Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Hüseynbala Mirələmov. "Son səfər". Povest. Tanınmış istedadlı yazıçı H.Mirələmovun Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi yeni povest.

Müəllif:

Hüseynbala Mirələmov


Kateqoriya:

İ.Nəsimi - 650 və Nəsimişünaslıq: Kulturoloji layihə



Qısa Təsvir:

Hüseynbala Mirələmov. "Son səfər". Nəsimi haqqında yeni povest. Tanınmış istedadlı yazıçı H.Mirələmovun Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi "Son səfər" əsəri "Apostrof-A" nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povest Azərbaycan ədəbi mühitinə və "Nəsimi ili"nə mühüm töhfədir.


Baxış sayı: 155
    
    


www.kitabxana.net -  Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" kulturoloji layihə. Elektron Kitab N 102  (09 - 2019)

 

 Bu elektron kitablar Azərbaycan Respublikasının Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2019-ci ildə  maliyyə yardımı müsabiqəsi), Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikasının Gənclər Fondu - http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=187 


    "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: https://www.facebook.com/YeniYazarlar



Hüseynbala Mirələmov


"Son səfər"


İ.Nəsimi haqqında povest


Azərbaycan dilində



Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2019

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Tanınmış yazıçı Hüseynbala Mirələmovun Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi "Son səfər" əsəri  "Apostrof-A" nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Kitabın redaktoru Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ön sözün müəllifi akademik Nizami Cəfərov, naşiri Akif Dənzizadə, bədii redaktoru Sevinc Mürvətqızı, kitabdakı illüstrasiyaların müəllifi xalq rəssamı Arif Hüseynovdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povest Azərbaycan ədəbi mühitinə və "Nəsimi ili"nə mühüm töhfədir.


"Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" kulturoloji layihəsi


YYSİB-nin kulturoloji layihəsi: "İ.Nəsimi - 650": kreativ-innovativ aksiyalar


Azərbaycan Respublikasinin Gənclər Fondunun - #AzRGF - XII Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə" kulturoloji layihəsini icra etməyə başlayıb. 

"Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı gənclər tədbirlərinin təşkili" bölümü üzrə həyata keçirilən layihə haqqında #YYSİB sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş ictimaiyyət və media üçün ətraflı acıqlamalrarla çıxış edib.

Kreativ - mədəni industriya, kulturoloji turizm, art-biznes hadisəsi kimi Nəsimi və onun yaradıcılığı, fəlsəfi-etik baxışları vasitəsilə orta əsrlərdən bu yana üz tutan multukultural Azərbaycan mədəniyyətini-mənəvi aləmini həm gənclərə, həm də xaricilərə müasir dövrün tələbləri, standartları, formatları səviyyəsində tanıtmaqla kreativ turizmi inkişaf etdirmək, Nəsimi yaradıcılığını rəqəmsallaşdıraraq, beynəlxalq aləmə daşımaq, onun fəlsəfi-mədəni baxışlarını ümumbəşəri hadisə kimi yaymaq məqsədilə həyata keçirilən layihə günümüzün ədəbi-mədəni gedişatına rəng qatacaq.

Kreativ-innovativ layihə İnternet - sosial şəbəkə və yeni mediada xüsusi olaraq #BiliyimİZ həştağı ilə, virtual aksiya formasında reallaşdırılacaq, eləcə də www.facebook.com/YeniYazarlar şəbəkə ünvanlı rəsmi Feysbuk səhifəsi və www.kitabxana.net/?oper=e_kitabxana&cat=187 keçidli elektron kitabxanada xüsusi bölümü olacaq.

