Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sevindik Nəsiboğlu. “Dünyamsan Azərbaycan”. On bir yaşlı istedadlı şair Sevindik Nəsiboğlunun ilk şeirlər kitabında onun Azərbaycana, onun əsrarəngiz təbiətinə, dağlarına, bölgələrinə, Qarabağ ağrılarına həsr etdiyi şeirləri toplanmışdır.

Müəllif:

Sevindik Nəsiboğlu


Kateqoriya:

Gənc yazarların e-kitabı



Qısa Təsvir:

Sevindik Nəsiboğlu. “Dünyamsan Azərbaycan”. On bir yaşlı istedadlı şair Sevindik Nəsiboğlunun ilk şeirlər kitabında onun Azərbaycana, onun əsrarəngiz təbiətinə, dağlarına, bölgələrinə, Qarabağ ağrılarına həsr etdiyi şeirləri toplanmışdır.


Baxış sayı: 32
    
    


 www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Kreativ ədəbi gənclik" silsiləsi. Elektron kitab N 62 (01 -  2019)

 

Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Kreativ ədəbi gənclik" silsiləsi və  kreativ-ədəbi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayımlanır. 


Kulturoloji layihənin maliyyələşdirən qurum 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: www.yysq.kitabxana.net


Feysbuk:

 https://www.facebook.com/groups/kitabxana

https://www.facebook.com/YYSQAX/



Sevindik Nəsiboğlu


“Dünyamsan Azərbaycan”



Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. 2019

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq



Redaktoru və ön sözün müəllifi: Asif HEYDƏROĞLU 


Sevindik NƏSİBOĞLU. “DÜNYAMSAN AZƏRBAYCAN”. Bakı, “Ozan”, 2018,- 48 səh.


“Dünyamsan Azərbaycan” istedadlı şair Sevindik Nəsiboğlunun ilk şeirlər kitabıdır. Burada gənc şairin Azərbaycana, onun əsrarəngiz təbiətinə, dağlarına, bölgələrinə, Qarabağ ağrılarına həsr etdiyi şeirləri toplanmışdır. Hər beytdə, hər misrada Sevindiyin sev-gisini, həssas, səmimi duyğusunu, ürək çırpıntılarını eşitmək mümkündür.

Kitab geniş oxucu auditoriyası, o cümlədən gənc poeziyasevərlər üçün nəzərdə tutulmuşdur.


UĞURLU YOL


Sevindik Nəsiboğlu çox gəncdir, dördüncü sinfi yenicə bitirib, 10 yaşı hələ tamam olmayib. Amma Azərbay-can Televiziyasında, radio və qəzetlərdə dəfələrlə çıxış edib, şeirlərini tamaşaçılara, dinləyicilərə özünəməxsus yanğı, pafos, intonasiya ilə çatdırmağı bacarır. Dəfələrlə Sevindiyin mavi ekranlardan çıxışlarına mən də baxmışam. Müşahidələrimə əsasən deyə bilərəm ki, o, yaşından xeyli böyük görünür. Özünü çox təmkinli aparır, səliqəli geyim-kecimi həmişə diqqəti cəlb edir. Müsahibini səbrlə dinləmək mədəniyyəti var, söhbətə müdaxilə etməyi, sözü yarıda kəsməyi xoşlamır.

 

Sevindik Nəsiboğlu vətənpərvər yeniyetmədir, sosial şəbəkələrdə çox fəal iştirak edir. Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, doğum və anım günləri haqqında məqalələr, xatırlatmalar yazır, görkəmli şəxsiyyətlərin vətən, millət qarşısındakı xidmətlərini peşəkarlıqla ictimaiyyətə təqdim etməyi bacarır, bu sahədə yaşıdları arasında xüsusilə fərqlənir.

Sevindik Nəsiboğlu bir yazısında qeyd edir: “Azərbaycanımıza qarşı edi-lən haqsızlıqlar, torpaqlarımızın işğalı, vətənimizin parçalanması məni hər zaman düşündürüb və narahat edib. Ona görə də yazdığım şeirlərin əsas mövzusu vətən, torpaq həsrəti, işğal olunmuş ərazilərimiz, respublikamızın müstəqilliyi, bütövlüyü və suverenliyi yolunda canını fəda etmiş vətən oğulları, qızları, istiqlal uğrunda ömrünü şam kimi əritmiş liderlərimiz, ziyalılarımız, ictimai-siyasi xadimlərimiz haqqındadır.”

Sevindik 26 iyul 2008-ci ildə atası Nəsib Əliyevin xidmət etdiyi İmişli şəhərində anadan olub (Əsli Ağcabədi rayonunun Qiyaməddinli kəndindəndir). 2014-cü ildə Xırdalan şəhər 9 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Beş yaşından yazıb-oxumağı, kompüter proqramlarını öyrənib. Vikipediya vasitəsilə zəngin biliklər əldə edib. Şeirləri “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetlərində dərc edilib. Azərbaycan Teleradiosunun “Navalça”, “Pillələr” verilişində şeirlərini səsləndirib. Qeyri Hökumət Təşkilatları tərəfindən mükafatlar və fəxri fərmanlarla təltif edilib.

***

Bu ilin may ayı idi. Həmkarım, filologiya ürzə elmlər doktoru, Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutunun şöbə müdiri Almaz Ülvi məni şöbəsində keçirdiyi gənc bir şairlə görüşə dəvət etdi. Şöbəyə daxil olanda təəccübümü gizlədə bilmədim. Görüşü keçirilən gənc şair mənim qardaşım oğlu Sevindik Nəsiboğlu idi. Almaz xanım institutun şöbə müdirlərindən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, professor Gülər Abdullabəyova, fəlsəfə doktoru Töhfə Talıbova və b. görüşə dəvət etmişdi.

Bəziləri elə düşünürdü ki, Almaz xanım Sevindiyi mənim xahişim ilə görüşə çağırıb. Tədbirin təşəbbüsçüsü və təşkilatçısı Almaz Ülvi Sevindiklə sosial şəbəkələr vasitəsilə tanış olduğunu, uzun müddət yazışdıqlarını və ilk dəfə bu gün tanış olduqları barədə ətraflı məlumat verdi. O, Sevindiyin vətənpərvərlik ruhunda yazdığı şeirləri ilə tanış olduğunu, istedadlı yeniyetmə kimi çox bəyəndiyini bildirərək sözü səbəbkara verdi.

AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutunun tanınmış alimləri qarşısında Sevindik ilk dəfə idi ki, təmkinlə, aramla çıxış edirdi. Həyəcan hiss olunmurda. O əvvəlcə özü haqqında məlumat verdi. Sonra vətənpərvərlik mövzusunda yazdığı şeirləri əzbər söylədi. Doqquz yaşlı uşağın gördüklərindən daha çox düşündüklərini şeirə gətirməsi, yaşı ilə müqayisədə biliyi, dünyagörüşü tədbir iştirakçılarını təəccübləndirirdi.

Sevindik Nəsiboğlunun təqdim olunan şeirlərini təhlil etmək və dəyərləndirmək niyətindən uzağam. Ən azı bu məsuliyyət ədəbiyyata, şeirə tələbkar olan oxucuların ixtiyarına buraxılır. Mənə yalnız istedadlı Sevindik Nəsiboğlunu qarşıdan gələn 10 yaşının tamam olması və ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik etmək, ona uğurlu yol arzulamaq missiyasını yerinə yetirmək qalır.


Asif HEYDƏROĞLU

16.07.2018


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


YYSİB Analitik-İnformasiya Bölümü