindən ana dilimizə çevirib qurtaranda bilirdim neyləyim. Romanın həcmini (24 çap vərəqi) görüb çap üçün tərəddüd edənləri qınaya bilməzdim. Amma baş redaktor İntiqam Qasımzadə romanla qismən tanış olandan sonra məsuliyyəti öz boynuna götürdü. Sən demə, Anar müəllim də bu romanı oxuyubmuş, təqdimat yazdı və "Yeddinci yetgin" "Azərbaycan"ın altı sayında (2004-2005-ci illərdə) bütünlüklə nəşr olundu. Düzü, o zaman mənə elə gəlirdi ki, İslam tarixinin yaxşı mənada altını üstünə çevirən bu əsər ən azı ədəbi aləmdə partlayışa səbəb olacaq. Amma təəssüf ki, sanki dərin bir quyuya daş atdılar. Yalnız Vaqif Yusifli ədəbi tərcümə ilə bağlı yazılarının birində bu əsərdən bəhs elədi, vəssalam. Və yeri gəlmişkən, bir məzəli məqam: şair Ağacəfər Həsənli ilə birlikdə (mən sizi Bakıda tanış etmişəm) qərarlaşdıq ki, Lənkəranda - sənin ana vətənində "Yeddinci yetgin"in müzakirəsini keçirək. Amma son anda əsas "təşkilatçı" soruşdu: o bizim bir uşağı Moskvada instituta düzəldə bilər? Düzü, o zaman mən səni yaxşı tanımasam da, kamilliyin son zirvəsində olan ədəbi qəhrəmanını - İmranı tanıyırdım.

İndi, Samid, qardaşım, "Bakıdan sevgilərlə" romanının Bakıda necə əks-səda doğuracağını söyləyə bilmərəm. Amma indi sənin Bakıda, daha doğrusu, Bakı Kitab Mərkəzində Günel Anarqızı kimi arxan var.

Bəlkə mənim bu aşıq məktubumdan həvəslənib öz fikirlərini səninlə bölüşmək istəyənlər də oldu, nə bilim ... Bakıdan sevgilərlə...

P.S. Həm də deyəsən, səni maraqlandıran şeylərdən biri də romanın Azərbaycan variantı-ana dilimizə tərcüməsi idi. Bu barədə görüşəndə danışarıq. Çünki inanmıram ki, bu söhbət oxucu kütləsi üçün maraqlı ola. Məzmun çatdırılıb. Fikirlər ciddi şəkildə təhrif olunmayıb...

05.01.2019

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği”


Kreativ layihə haqqında bilgilər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsinə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təqdim etdiyi “Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği” layihəsi qalib gəlmiş və həyata keçirilməyə başlanılıb.

Maliyyə müsabiqəsinin “Ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər” istiqamətində ekspertlər tərəfindən yüksək qiymət alaraq qalib gəlmiş, may ayında gerçəkləşdiriləcək dördaylıq layihə haqqında #YYSİB sədri, layihə rəhbəri, yazıçı-kulturoloq geniş açıqlama verib.

 “55 milyonluq dünya Azərbaycanlılarının böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar və onların da arasında müasir söz sənəti nümunələrini yaradanlar, diaspor - mühacir ədəbiyyatının istedadlı nümayəndələrinin düşüncə məhsulları, əsərlərini hələ də tanınmır, lazımınca yayılmayıb. Layihə virtual imkanlardan yararlanaraq milli diaspor ədəbiyyatını  Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləyir, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılması, tədqiqi, populyarlaşmasını dəstəkləyir.

Çağımızda Azərbaycanlılarının böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar və onların da arasında müasir söz sənəti nümunələrini yaradanlar, diaspor - mühacir ədəbiyyatının istedadlı nümayəndələrinin düşüncə məhsulları, əsərlərini hələ də tanınmır, lazımınca yayılmayıb. Bu gün ənənəvi - kağız kitabın tirajının azalması, qiymətlərinin yüksək olması, çapındakı bahalıq və yayımındakı şəbəkələrin zəifliyi, eyni zamanda İnternetin nəhəng imkanları, ənənəvi yazı və oxu mədəniyyətinin yeni - virtual mütaliə vərdişləri ilə əvəzlənməsini, blokadada olan Naxçıvan, həmçinin, respublikamızın  bölgə, rayon və kəndlərimizdə yaşayan vətəndaşlarımızı, eyni zamanda, 55 mlilyonluq Azərbaycan insanının dünyanın hər yerinə səpələnməsini, qonşu Rusiya, Gürcüstan, İran, Türkiyədə kompakt halda yaşayan soydaşlarımızın milli kitablara, anadilli nəşr məhsullarına tələbatını nəzərə alıb elektron kitab, onlayn-oflayn e-kitab satışı, virtual kitab mağazası, elektron kitabxana kimi yeni kulturoloji modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi vacibdir. Layhə milli diaspor ədəbiyyatı  istiqamətində yeni prespektivlərin açılmasına yönəldilib.