İmadəddin Nəsimi və onun mənsub olduğu orta əsrlər bütöv Azərbaycan tarixi - ədəbiyyat, ilahiyyat, fəlsəfə, hürufizm, sərhədləri, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri haqqında dünyanın hər yerində yaşayan 55 milyonluq soydaşlarımız, xüsusən yad mədəniyyətlər mühitində, dəyərlərin aşınması və xaricdən gələn müxtəlif təsirlər nəticəsində milli-mənəvi köçümüzdən uzaq düşmüş gəncləriz üçün İnternet, elektron kitabxana, sosial şəbəkələrdən yararlanaraq "Nəsimi" kreativ-innovativ, kulturoloji-virtual aksiyaların təşkili nəzərdə tutulur. Bu aksiyalar zamanı qədim Azərbaycanımızı çağdaş dünya sivilizasiyasının mərkəzlərindən biri kimi tanıtmaqla yanaşı, müxtəlif dillərdə ünsiyyət qura bilən gənclərimiz vasitəsilə Vətənimizin estetik-kreativ dəyərlərini dünyada tanıtmaq, respublikamıza beynəlxalq nüfuz gətirmək, milyonlarla xarici turisti ölkəmizə cəlb etmək baxımından həm də iqtisadi tərəfləri ilə cəlbedicidir. Nəsimi hürufizmin görkəmli nümayəndəsidir və Beynəlxalq "Nəsimi - hürufizm" Turizm Marşurutunun yaradılması üçün İnternet resurslarında və sosial şəbəkələrdə onun intellektual-kreativ təməllərini yaratmaq vacibdir. Layihə çərçivəsində kitab nəşri, Nəsimi, onun əsərləri, hürufizm mövzusunda müxtəlif elektron nəşrlərin hazırlanması, onların elektron resurslar, e-kitabxana və sosial şəbəkəlrdə yerləşdirilməsi, yayımı nəzərdə tutulur, eyni zamanda, yeni media-sosial şəbəkələrdə "Nəsimi" kreativ-innovativ mərkəzin təşkili nəzərdə tutulur.

Tarixi yaddaşlardakı bütöv Azərbaycan dövlətinin virtual-kreativ obrazını yaratmaq üçün İ.Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfəsi, hürufizm kimi ilahiyyat - dünyagörüşü, eləcə də insarsevərliyi kimi estetik dəyərlər sistemini XXI əsrin formatları - İKT alətləri vasitəsilə yeni nəsil nümayəndələrinə, eləcə də xaricdə yaşayanmilli diaspor və Azərbaycansevər gənclərin yaxından iştirakıyla bütün dünyaya çatdırmaq vacib məsələlərdən biridir. Bu mənada Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələləri reallaşdırmaq üçün gənclər təşkilatlarının da üzərinə böyük məsuliyyətlər düşür.

Qardaş Türkiyə Respublikasında Mövlanə Ruminin vətəni Konya şəhərinin büdcəsi məhz Rumisevər əcnəbi turistlərin hesabına formalaşdığını yada salsaq, bütövlükdə ondan heç də geri qalmmayan dahi Nəsiminin kreativ - kulturoloji tanıtımımız üçün fərqli - innovativ təqdimatlarına xüsusi ehtiyac duyulur. 3 dildə divan yaratmış, dinlərin və təriqqətlərin fövqündə duran Nəsimi yaradıcılığı, estetik-fəlsəfi düşüncəsi multikultural dünya üçün də maraqlı hadisədir.

Kreativ biznes, mədəni industriya, kulturoloji turizm hadisəsi kimi Nəsimi və onun yaradıcılığı, fəlsəfi-etik baxışları vasitəsilə ortaəsrlərdən bu yana üz tutan multukultural Azərbaycan mədəniyyətini-mənəvi aləmini həm gənclərə, həm də xaricilərə müasir dövrün tələbləri, standartları, formatları səviyyəsində tanıdılmasına böyük ehtiyac duyulur.

Layihə elektron təhsil, virtual fəaliyyət, elektron kitabxana, təqdimat-tanıtım, sosial şəbəkələrdə iş, kitab çapı kimi formatlarda gerçəkləşdirilməsi nəzərdə tutulub. 10.09.2019 - 10.12.2019 tarixlərində həyata keçiriləcək innovativ-kulturoloji fəaliyyət növlərindən ibarət layihə, Bakı, İnternet və sosial media, şəbəkələr, Abşeron və Lənkəran rayonlarında, 3 ay müddətində reallaşdırılması planlaşdırılır.

Kulturoloji Layihə aşağıdakı məqsədləri çatmağı qarçşısına qoyur:

1. Nəsimi yaradıcılığı və əlsəfəsi mövzusunda ədəbi-sənət müsabiqəsinin təşkili və yazarları, bloqerlərin o janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.

2. E-kitabxanada Nəsimi və Nəsimişünaslıq ilə bağlı əsrlərindən ibarət mini elektron nəşr bölümünü yaratmaq.

3. Nəsimi və Nəsimişünaslığa dair 20 e-kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.

4. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb Azərbaycanla və Nəsimi ilə maraqlananların istifadəsinə vermək.

5. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.

6. Gənclər arasında "Nəsimi" kreativ-innovativ aksiyaların təşkil etməklə kreativ və art turizmə dəstək vermək.

7. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək.

