Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əsərləri". Beş cilddə. II Kitab. Dramları: "Ana", "Maral", "Uçurum", "Şeyx Sənan" və "Şeyda"

Müəllif:

Hüseyn Cavid


Kateqoriya:

Klassika



Qısa Təsvir:

ƏBöyük Hüseyn Cavidin "Əsərləri"nin II cildinə "Ana", "Maral" və "Şeyda" pyesləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından "Şeyx Sənan", "Uçurum" faciələri daxil edilmişdir.
Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi "İmlasına toxunmamalı!" qeydinə əməl olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır.


Baxış sayı: 2974
    
    


"Əsərləri". Beş cilddə. II Kitab

Tərtib edəni: Turan Cavid

Redaktoru: Teymur Kərimli

Hüseyin Cavid. Əsərləri. Beş cilddə. II cild. Bakı, "Lider" nəşriyyat, 2005, 352 səh.

XX yüzil bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilən şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir.
Şair və ədiblərimiz içərisində ən müstəsna, ən zərif və narın bir dillə yazan Cavid yaradıcılığa poeziya ilə başlasa da, Azərbaycan ədəbiyyatı tarixində daha çox dramaturq kimi şöhrət tapmış, dramatik janrın bir çox təkrarsız nümunələrini yaratmışdır. Cavidin get-gedə dramatik növün ağırlığı ilə müşayiət olunan ədəbi fəaliyyətində fəlsəfi ruhun hakim kəsildiyi poeziyasından gələn çalarların aparıcı olduğu aşkar duyulmaqdadır; onun dram əsərlərinin mühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir.
Ədibin "Əsərləri"nin II cildinə "Ana", "Maral" və "Şeyda" pyesləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından "Şeyx Sənan", "Uçurum" faciələri daxil edilmişdir.
Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi "İmlasına toxunmamalı!" qeydinə əməl olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır.

ISBN 9952-417-26-6

© "LİDER NƏŞRİYYAT", 2005