Yeniyetmə və gənclərimiz Vətən haqqında düşüncələrinin formalaşmasında diaspor ədəbiyyatı və milli-mənəvi dəyərlərinin rolu danılmazdır. Son illər məktəblilər – yeniyetmə və gənclərimiz xaricdən ölkəmizə yeridilən Avropamərkəzçiliyə və Qərb kütləvi incəsənətə meyilliyinin artması, postmodern dalğalar, müxtəlif liberal dəyərlər, ifrat azadlıq, fərdin eqoist həyat tərzinin ifrat təbliği, istər-istəməz, yeni nəslin tərbiyəsinə, yaşam və dünya baxışlarına danılmaz təsirlər edir. Belə hallar isə Dağlıq Qarabağ və ətraf rayonları işğal altında qalan ölkəmiz üçün müəyyən əngəlliklər yarada bilər.

Ümummilli Lider Heydər Əliyevin ölkədaxilinə ünvanlanmış Azərbaycançılıq və Prezident İlham Əliyevin xarici ictimaiyyətə yönəli milli multukultural ideologiyasını rəhbər tutaraq  gənclərimizin bütöv Azərbaycan məfkürəsi, milli-mənəvi, vətənpərlik ruhunda böyüməsi üçün mühacirətdə yaşayan, xarici ölkələrə səpələnmiş, fəqət sağlam düşüncəli yazışı, şair, qələm adamlarının yaratmış olduğu yüksək estetik prinsiplərə cavab verən əsərlərindən yararlanmaq faydalı olardı.

Bütün bu amilləri nəzərə alıb yaradıcı şəxslərin, xüsusən də diaspor yazıçı və şairlərin gənclərin və xaricdəki soydaşlarımızın mənəvi baxımından zənginləşdirilməsində rolunu artırmaq üçün ədəbi-bədii əsərlərin, ciddi sənət nümunələrinin populyarlaşmasına, gənclər arasında yayılmasına, İnternetdə yerləşdrilməsinə böyük ehtiyac duyulur.

Milli diaspor ədəbiyyatının dünya azərbaycanlılarını sağlam kulturoloji platformada birləşməsi üçün əhəmiyyəti böyükdür. Bu istiqamətlərdə xüsusi fəaliyyətlərə ehtiyac duyulur. Həyatı kompyüter arxasında – İnternet və sosial şəbəkələrdən tanımağa başlamış, virtual reallığı həyatın gerçəkliyi kimi qəbul edən yeni nəslin nümayəndələrinə milli kimliyimizi, Vətən sevgisini, bütöv Sazərbaycan ideyasını aşılamaq vacibdir.   Genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar humanitar-mədəni dəyərlərinizi tənəzzülünə aparıb çıxarır. Diaspor ədəbiyyat nümunələri isə bu mənada bizə yardımçı ola bilər. Cəmiyyətimizin vətənə sevgi, ana dilimizə və ədəbiyyatımıza sayğı, milli-mənəvi dəyərlərlə bağlı bəzi problemlərin kəskinliyini azaltmaq, tarixən qazandığımız humanitar baxışların inkişafına xüsusi ehtiyac duyulur. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox hallarda gənclərimizin bir hissəsi liberal dəyərlər – insan haqları, kospolitizm, qloballaşma, cinsi azlıqların hüquqlarının qorunması kimi “trendlər” altında o qarayaxmalara qoşulurlar. Əlaxüsus də sosial şəbəkələrdəki müxtəlif qeyri-addi virtual aksiyalara qarşı ədəbiyyatdakı gözəl ənənələri qoymaq lazımdır.