Real olaraq Bakıda və bölgələrdə yaşayan ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər, virtual olaraq İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyadakı Nəsimi və Azərbaycan ədəbiyyatını sevərləri, xaricdə yaşayan soydaş gənclər və tələbələri əhatələməyi hədəflənilib.

Azərbaycanda və xaricdə yaşayan əngəlli məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b. layihədən faydalanmaq imkanı qazanacaqdır. Azərbaycan Yazıçılar Birliyi, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana layihəyə yaradıcılıq-texniki dəstək verəcək ki, onun da icra mərhələləri və nəzərdə tutulan fəaliyyətlər aşağıdakılardır.

Hazırlıq. Layihəyə cəlb ediləcək komandanın təşkili. Könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması. Lazımi texniki avadanlıqların əldə edilməsi.

1. Nəsimi yaradıcılığı və əlsəfəsi mövzusunda ədəbi-sənət müsabiqəsinin təşkili və yazarları, bloqerlərin o janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.

2. E-kitabxanada Nəsimi və Nəsimişünaslıq ilə bağlı əsrlərindən ibarət mini elektron nəşr bölümünü yaratmaq.

3. Nəsimi və Nəsimişünaslığa dair 20 e-kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.

4. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb Azərbaycanla və Nəsimi ilə maraqlananların istifadəsinə vermək.

5. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.

6. Gənclər arasında "Nəsimi" kreativ-innovativ aksiyaların təşkil etməklə kreativ və art turizmə dəstək vermək.

7. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək.

Kreativ-innovativ layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdişlər isə bunlar olacağı gözlənilir:

- Prezident İlham Əliyev cənablarının mədəniyyət konsepsiyası kimi irəli sürdüyü "Nəsimi İli"nə ictimai-mədəni, kreativ-innovativ dəstək verilməsi üçün gənclərin səfərbəy olunmasına yardımçı olunacaq;

- İ.Nəsimi kimi mütəfəkkirin yaradıcılığı və fəlsəfəsi, yaratmış olduğu estetik-multikultural dəyərlərə gənclərin qayıdışı, marağı artırılacaq;

- Klassik Şərq və Azərbaycan ədəbi-fəlsəfi dəyərləri ilə yenidən və yaxından təmasda olmaq üçün gənclər üçün yeni resurslar yaradılacaq;

- Dünyanın hər yerindən İ.Nəsiminin yaradıcılığı ilə İnternet, elektron kitabxana, e-nəşrlər və sosial şəbəkələr vasitəsi ilə ani tanışlıq imkanı ortaya qoyulacaq;

- Şiddət, zorrakılıq, dini fanatizm kimi insanları ayıran cəhətlərə qarşı bəşəri motivlərdən yararlanmaq üçün rəqəmsal nəşrlər hazırlanacaq;

- Multikulturalizmin Azərbaycan variantının - Nəsimi və hürufizm qolu zənginləşdiriləcək;

- Nəsimi mövzusunda kitab çap ediləcək;

- Sosial şəbəkələrdə və İnternətdə gənclərin də yaxından iştirakıyla Nəsimi aksiyaları keçiriləcək.

- Nəsimişünaslıqda yeni formatlı - fərqli, innovativ-kulturoloji əsərlər yaranmasında gənc yaradıcı insanlar motivasiya ediləcəklər.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», “Təzadlar”, “Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, “Dünya” TV, İNK TV kimi Televiziya kanallarında və digər KİV-də, İnternet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Layihənin nəticələri və qiymətləndirilməsi aşağıdakı kimidir:

1. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mədəniyyət konsepsiyası kimi irəli sürdüyü "Nəsimi İli"nə ictimai-mədəni, kreativ-innovativ dəstək veriləcək, bu istiqamətdə gənc kreativlər səfərbəy olunacaq.

2. İ.Nəsimi kimi mütəfəkkirin yaradıcılığı və fəlsəfəsi, yaratmış olduğu estetik-multikultural dəyərlərə gənclərin qayıdışı, marağı artırılacaq.

3. - Nəsimişünaslıqda yeni formatlı - fərqli, innovativ-kulturoloji əsərlər yaranmasında gənc yaradıcı insanlar motivasiya ediləcəklər.

4. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ aksiyalar, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək virtual tanıtımlar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, Nəsimişünaslıq biliklər sahələrinin inkişafında onların rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində estetik inkişaf stimullaşdırılacaq.

