ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana
“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında
"Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" innovativ layihə.
Elektron kitab N 84 (08 - 2019)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə I-ci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəklədiyi, "Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" 5 aylıq İnnovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi:
www.facebook.com/sabitlik/?fref=ts
"Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" 5 aylıq İnnovativ layihə çərçivəsində rəsmi Feysbuk səhifəsi burada:
www.facebook.com/virtualturizmmerkezi
"Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" 5 aylıq İnnovativ layihə çərçivəsində hazırlanaraq yayımlanan e-nəşrlər burada:
www.kitabxana.net/?oper=e_kitabxana&cat=186
Uygun Aksoy, İsmet Boz, Həzi Eynalov, Yaqub Quliyev.
"Azərbaycanda orqanik kənd təsərrüfatı: hazırkı durum və gələcək inkişaf potensialı"
Elmi-sosioloji araşdırma
Kitab SİMİB tərəfindən e-nəşrə hazırlanıb
Kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
Uygun Aksoy, İsmet Boz, Həzi Eynalov, Yaqub Quliyev. "Azərbaycanda orqanik kənd təsərrüfatı: hazırkı durum və gələcək inkişaf potensialı". BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının azərbaycanca nəşri.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin həyata keçirtdiyi "Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" 5 aylıq innovativ layihə haqqında geniş məlumat...
"Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar
Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə layihəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində müxtəlif istiqamətlərdə yerli QHT-lərin aktual layihələrini maliyyələşdirir. "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər" istiqaməti üzrə "Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" adlı beşaylıq layihəsi ilə qalib gələn Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi bu günlərdə, icra planına uyğun olaraq, fəaliyyətinə start verib.
Bu haqda SİMİB Analitik-İnformasiya Xidmətindən verilən məlumatlara görə, təşkilatın bu yeni layihəsi müasir dövrün tələb və dəyərlərinə uyğun olaraq, mədəniyyət sənayesini - kreativ biznes sahələrini əhatələməklə, yeni innovativ iş yerlərinin yaradılması ilə bağlı təşəbbüslərin reallaşdırılmasını, fərqli sahibkarlıq fəaliyyətlərinin formalaşmasını dəstəkləyir.
Son illər dünyada baş verən iqtisadi böhran və dəyişikliklər, İK texnologiyaları, süni intellektin sürətlə inkişafı, ənənəvi iş yerlərinin yeni, fərqli - innovativ-kreativ fəaliyyət növləri ilə əvəzlənməsi, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı proqramlar, regionların iqtisadi cəhətdən inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı davamlı siyasətini dəstəkləmək layihənin əsas məqsədlərindəndir.
Bu baxımdan kreativ sənayemizin müxtəlif sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-mədəni nəşrlər və elektron resurslarının hazırlanması, onların İnternetdə - sosial şəbəklələrdə dəstəklənməsi, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq xarici vətəndaşların ölkəmizə turist axınına təkan verməyi nəzərdə tutan innovativ layihə, yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə fərqli yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasının təbliğinə istiqamətlənib. Müxtəlif tədbirlər vasitəsilə mədəniyyət sənayesinin - kreativ biznesin yeni formaları sayılan növlərinə daha innovativ-yaradıcı yanaşmanın vacibliyini önə çəkməklə, bu sahələrdə çalışan müxtəlif peşə sahiblərinə tanıtmaq, intellektual-elmi, kulturoloji-kreativ materiallardan, virtual məhsullardan ibarət resursların yaradılması da nəzərdə tutulur. Layihə çərçivəsində kreativ biznesin elmi-təcrübi tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahələrdəki problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.
Layihə kreativ biznes sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı kreativ biznes və mədəniyyət sahələrində yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.
Fəaliyyət planına uyğun olaraq aşağıdakı istiqamətdə işlərin görülməsi nəzərədə tutulur:
1. Layihənin fəaliyyətinə cəlb olunacaq könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması. Kreativ biznes və mədəniyyət sənayesi ilə bağlı vəsaitlərinin e-nəşrə hazırlanması, rəqəmsal kitabların elektron nəşri. Kreativ biznesinin iqtisadi-mədəni tərəflərinə aid, bu sahələr üzrə elmi-populyar ədəbiyyatların təbliğatı istiqamətində fəaliyyyətlərin təşkili.
2. 10 elektron kitab hazırlamaq. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycanda kreativ biznes, mədəni sənayesinin inkişafına həsr olunmuş sahə ədəbiyyatlarının geniş ictimaiyyətə və oxuculara tanıtmaq məqsədilə "Kreativ Biznes Mərkəzi"nin (innovativ məsafəli tədris kursu, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaratmaq və fəaliyyətinin təşkili.
3. "Kreativ-mədəni biznes" mövzusunda populyar-kütləvi toplunun nəşri və yayımı nəzərdə tutulub. Kitab 50 səhifədən yuxarı, 400 tirajla çap olunacaq. 500 tirajla buklet nəşri və yayımı layihə ideyalarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Bakıda və Sumqayıtda geniş ictimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda tanıtım tədbirlərinin təşkili, dəyirmi masa və müzakirə materiallarının vizual formada hazırlanması planlaşdırılır.
4. Kreativ biznesə aid e-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının və genişləndirilməsi. İnternetdə və müxtəlif sosial şəbəkələrdə Azərbaycanda kreativ biznes sahələri vasitəsilə gəlir əldə olunmasını təşviq edən əsas metodları tanıtmaq və təbliğ etmək nəzərdə tutulur.
5. TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin, Bakı və Sumqayıt şəhərlərində tanıtım tədbirlərinin keçirilməsi, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması, layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi, KİV-də media-aksiyaların təşkili görüləcək işlər sırasındadır.
SİMİB-nin Mətbuat Xidməti
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.