Layihə sosial-humanitar, mənəvi-ədəbi hərəkata start verməklə, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən milli-mənəvi, vətənpərvərlik dəyərlərinin güclənməsi, inkişaf etdirilməsi, modernləşdirilməsi istiqamətində real və virtual mədəni-ictimai istiqamətlərdə fəaliyyət növlərini həyat keçirməklə sadalanan halları nisbətən zəiflətməyi qarşısına məqsəd qoyub. Hazırda kağız kitabın tirajının azalması, qiymətlərinin yüksək olması, çapındakı bahalıq və yayımındakı şəbəkələrin zəifliyi, eyni zamanda İnternetin nəhəng imkanları, ənənəvi yazı və oxu mədəniyyətinin yeni - virtual mütaliə vərdişləri ilə əvəzlənməsini, blokadada olan Naxçıvan, həmçinin, respublikamızın  bölgə, rayon və kəndlərimizdə yaşayan vətəndaşlarımızı, eyni zamanda, 55 mlilyonluq Azərbaycan insanının dünyanın hər yerinə səpələnməsini, qonşu Rusiya, Gürcüstan, İran, Türkiyədə kompakt halda yaşayan soydaşlarımızın milli kitablara, anadilli nəşr məhsullarına tələbatını nəzərə alıb elektron kitab, onlayn-oflayn e-kitab satışı, virtual kitab mağazası, elektron kitabxana kimi yeni kulturoloji modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi vacibdir.

  Aparılan uzun müddətli monitorinqlər, eləcə də sosial mediadakı onlayn-oflayn sorğular, ənənvi KİV – mətbuat və TV materialların araşdırması göstərir ki, Azərbaycan ədəbiyyatın müxtəlif istiqamətlərində istedadlarını ortaya qoyan yazıçılarımız, şairlərimiz, dramaturqlarımız, tərcüməçilərimiz, tənqidçilərimiz, esseistlərimiz, eyni zamanda, onlarla əlaqəli fəaliyyət göstərən naşirlərimiz, mətbəəçilərimiz, kitab yayımçılarımız, kitabxanaçılarımız və e-kitabla bağlı İKT mütəxəssisləri bu yeni istiqamətə indiyə qədər elə də xüsusi əhəmiyyət vermədiklərinə görə son illərdə genişlənən bu mədəniyyət sahəsi – diaspor ədəbiyyatı respublikamızda inkişaf etmir.

Ölkəmizin iqtisadi-sosial inkişafı yüksəldikcə, insanlarımızın maddi rifahı gücləndikcə vətəndaşlarda rahatlıq, arxayınlıq, rahatçılığa üstünlük verilməsi kimi cəhətlər ucalır. Respublikamızda nə diaspor ədəbiyyatı nümunələri, nə onların kağız və ya e-kitabları, rəqəmsal nəşrləri, nə onlayn-oflayn elektron kitabxana, nə də virtual – İnternet kitab satışı təşkil olunmadığına görə xaricdə yaşayan milli müəlliflər, hətta onların əsərlərini çap edən kitab yayımçıları yeni innovativ sahələrdən bəhrələnə bilmir, dünyada sürətlə inkişaf edən mədəni inteqrasiya sahələridən kənarda qalıblar. Son 10-15 ildə xaricdə elektron kitab, səsli və rəqəmsal məhsullar, e-kitabxana, İnternetüstü e-nəşr və virtual satış kimi yeni kreativ-innovativ təşəbbüslər mədəniyyət sahələrini əhatə edən yaradıcılıq sənayesi dünyanın hər yerində sürətlə inkişaf edərək incəsənətlə, bədii yaradıcılıqla məşğul olan şəxslərin maddi rifahını yüksəltməyə, millətlərin humanitar-kulturoloji birləşməsinə xidmət etsə də, bizim qələm adamlarımız hələ də köhnə metodlarla ədəbiyyatımızı – mədəniyyətimizi inkişaf etdirməyə çalışırlar. Halbuki bu sahədə nəhəng iqtisadi və kulturoloji imkanlar mövcuddur.

Hər dövrlərdə olduğu kimi, müasir cəmiyyətimizin özünün mənəvi dəyərləri, keçmişdən günümüzə gəlmə ənənələri  ilə zənginləşməsinə tələbat böyük olub: insanlarımızın, xüsusən də gənclərlə yaradıcı şəxslərimizin ikitərəfli sıx ünsiyyətinə böyük ehtiyac duyulmaqdaır. Mədəni-ruhi zənginlikləri öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətin mövcud durumu müxtəlif sosial qruplar üzrə araşdırılmalıdır. İnsanlarımızın Vətən, xalqa, doğma torpaqlara, milli dilimizə və ədəbiyyatımıza münasibətlərində hər zaman yenilik gətirmək lazımdır. Milli-mənəvi dəyərlərimizin ictimaiyyətin müxtəlif dairələrinə təsirinin öyrənilməsi, tədqiqi, araşdırılması, həm də cəmiyyətimizi zənginləşdirən mənəvi meyarların populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında araşdırmalar aparılmalı və mövcud durum təhlil edilməlidir.