5. Orta əsrlər Şərq və Azərbaycan ədəbi-fəlsəfi dəyərləri ilə yenidən və yaxından təmasda olmaq üçün gənclər üçün yeni resurslar yaradılacaq.

6. İ. Nəsimi yaradıcılığı və Nəsimişünaslıq mövzusunda 20 elektron nəşrdən ibarət e-kitabxana bölümü yaradılacaq.

7. Dünyanın hər yerindən İ.Nəsiminin yaradıcılığı ilə İnternet, elektron kitabxana, e-nəşrlər və sosial şəbəkələr vasitəsi ilə ani tanışlıq imkanı ortaya qoyulacaq.

8. İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmaqla bu sahələrdə gənclərin bilik və bacarıqları zənginləşdiriləcək, peşəkarlaşmağa yardımçı olunacaq.

9. Şiddət, zorrakılıq, dini fanatizm kimi insanları ayıran cəhətlərə qarşı bəşəri motivlərdən yararlanmaq üçün rəqəmsal nəşrlər hazırlanacaq.

10. Multikulturalizmin Azərbaycan variantının - Nəsimi və hürufizm qolu zənginləşdiriləcək.

11. Nəsimi mövzusunda toplu çap ediləcək. Layihə və kitabın tanıtım və təqdimatları təşkil olunacaq.

12. Sosial şəbəkələrdə və İnternətdə gənclərin də yaxından iştirakıyla Nəsimi aksiyaları keçiriləcək.

Kulturoloji layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:

- Davamlı olaraq o istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;

- “Nəsimi” sosial şəbəkə resursunda yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;

- İnternetdə, elektron kitabxanada, sosial mediada Nəsimişünaslıq mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir;

- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.

- Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;

-Gələcəkdə Nəsimişünaslıq və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;

- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir;

- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

Sonda onu da əlavə edək ki, təşkilat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliği, təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

YYSİB illərdir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradıb və 2000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSİB fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.


QEYD:

 

Azərbaycan Respublikasinin Gənclər Fondunun XII Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən reallaşdırılan, İnternet resurslarına yerləşdirilən materiallar layihə çərçivəsində yayımlanır. Kreativ-innovativ layihə İnternet - sosial şəbəkə və yeni mediada xüsusi olaraq #BiliyimİZ həştağı ilə, virtual aksiya formasında reallaşdırılacaq, eləcə də www.facebook.com/YeniYazarlar şəbəkə ünvanlı rəsmi Feysbuk səhifəsi və www.kitabxana.net/?oper=e_kitabxana&cat=187 keçidli elektron kitabxanada xüsusi bölümü olacaq.

 

Bütün media, yeni media, İnternet aksiyalar aşağıdakı həştaqlarla aparılır:

#AzRGF #Nasimi650 #Nəsimi650 #YYSİB #BiliyimİZ #internationalfestival #nasimifestival #nasimi650 #registernow #art #poetry #spirituality #azhistorymuseum #internationalrelations


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin

Analitik-İnformasiya Bölümü


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.




"Son səfər"in təəssüratları


Azərbaycan ədəbi-ictimai fikri tarixində çox mühüm yer tutan, təsəvvüf dünyagörüşünün ən böyük fəlsəfi- estetik interpretatorlarından biri olmaqla öz əqidəsi yolunda təsəvvürə çətin gələn məhrumiyyətlərə məruz qalmış İmadəddin Nəsiminin şəxsiyyəti, həyatı, yaradıcılığı barədə onu yetirən xalq çox gec - təxminən beş yüz il sonra geniş məlumat əldə etsə də, dahi Mücahid (və Şəhidin) ümumi (mücərrəd) obrazı nəinki xalqın yaddaşından çıxmamış, zaman-zaman sxolastik ehkamlara qarşı çıxan həqiqət axtarıcılarına sözün böyük (və üsyankar!) mənasında ilham vermişdir.

Salman Mümtazın "Azərbaycan şairlərindən Nəsimi" məqaləsi ilə Azərbaycana qaytarılan şair-mütəfəkkir haqqında Həmid Araslı, Cahangir Qəhrəmanov, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Zümrüd Quluzadə, Qəzənfər Paşayev... kimi görkəmli tədqiqatçıların əsərləri meydana çıxdıqca xalq öz dahi oğlunu daha yaxından tanımağa başlamış, 1973- cü ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyilə keçirilən 600 illik yubileyi isə İmadəddin Nəsimi barədəki milli təsəvvürə fundamental miqyas vermiş, xalq şairi Qabilin "Nəsimi" poeması, xalq yazıçısı İsa Hüseynovun (Muğannanın) "Məhşər" romanı, eləcə də "Nəsimi" filmi bu miqyası bədii təfəkkürün qüdrətilə zənginləşdirmişdir.