Diaspor və mühacir yazıçılarımız kreativ-intellektual əqli mülkiyyət nümunələrini hələ də kağız formada kitablar vasitəsilə oxuculara çatdırmaq üçün özlərinin cibindən pul verib ənənəvi nəşriyyatlar – mətbəələrin xidmətindən istifadə edirlər: məhdüd tirajla, 300-500 nüsxəylə buraxılan nəşrlər isə 55 milyonluq soydaşlarımız bir yana, Azərbaycandakı 10 milyona yaxın vətəndaşımızın heç cüzi hissəsinə belə gedib çatmır. Əksinə, elektron kitab, rəqəmsal nəşr üçün elə də böyük maddi və texniki məsrəflər sərf etmədən müəlliflərimizin kitablarının e-nəşrini sistemləşdirmək, virtual yayımını təşkil etmək, İnternetüstü onlayn-oflayn satışını, eləcə də e-kitabxanalarda yerləşdirməklə həm oxuculara əlçatan etmək mümkündür, həm də gələcək nəsillərə yeni formatda çatdırmaq baxımından faydalıdır.

Dünyaya səpələnmiş 55 mlyonluq Azərbaycanlıların, eləcə də xaricdə yaşayıb-yaradan diaspor ədəbiyyatının tanınmış nümayəndələrinin yeni formatlı e-kitablara, anadilli nəşr məhsullarına tələbatını nəzərə alıb elektron kitab, onlayn-oflayn e-kitab satışı, virtual kitab mağazalarının təşkili, elektron kitabxanaların resurslarının zənginləşdirilməsi, klassik və çağdaş ədəbiyyat nümunələrinin gələcək nəsillərə çatdırmaq üçün Azərbaycandilli qlobal informasiya resurslarının genişləndirilməsi kimi yeni kulturoloji modellərin ölkəmizdə inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur. Eyni zamanda İnternetdə - sosial şəbəkəlrədə kreativ-innovativ fəaliyyətləri təşviq etməklə gənclərin işsizlik problemlərini aradan qaldırmaq, mədəni biznesdə - mədəniyyət sənayesində yeni iş yerlərinin açılmasına təkan vermək niyyətindəyik.

Diaspor yazıçıları arasında müasir söz sənəti nümunələrini yaradanlar, diaspor - mühacir ədəbiyyatının istedadlı nümayəndələrinin düşüncə məhsulları, əsərlərini hələ də tanınmır, lazımınca yayılmayıb. Layihə virtual imkanlardan yararlanaraq milli diaspor ədəbiyyatını  Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləyir, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılması, tədqiqi, populyarlaşmasını dəstəkləyir.

Layihə icraçıları olaraq qarşıya qoyuan məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir: 1) Mühacirətdə yaşayan diaspor yaradıcı şəxsləri və naşirlər, yayımçılar arasında innovativ formaların təbliği; 2) Kreativ sahələrdə yeni imkanların yaradılmasını təbliğ etmək; 3) Diaspor ədəbiyyatını estetik-ideoloji mənbə və e-kitab, rəqəmsal nəşrlər, səsli kitab, elektron kitabxana, virtual satış kimi yeni formatların respublikamızda tanıdılmasını, təbliğini genişləndirmək; 4) Real və virtual formada kreativ-innovativ təşəbbüsləri  dəstəkləməklə maraqlı tərəflərin günümüzün tələblərinə uyğun fəaliyyətlərinin istiqamətlərini dəyişdirərək faydalı əməklə məşğuı olunmasını situmullaşdırmaq; 5) Dünyada yaşayan soydaşlarımızı birləşdirəcək kulturoloji platforma olaraq Bütöv Azərbaycan idyalogiyasının ədəbi-estetik formasını beyinlərə yeritmək üçün diaspor yazıçılarının də dəyərli əsərlərindən yararlanmaq; 6) Yeni e-mütaliə, e-yazı və elektron nəşrlərlə çalışmaq vərdişlərinin, bacarıqlarının inkişafına təkan vermək; 7) Bu istiqamətlərdəki boşluqları aradan qaldırmaq üçün ədəbi-mədəni aksiyaların həyata keçirilməsi dəstəkləmək.