Lakin çoxdandı ki, Nəsimi haqqında diqqəti cəlb edən bir əsər yazılmırdı. Və görkəmli yazıçı Hüseynbala Mirələmovun "Son səfər" povesti, fikrimizcə, həmin boşluğu müəyyən qədər aradan qaldırmış oldu. Yalnız ona görə yox ki, dahi şəxsiyyət ədəbiyyatda bir daha "yad edildi", daha çox ona görə ki, Nəsimiyə tamamilə yeni ideya-estetik mövqedən baxmaq təşəbbüsü özünü göstərdi.

Bu günlərdə "Azərbaycan" qəzetində "Son səfər" povestini hissələrlə oxumaq imkanı əldə etdik. Hüseynbala Mirələmovun Nəsimisi nə Qabilin, nə də İsa Hüseynovun (Muğannanın) Nəsimisi deyil. "Son səfər" müəllifi geniş panoramlı təsvirlərə, yaxud dövrün Nəsimidə təcəssüm edən mürəkkəb fəlsəfi-ideoloji özünüifadə (və özünütəsdiq) mükalimələrinə (bu xüsusiyyətlər həm "Nəsimi", həm də xüsusilə "Məhşər" üçün səciyyəvi idi) varmadan şair-mütəfəkkirin taleyinə, əgər belə demək mümkünsə, adi bir insan olaraq nəzər salmağın təcrübəsini təqdim edir... Uzaq yolların yolçuluğundan "yorulub" vətəni Şirvana - Şamaxıya qayıdan şairlər şairi burada cəmi- cümlətanı bir neçə ay qala bilir. İdeya (və sənət!) düşmənləri onu elə ikrahedici bir paxıllıqla qarşılayırlar ki, hətta Şirvanşah İbrahimin xoş münasibəti, himayəsi də şairlər şairinin Şirvanda, ümumən Azərbaycanda yaşama arzusunu gerçəkləşdirməyə imkan vermir. Lakin şair öz ilk məhəbbətinə - Hüsniyyəyə qovuşmaqla təsəlli tapmış olur...

"1409- cu ilin yazı idi. Şairlər şairi Seyid Əli İmadəddin Nəsimi ölkə- ölkə dolaşmaqdan - məscid, karvansara və xanəgahlarda gecələməkdən, dərviş, abid, imam, şair və səyyahlarla söhbət eləməkdən yorulub, doğma Şamaxıya qayıdırdı. O, artıq belə qərara gəlmişdi ki, ömrünün yerdə qalanını ata yurdunda - kiçik qardaşı Şahxəndanla bir yerdə keçirsin..."

Yazıçı hadisələri bir nağıl təhkiyəsi sürətilə təsvir etsə də, hərdən müxtəsər təfsilatlara da diqqət yetirib şairlər şairinin tərcümeyi- halının zəruri detallarına varır:

"Seyid Əli hələ mədrəsədə oxuyarkən Hüsniyyə adında bir qıza aşiq olmuşdu, amma uzaqdan- uzağa, gizlin. Qəlbini aça, eşqini dilə gətirə bilməyən şair öz şeirlərində sevgilisini vəsf edir, ah çəkir, fəryad qoparır, hicr odunda alışıb yanır. Amma çox çəkmir ki, onun eşqlə süslənən könül bağçasını xəzan vurur...

Seyid Əlinin məhəbbətindən bixəbər olan Hüsniyyə on altı yaşında ikən valideynləri tərəfindən mədrəsədən uzaqlaşdırılır, qəti istəməsə də, zorla bir müsəllimə ərə verilir. Amma o, Seyid Əlinin qəlbində elə kök salır, elə fəsli- yaz yaradır ki, daha orada bir başqası üçün yer qalmır. Şairin bütün fikri- zikri, xəyalı və xoşbəxtliyi məhz bu sevgi ilə pərvəriş tapır".