Layihə sadalanan məsələnin həlli istiqamətində bəzi problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin təcrübələrini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini dəstəkləyir.

Azərbaycan diaspor ədəbiyyatını yaradanlar, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar, sosioloqlar, yeniyetmələr, gənclər, tələbələr, əsgərlər, yazıçı və publisitlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri. Layihə diaspor  ədəbiyyatın müxtəlif istiqamətlərində istedadlarını ortaya qoyan yazıçılarımız, şairlərimiz, dramaturqlarımız, tərcüməçilərimiz, tənqidçilərimiz, esseistlərimiz, eyni zamanda, onlarla əlaqəli fəaliyyət göstərən naşirlərimiz, mətbəəçilərimiz, kitab yayımçılarımız, kitabxanaçılarımız və e-kitabla bağlı İKT mütəxəssisləri, eləcə də oxucuları, tələbə və gəncləri əhatələyir.

Layihənin fəaliyyət istiqaməti cəmiyyətin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edir. Layihədən milli diaspor ədəbiyyatına geniş təsəvvürləri və sosial təcrübələri olan yaradıcı insanları, həm də öz mədəni səviyyələrini, Vətənə sevgilərini zənginləşdirmək istəyən oxucular faydalanacaqlar. Bütövlükdə layihə mənəvi dəyərlərin gənc nəslə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir.

Diaspor yazarlarının milli-mənəvi dəyərlərimizin inkişafına, zənginləşməsinə, yeni nəsil nümayəndələrinin Azərbaycana sevgi ruhunda ideoloji-təbliğati əsərlər İnternet və sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac var. Bu istiqamətdə diaspor yazarlarının müxtəlif ədəbiyyat materiallarının yayılması, elektron resurslarında daha geniş istifadəsi real nəticələr verə bilər. Milli-mənəvi və humanist baxışlardan ibarət çağdaş ədəbiyyat nümunələri vətəndaşlarımızın estetik zövqünü formalaşdırar, müasir humanitar düşüncəmizi inkişafına səbəb olacaq. Əldə olunan nəticələrdən ali təhsil ocaqlarının, Azərbaycanşünaslıq mərkəzlərinin, mədəniyyət qurumlarının fəaliyyətində və milli ideoloji-təbliğati işlərində istifadə oluna bilər. Azərbaycanlılarımızın qonşu ölkələrdə də yaşadığını nəzərə alsaq, layihənin əhəmiyyəti anlaşılandır.

Ədəbiyyatla məşğul olan və mühacirətdə yaşayan yaradıcı şəxslər, sabiq SSRİ-dəki geniş kitab nəşri-satışı-yayımı sistemi dağılandan sonra, əksər hallarda yalnız öz şəxsi vəsaitləri hesabına kağız kitab çap etdirsələr də, bu zehni məhsullarını mədəni-humanitar düşüncə faktına - estetik düşüncəsini kreativ məhsula, intellektual əmtəəyə çevirə bilmədiklərinə görə, sosial-iqtisadi cəhətdən əhalinin həssas qrupuna yaxınlaşırlar.

Fəaliyyətimiz Bakı,İnternet və sosial şəbəkələr, yazılı və elektron KİV. Elektron kitabxanalar və resurslarvasitəsilə soydaşlarımızın yaşdığı məkanları əhatələməyi nəzərdə tutulub.

Dünyanın müxtəlif ölkələrinə səpələnən 55 milyonluq azərbaycanlılarının mənəvi-mədəni mərkəzi, adət-ənənlərimizi tədqiq edən estetik-ideoloji qurumlar Bakı şəhərində yerləşir. Qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən 55 milyonluq soydaşımız da Azərbaycan paytaxtı vasitəsi ilə maarifləndiyinə görə layihə məhz paytaxtımıza fokuslanıb. Fəaliyyət planında bir çox istiqamətdə innovativ-kreativ işlərin görülməsi nəzərədə tutulur.

1)    Layihə texniki-yaradıcı hazılıqları. Layihəyə cəlb olunacaq könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması. Tanınmış diaspor düşüncə adamlarının - ədəbi-mədəni xadimlərin, yazıçıların, araşdırmaçıların yazdıqları, dünya ədəbiyyatına uyğun ənənəvi kitablarının seçilməsi, redaktəsi, korrekturası, bəzilərinin tərcüməsi və e-nəşrə hazırlanması.

2)    Mühacirətdə yaşayan müxtəlif nəsil qələm adamlarının yazdığı kitabların elektron variantlarının hazırlanması və İnternetdə - xüsusi  elektron resursda yerləşdirilməsi.

3)     Yeni nəsil nümayəndələri və tələbə oxucular üçün intellektual-kulturoloji, ədəbi-poetik, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcüməsi, rəqəmsal formada nəşrə hazırlanması, e-kitab sərgisinin və onlayn-oflayn satışının təşkil olunması.

4)     Elektron kitabxanada xüsusi resursun, yeni bölümün yaradılması. E-kitablar müxtəlif dillərdə olacaq: Azərbaycan, rus, ingilis, türk və b. Hazırlanan materialların  İnternetdə yerləşdirilməsi üçün kitabxana.net portalının və milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

5)     Rəqəmsal nəşrə hazırlanmış e-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Sosial şəbəkələrdə e-kitabların təbliği, tanıtımı, satışı üçün müxtəlif fəaliyyətlərin qurulması. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği və genişləndirilməsinin davamı.

6)    İctimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. E-nəşrlərin şəbəkə təqdimatını və satış imkanlarının axtarılması, sosial şəbəkələrdə ardıcıl real və virtual tanıtım mərasimlərini aparılması.

7)    Yeni mediada, KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili. Layihənin sonrakı mərhələsinin hazırlanması, KİV-də media-aksiyaların təşkili. Monitorinlərin keçirilməsi. Hesabatların hazırlanması və əlaqədar orqanlara verilməsi. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.

 Xarici təsirlərə məruz qalan diaspor nümayəndələrimiz kimi mühacirətdəki yaradıcı insanlarımızın da respublikamızın hər yerinə səpələnməsi, elektron resurslarda işləyə biləcək mütəxəssis çatışmamazlığı. Yeni kulturoloji innovasiyalara hazırlıqsız, ənənvi kağız kitaba üstünlük verənlərin mühafizəkarlığı, klassik nəşrlərə üstünlük verən naşir və poliqrafiya işçilərinin konservatorluğu, e-yayım şəbəkəsinin olmaması və b. çətinliklərə baxmayaraq ədəbi-poetik əsərlərdən ibarət e-topluların, kitabların nəşri və yayılması, mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu istiqamətdə güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursların yaradılması, diaspor yazarların əsərləriylə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına çalışılacaq.

İcraçılar olaraq ayihənin icrasından gözlənilən nəticələr və davamlılıq məsələrinə xüsusi önəm veririk.

1. Yeni dövrünün texnologiyalarından və elektron alətlərindən bəhrələnərək uyğun olaraq, xarici ölkələrdə və respublikamızda yaşayan  Azərbaycan yazıçılarının ədəbi-bədi, kulturoloji-mədəni, milli-mənəvi, ideoloji-təbliğatı materialların yaradılmasına stimul veriləcək: bütöv Azərbaycan mövzusunda yeni ədəbiyyat nümunələri yazılacaq. O dəyərlərinin informasiya resurslarında tanıdılması və yayılması əsas nəticələrdən sayıla bilər. Diaspor yazıçı və şairlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına təkan veriləcək və bunların e-resurslarında, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək.

2. Nüfuzlu diaspor qələm adamları – yazarlar ilə real və virtual Azərbaycan oxucusu arasında mənəvi dəyərlər, ədəbiyyat mövzusunda şəbəkə görüşləri təşkil olunacaq. Hazırlanmış materialların elektron formalı ədəbi-kütləvi kitab formasında nəşrə hazırlanacaq, İnternetdə yerləşdiriləcək və istifadə üçün açıq yayımlanacaq;

3. Milli diaspor ədəbiyyatı ilə əlaqədar İnternet və sosial mediada ayrıca elektron resurslar yaradılması nəzərdə tutulur. Feysbuk səhifəsi təşkil edilməsi, hazırlanacaq materialların orada  yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Vətənə, ana dilimizə-ədəbiyyatımıza, humanitar estetik düşüncəmizə sayğı-sevgi hisslərinin güclənməsinə təkan verəcək müxtəlif real-virtual aksiyalar, müzakirələr təşkil olunacaq;

4. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, ali məktəblərdə, elmi mərkəzlərdə və s.  Azərbaycan diaspor ədəbiyyatının qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək;

Fəaliyyət çərçivəsində aşağıdakı maraqlı nəticələr əldə edilməsi nəzərdə tutulur.