Nəsimini Şirvana qaytarıb gətirən qüvvələrin biri də bu eşq olur. Və onu "göylər"dən "yer"ə endirən həmin eşq gerçəkliyi povestdə, çox önəmlidir ki, şair- mütəfəkkirin haqqındakı ülvi təsəvvürləri zədələmədən, məişət münasibətləri prozaikliyinə endirmədən təsvir olunmuşdur. Müəllif bütün əsər boyu zərif eyhamlarla hiss etdirir (və nəticə etibarilə, əsərin əsas motivlərindən birinə çevirə bilir) ki, şair- mütəfəkkirin ən adi hərəkətlərində də qeyri- adi dünyagörüşünün (və istedadının) hikməti var...

Nəsimi Şamaxıya gəldiyi ilk gecə kiçik qardaşı Şahxəndanın yiyə durduğu evlərini daşa basırlar...

"Evlərinin daşa basılması təzə hadisə deyildi. Artıq neçə müddət idi ki, məhəllə uşaqları, nəinki gecələr, hətta gündüzlər də onu rahat buraxmır, "kafir", "kafirin qardaşı" deyib sataşır, hətta təklikdə yaxalayanda döymək də istəyirdilər. Səbəb isə, əlbəttə, qardaşının yazdığı şeirlər idi. Qəribədir, bu qəzəllər, qəsidələr, qitələr onların həm çörəyi, həm də qınaq yeri idi".

Şahxəndanla Nəsiminin söhbətləri, bir tərəfdən, iki qardaşın adi məişət əhvalpürsanlığıdırsa, digər tərəfdən, kifayət qədər ciddi mətləblərin mahiyyətini aşan mükalimələrdir...

"Şahxəndan dedi:

- Dadaş, mən sənə görə qorxuram, özümə görə yox... Əslində mənimlə heç işi olan da yoxdur. Məhəllə uşaqlarıdı, hərdən sataşırlar, onları da dayı oğlunun adı ilə qorxudub qaçırdıram. Mənim bütün narahatlığım sənə görədir. Çünki məni yox - mən kiməm ki - səni kafir hesab edirlər. Mən bilirəm sən kafir deyilsən, camaat isə bilmir. Nə vaxtsa, kimsə orda-burda ağzından qaçırıb ki, sən kafirsən, odur-budur düşmüsən ağızlara. Qəzəllərin, qəsidələrin də o qədər qəliz, fikirlərin o qədər qarmaqarışıqdı ki, avam camaat oxuyub heç nə başa düşmür. Başa düşməyəndə də, deyir ki, bu elə kafirdi ki, kafir!

Onlar astadan söhbət eləyə- eləyə evlərinin yolunu tutmuşdular. Şairlər şairi gülümsəyib dedi:

- Balası, sən lap böyük adamlar kimi danışırsan.

Şahxəndan güldü.

- Məni sənin yazdıqların, bir də dönə- dönə üzünü köçürdüyüm Qurani-Kərim belə vaxtından əvvəl böyütdü".

Vətənə döndükdən sonra şairin rastlaşdığı qaragüruh mühiti onu real təhlükələr qarşısında qoymaqla daha dərindən düşünməyə vadar edir...

"Seyid Əli İmadəddin Nəsimi nahardan sonra eyvanda - taxta çarpayıda uzanıb xəyallara daldı. Fikirləşdi ki, bugünkü hadisəyə necə əncam çəksin. O, həmişəlik gözəl vətəninə - Şirvana qayıdıb, evlənəcəyinə və ömrünün qalanını dost- aşna arasında keçirəcəyinə, yazıb- yaradacağına qərar vermişdi. Fəqət şirvanlıların, lap elə bakılıların da onun əleyhinə olduqlarını - düşməninə çevrildiklərini görüb sarsılmışdı. Sadəcə, qapdaşı qorxmasın deyə özünü saymazlığa vurmuşdu - guya ki, onlar fikir verməli şey deyilmiş. Əslində isə, məsələ çətin və qəliz idi. zarafat deyil, birdən- birə sənə "kafir" damğası vururlar, deməli, burada qala bilməzsən. Qara camaatın fikrini dəyişmək isə, elə də asan deyil".

Nəsiminin Şirvanşah İbrahimlə görüşləri, həm zamanın gərdişi, həm şeir- sənət, həm də şairin gələcək taleyi barəsindəki həsbi- halları povestdə istər tarixi həqiqətə sadiqlik, istərsə də ədəbi- bədii təxəyyülün inandırıcılığı baxımından maraq doğurur. Və Hüseynbala Mirələmovun müasir mövzularda yazan yazıçı olmaqla yanaşı, tarixi mövzularda qələm işlətmək təcrübəsi də "Son səfər"in yaradıcılıq- sənətkarlıq uğurunun təmin olunmasına az yardım etmir... Nəsimi öz dünyagörüşünün təbliğatçısı kimi nə qədər səmimidirsə, Şirvanşah İbrahim də sosial-siyasi şəraitin bütün ziddiyyətlərinə baxmayaraq, o qədər qərarlarında qəti, mövqeyində ardıcıldır. Lakin şair-mütəfəkkirlə müdrik dövlət xadiminin bir-birini anlaması belə hələ çıxış yolu deyil...