1) Mühacirətdə yazıb-yaradan qələm adamları - yaradıcı şəxslər ilə kitab naşirləri və yayımçıları arasında kreativ-innovativ formalar təbliğ olunacaq;

2) E-kitab, rəqəmsal nəşrlər, səsli kitab, elektron kitabxana, virtual satış kimi yeni formatların respublikamızda tanıdılmasını, tətbiqinə nail olunacaq; Yeni oxu-yazı mədəniyyəti bacarıqları formalaşdırılacaq: elektron mütaliə və e-yazı vərdişlərinin  genişlənəcək;

3) Real və virtual formada kreativ-innovativ təşəbbüsləri  dəstəkləməklə maraqlı tərəflərin günümüzün tələblərinə uyğun fəaliyyətlərinin istiqamətlərini dəyişdirərək diaspor ədəbiyyatı sahəsi situmullaşdırılacaq;

4) Mədəni biznesin oturuşmasına nail olmaqla elektron kitab satışını genişləndiriləcək, müəlliflərin qonorar almasına yardımçı olunacaq. İnnovativ üsullarla və elektron nəşrlərlə çalışmaq vərdişlərinin, bu istiqamətdə bacarıqlarının formalaşdırılacaq;

5) Elektron kitabxana resursları daha da zənginləşdiriləcək, e-kitab və rəqəmsal nəşrlər sahəsində mütəxəssislərin peşəkarlaşmasına səbəb olacaq;

6) Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə təkan veriləcək və s.

Layihənin icrası nəticəsində müraciət etdiyimiz problemlə əlaqədar baş verə biləcək dəyişikliklərı xüsusi vurğulamaq istəyirik:

- Zəmanənin tələblərinə cavab verən Azərbaycan ədəbiyyatının diaspor qolunun genişlənməsi, bütöv Azərbaycançılıq mövzusunda yeni əsərlərin yazılmasına xidmət edəcək;

- Mühacir – diaspor ədəbiyyatının dəyərli nümunələri İnternet resurslarında yayılması, tanıdılması və cəmiyyətimizin estetik zövqünü yüksəltməyə təsiri güclənəcək.

 - Diaspor yazıçı və şairlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına təkan veriləcək, mövzuyla əlaqədar yeni e-kitablar hazırlanacaq və bunların e-resurslarında, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil olunacaq;

- Xaricdə yaşayan nüfuzlu qələm adamları – yazarlar ilə respublikamızın ədəbiyyatsevərləri arasında mənəvi dəyərlər mövzusunda silslə virtual görüşlər, müzakirələr keçiriləcək ki, bu sahədəki boşluqlar doldurulsun.

- Hazırlanmış materiallar elektron formalı - ədəbi-kütləvi kitab formasında nəşrlər hazırlanacaq, İnternetdə yerləşdiriləcək və istifadə üçün açıq yayımlanacaq ki, ondan da hər kəs yararlana biləcək;

- İdeoloji xarakterli milli-mənəvi, dəyərlər ilə bağlı diaspor ədəbiyyatı nümunələri İnternet və sosial mediada ayrıca elektron resurs yaradılacaq.

- Ayrıca Feysbuk səhifəsi təşkil ediləcək, hazırlanacaq materialların orada  yerləşdirəndən sonra vətəndaşlarımız və dünyada yaşayan soydaşlarımız arasında milli söz sənətimizə sayğı-sevgi hisslərinin inkişafına təkan verəcək müxtəlif real-virtual aksiyalar, müzakirələr təşkil olunacaq;

- Layihənin reallaşdırılması nəzərdə tutulan məkanda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, məktəblərdə və b. Azərbaycan çğdaş diaspor ədəbiyyatının dəyərli nümunələrinin qorunmasının, tanıdılmasının, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək, əldə ediləcək materiallar İnternetdə paylanacaq;

- Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil ediləcək ki, bu da o istiqamətdə dəyişikliklərə aparacaq.

- Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə səbəb olacaq.

Əldə olunacaq nəticələrin davamlı təsir imkanlarından asılı olaraq gələcəkdə diaspor ədəbiyyatı istiqamətində fəaliyyətin genişləndirilməsinə, problemə aid xüsusi elektron resursun, e-kitabxananın, eləcə də şəbəkə nəşrlərinin satışını özündə birləşdirəcək yeni saytların yaradılması nəzərə alınır. Elektron kitab istehsalı, yayımı, satışı, istifadəsi daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji şəbəkələrinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Kreativ biznes sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda ənənəvi kitabların yayımı ilə yanaşı, rəqəmsal nəşrlər, e-məhsullar haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək. Bu mövzuda əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi mənəvi dəyərlərimizin, o cümlədən diaspor ədəbiyyatının zənginləşməsi istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.

YYSİB olaraq ədəbiyyat, e-kitab, elektron kitabxanalar, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz kimi yüksək estetik alətlərimizin təbliği, diaspor ədəbiyyatı mövzusunda rəqəmsal kitabların, toplu və çap məhsulların nəşri istiqamətində silsilə layihələr həyata keçirmişik. Təşkilatda fəaliyyət göstərən üzvlərin əksəriyyəti yazarlar, şairlər, pedaqoqlar, qələm adamları, tanınmış imza sahibləri və milli dəyərlər sahəsində işləyən elmi-yaradıcı şəxslərdir.

Müxtəlif kreativ layihələrimiz indiyə qədərki ictimai-sosial fəaliyyətlərimiz Azərbaycan ictimaiyyətində kifayət qədər əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən hər zaman faydalanılır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün gərəkli işlər ortaya qoymağı bacarmışıq. Yaratdığımız elektron kitabxana, hazırlayaraq orada yerləşdrdiyimiz 4000-dən çox e-kitab, rəqəmsal nəşr, İnternetdə Azərbaycandilli ictimai resurs olaraq ölkəmizdə və dünyanın aparıcı nüfuzlu ali təhsil ocaqlarında, kitabxanalarında, beyin mərkəzlərində, mədəniyyət qurumlarında yüksək dəyərləndirilib. İndiyə qədər kreativ innovasiyalar, elektron kitab və İnternetüstü e-kitabxanamız ona yaxın milli və beynəlxalq mükafata, diplomlara layiq görülüb, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən buraxılmış dərsliklərdə virtual kitabxanamız şagirdlərin və tələbələrin istifadəsi üçün tövsiyyə olunan qlobal şəbəkə resursu kimi göstərilib.

Layihə çərçivəsində dövlət, bələdiyyə, vətəndaş cəmiyyəti, KİV, QHT və b. qurumlarla əməkdaşlıq edəcəyik. Onarın sırasında Azərbaycan Respublikası Diaspola iş üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, orta və ali məktəblər, KİV, İnternet, sosial media,  elektron kitabxana və b. vardır.

Reallaşdırılacaq layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. Kitam nəşri və yayımı ilə məşğul qurumların nümayəndələri, eyni zamanda AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan alimlər və mütəxəssislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.

Kreativ layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Milli QHT Forumu, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», “Ədalət”, “Bakı-xəbər”, “Mədəniyyət” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, “Space” TV,  İNK Televiziyada və digər KİV-də, İnternet saytlarında) kreativ-innovativ layihə, Elektron Şəbəkə Resursu, Virtual Kİtabxana haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihə başa çatdıqdan sonra ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Şuranın mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.

Müxtəlif KİV orqanlarında gedən materiallara, müzakirələrin səviyyəsinə, çap ediləcək kitabdakı əsərlərin dəyərinə, əhatə edəcək iştirakçıların sayına, İnternet resurslarında yerləşdiriləcək materiallara olan kütləvi müraciətlərin sayına, cəmiyyətdəki əks-sədaya və reaksiyalara görə xüsusi meyarlar işlənib hazırlanacaq və nəticələri qiymətləndiriləcək.

Həyata keçiriləcək aksiyalar, fəaliyyətlər və layihə ilə bağlı hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaqdır. AzRPY QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun,  Azərbaycan Yazıçılar Birliyinə, AMEA-nın humanitar yönümlü institutları, ölkəmizdə və xaricdə fəaliyyət göstərən ictimai-sosial, mədəni-elmi qurumların, e-Kitabxana kimi təsisatların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan milli-mənəvi dəyərlərinin, diaspor ədəbiyyatımızın geniş yayılmasına səbəb olacaq.

YYSİB Analitik-İnformasiya Bölümü