"Gözləri həmişə qıpqırmızı olan girdəsifət Bəhlulinin təklifi ilə Rəbiyyə xatun Qurani- Kərimi gətirib ortalığa qoydu və əlini kitaba basıb dedi:

- Bu Qurani-Kərimə and içirəm ki, bu sirri heç yerdə, heç kimə açmayacaq və İmadəddin Nəsimi adında kafərin ya sürgün, ya də qətl olunduğunu görməyincə, onu təqib etmək fikrindən dönməyəcəyəm.

Rəbiyyə xatundan sonra şair Bəhluli, şair Qulaməli, şair Qaim Şirvani, şair Əhməd Kəsirəddin, şair Tacəddin Şirvani, şair Mail Fədai, molla Ruxnəddin Xəlili, molla Seyid Məhəmməd, dəllək Nəsrəddin Zəbani, falçı Yusif Səbayi, lotu İsfəndiyar Qutluq növbə ilə bir-bir əllərini Qurani-Kərimə basıb, onun dediklərini təkrar etdilər".

Povestdə Nəsiminin "rəqib"ləri, tamamilə doğru olaraq, Şirvanşah İbrahimin də düşmənləri kimi təqdim olunur. Və sui-qəsdin qarşısı alınsa da, Şirvan (ümumən Azərbaycan) məhz qaragüruhun mənhus maraqları ucbatından öz dahi övladına sahib çıxa bilmir...

"Şamaxı narahat və həyəcanlı günlər yaşayırdı. Artıq neçə vaxt idi ki, Şamaxı və Bakı şairlərinin müraciətinə əsasən buraya Təbrizdən, Ərdəbildən, Zəncandan dəstə- dəstə adamlar gəlirdi. Həmin müraciətdə yazırdılar ki, əziz bəradərlərimiz, böyük yurdumuzun şair, qəzəlxan, mərsiyəxan və meyxanaçıları, neçə illərdi ki, Şamaxıda üzdəniraq bir şair peyda olub, öz kafir əşarı ilə nəinki müqəddəs dinimizə, hətta Allah və peyğəmbərimizə hədyanlar yazıb, hər yerdə xalqın ruhuna rəxnə salır..."

Öz tərəfdarlarını - özlərinə bənzəyənləri səfərbər edən qaragüruh şairi məhv edə bilməsə də, onun Azərbaycan hüdudlarını tərk eləməsinə nail olur.

Və konkret tarixlə başlayan əsər konkret tarixlə də başa çatır.

"1409-cu ilin avqust ayının onunda sübh çağı, o vaxt ki, hələ yol-iz aydın görünmür və yalnız məşriq səmasında üfüqin kiçik bir hissəsini ağ bir halə bürüyür, Şamaxının Seyidlər məhəlləsindən uzanan yolda iki dəvə kölgə kimi ağır-ağır uzaqlaşırdı...

Seyid Əli İmadəddin Nəsimi bu qədər dərdi, nisgili olmasına rəğmən xoşbəxt idi. Çünki ata ocağından, qardaşından ayrı düşsə də, xoşbəxtliyi insana bəxş edən dörd ünsürün dördü də onunla bir yerdə idi: sevgi, şöhrət, hörmət və nəhayət, Vətən!

Bəli, doğma Azərbaycan dilinin timsalında Vətən daim onunla idi...""Son səfər" povestində bir neçə ayın hadisələri barədə söhbət getsə də, şairlər şairinin obrazı kifayət qədər səciyyəvi cizgilərilə (və sənətkarlıqla) təsvir edilmiş, şair- mütəfəkkirin şəxsi həyatı ilə ictimai idealları arasındakı sarsılmaz əlaqə çox munis, səmimi, təbii münasibətlər kontekstində təqdim edilmişdir. Və nəticə etibarilə əminliklə demək olar ki, Hüseynbala Mirələmovun istedadlı qələmi Nəsimi haqqındakı təsəvvürlərimizi xeyli genişləndirən yeni bir ədəbi abidə yaratmaqla dahi şəxsiyyəti mənsub olduğu xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.


Nizami Cəfərov, akademik


DƏRİSİNİ SOYSALAR BELƏ, ƏQİDƏSİNDƏN DÖNMƏDİ



"Müdrik xalq" - hansı xalqa deyirlər?

" Xalqın müdrikliyi" nədir və onu necə müəyyənləşdirmək olar?

Maraqlı suallardır, deyilmi?

Xalq özü abstrakt anlayışdır, mahiyyətcə bir yerdə yaşayan, müəyyən əlamət və prinsiplərlə birləşən toplum mənasındadır.

Əvvəla, ağlı, müdrikliyi ölçmək üçün hələ ki, xüsusi cihaz icad edilməyib!

İkincisi, belə cihaz olsa belə, konkret olmayan şeyi, onun təsəvvürə gətirilməyən ağlını həmin cihazla necə ölçmək mümkündür?!

Amma həyatda "ağıllı xalq", "müdrik xalq" olub və yenə də var!

Əslində, hər bir xalqın ağlı, müdrikliyi onun mütəfəkkir övladlarının, görkəmli yazıçı və şairlərinin, məşhur dövlət və siyasi xadimlərinin simasında öz təcəssümünü tapır!

Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Üzeyir bəy Hacıbəyli təkcə şair, yazıçı, dramaturq, bəstəkar deyil, həm də xalqımızın düşüncə, istedad, yaradıcılıq və müdrikliyini təzahür etdirənlərdir.

Heydər Əliyev kimi siyasət nəhəngini yetişdirən xalqa necə ağıllı, müdrik deməyəsən?!

Azərbaycan xalqı dünyada belə şəxsiyyətləri ilə tanınır, sevilir!

Nizami Gəncəvi müdriklik simvoludur!

Məhəmməd Füzuli Şərqin ən böyük aşiqi, məcnunudur!

Mirzə Fətəli Axundov görkəmli dramaturq, filosofdur!

Üzeyir bəy Hacıbəyli dahi bəstəkardır!

İmadəddinn Nəsimi isə filosov-şair olmaqla bahəm, həm də dünyada dönməz əqidə sahibi kimi də tanınır!

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz - özü öz dönməzliyinə belə qiymət verib!

Dövlət başçısı cənab İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan etdi.

Hamının ürəyindən olan bir qərardır!

Dünyaca məşhur olan mütəfəkkir şairlərimizi daim özümüz də öyrənməli, əsərlərini dönə-dönə oxumalı, yorulmadan təbliğ etməliyik.

Çünki onlar həm də xalqımızın ağlının və müdrikliyinin, yüksək amal və ideallara sadiqliyinin göstəriciləridirlər.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə çoxsaylı şair, yazıçı, bəstəkar və siyasi xadimlərimizin yubileyləri (keçmiş Sovetlər İttifaqı və dünya miqyasında) keçirildi, əsərləri təkrar-təkrar nəşr edildi, abidələri ucaldıldı.

Nəsiminin də təntənəli yubileyi keçirildi, heykəli qoyuldu, həyatından bəhs edən iki seriyalı "Nəsimi" filmi çəkildi.

Xalq ulu öndərin bu sahədəki xidmətlərini də minnətdarlıqla xatırlayır.

"Nəsimi ili"ndə çoxsaylı, rəngarəng və bir-birindən maraqlı tədbirlərin keçiriləcəyi, görkəmli şairimizin əsərlərinin yenidən çap olunacağı şübhə doğurmur.

Yeni bədii filmin çəkiləcəyi isə gözlənilmir...

Sevimli yazıçımız, millət vəkili Hüseynbala Mirələmov bu sahədəki boşluğu doldurmaq üçün cəsarətli addım atmışdır...

Nəsiminin həyatından bəks edən "Sonuncu səfər" adlı povestini tamamlayaraq redaksiyamıza təqdim etmişdir.

Çox yerinə düşən bu gözəl əsərin oxucularımız tərəfindən də maraqla qarşılanacağına əminliklə onu kiçik parçalarla "Azərbaycan"ın səhifələrində dərc edirik.

Bunun həm də bizim "Nəsimi ili"ndə oxucularımıza birgə sürpriz hədiyyəmiz olacağını güman edirik.

...Əsəri oxuyub qurtardıqdan sonra onun gözəl bir filmin ilkin ssenarisi olduğu qənaəti də yaranır...


Bəxtiyar SADIQOV, 
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili.