Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Taleh Cəfəroğlu. "Zülmətdən keçən işıq". AYB-nin üzvü, istedadlı köçkün şairin dördüncü şeirlər kitabı.

Müəllif:

Taleh Cəfəroğlu


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Taleh Cəfəroğlu. "Zülmətdən keçən işıq". AYB-nin üzvü, istedadlı köçkün şairin dördüncü şeirlər kitabı.


Baxış sayı: 31
    
    


        www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan ədəbiyyatı” - Elektron kitab N 02 (48 - 2020)

 Bu elektron nəşr www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Çağdaş Azərbaycan ədəbiyyatı”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Kulturoloji layihəni dəstəkləyən qurum:


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

 www.yysq.kitabxana.net 


Taleh Cəfəroğlu


"Zülmətdən keçən işıq"


Şeirlər toplusu


Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2020

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı: 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü


Taleh Cəfəroğlu. "Zülmətdən keçən işıq". AYB-nin üzvü, istedadlı köçkün şairin dördüncü şeirlər kitabı.


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik-İnformasiya Bölümü


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



           ALIN  YAZISI


   Həyatda  “alın yazısı” deyilən bir məfhum var. Gəncikən bu həqiqətə biz inanmasaq da,  yaşa dolduqca, kamilləşdikcə  bunun həqiqət olmasına inanmaya bilmirik.  Bəlkə də bu “yazı” alnımıza ana bətninə düşdüyümüz  andan, mayalandığımız vaxtdan  yazılır!

   Kiminin şair, kiminin rəssam, kimin bəstəkar, olması elə, bəlkə də o vaxtdan tanri tərəfindən müəyyənləşdirilir.  Bəlkə də Taleh Cəfəroğlunun da alnına şairlik elə ana bətninə düşdüyü andan yazılmışdır. Belə bir həqiqət var ki, natiqlər “yetişir, şairlər doğulur”.Doğrudan da rəssamlığın, bəstəkarlığın akademiyası olduğu halda, şairliyin adi bir fakültəsi də belə yoxdur.

   Qarşımda bir kitab var--“Zülmətdən keçən işıq”. Bəlkə də bu “işıq” Talehin qəlbinə anasinın qaranlıq qoynundan süzülüb axmışdır ki, bu gün doğulan yüzlərlə şeir  o işığın nurundan  süzülüb “göllənmişdir”!

   Şairlərə xalqının, soyunun,  kökünün yerinə danışmaq  səlahiyyətini,  hər iki dünya sərvəri böyük peyğəmbərimiz,  Məhəmməd peyğəmbər vermişdir.  Böyük Türk mütəfəkkiri Farruk Çənlibel deyirdi  -şairlik kef deyil, ömürlük üzüntü, əzab-əziyyət və sarsıntı deməkdir. Yazılan hər bir şeirin arxasında azı iki, üç dəfə,  bəlkə də daha çox ölüb-dirilən bir şair ürəyi, bir şair taleyi dayanır.

   Taleh Cəfəroğlu da ürəyi  ayrılıqdan, həsrətdən paran-parça olan minlərlə soydaşlarımızdan  biridir, Vətən dərdi, Kəlbəcər həsrəti onu qayğısız yaşamağa bircə an belə buraxmadığını aşağıdakı “Kəlbəcər” şeirindən aydın görürük:


Bax, bu gün geyindi qəm libasını,

Bax , bu gün alışdı, yandı Kəlbəcər !

Bax, bu gün buz oldu ana qolları, 

Bax, bu gün soyuqdan dondu Kəlbəcər !


   Taleh Cəfəroğlunun şeirləri Dədə Şəmşir sazından, Bəhmən hikmətindən, Sücayət həsrətindən, Ənvər “heyrətindən” süzülüb gəlmişdir.

   Taleh Cəfəroğlu gənc olmasın baxamayaraq, onun şeriləri çiçəklərin ətrindən, bulağın saflığınından,  yaz mehinin titrəyişindən, qayanın sərtliyindən, palıdın möhtəşəliyindən,  təbətin min-bir  rəngə çalan möcüzələriylə yanaşı,  Dədə Şəmşir sazından, Bəhmən hikmətindən, Sücayət həsrətindən, Ənvar “heyrətindən” myalanmışdır. Bu elə bir mayadılr ki, heç vaxt, heç zaman qurumur, tükənmir, insanın, xüsusən yaradıcı insanı hex vaxt tərk etmir, yüzlərlə, minlərlə şeirin, əsərin, xatirənin yazılmasına səbəb olur, bu halal maya daşın üstündə çiçəyi bitirə bilir, ən ağır dərd dağlarını çiynində götürə bilir, bu günün dərdlərini şeirin diliylə gələcək illərə yetirə bilir. Nəhayət bu maya gücə, qüvvətə, qüdrətə, qeyrətə dönüb alçaq düşməni böyük həqiqətin ayağına gətirə bilir.


Ölsəm ağlama, oğlum, bayrağıma bük məni,

Yandır, külümü götür,Vətənimə tök məni.

Talehəm, hər qarışda, hər addəmda ək məni,

Canım Vətənə fəda, mən ona and içirəm !


   Taleh üçün Kəlbəcər bir rayonun, bir mahalın, adı deyil. Kəlbəcər qoyub gəldiyi evin ,ocağın adıdır, köhləninin şahə qalxdığı, sürüsünün yayıldığı örüşün, çörəyinin ətrini unuda bilmədiyi təndirin adıdır və obrazıdır. O,Kəlbəcəri kənd-kənd, oba-oba deyil, bütöv bir dünya kimi görür. Haraya getsə, harada yurd-yuva salsa da, oraya bütölüyün işığını salır.


Biz arsızıq, dünya bizə dar olmur,

Biz söyüdük, bizdə sənə bar olmur.

İyirmi beş il əsirlikdə “yar” olmur,

Çıx, ay mənim əsir olan Vətənim !


  Nəzər salsaq,Talehin şeirlərində acı bir üsyan, qəzəbli bir həsrət nəzərə çarpır. Onun “Ağlama şəhid anası” şeirini qəzəbsiz oxumaq mümkün deyil.


Tanrı sevir mələkləri,

Əsir cənnət “küləkləri”.

Nalə çəkib, ürəkləri--

Dağlama, şəhid anası,

Qisas vaxtı yaxındadı,

Ağlama, şəhid anası !


   Taleh öz duyğularını sözə çevirib, ona poetik nəfəs verməyi bacaran söz  əhlidir.  Onun şeirləri ona görə oxucunun qəlbinə yol  tapır ki, orda işlənilən hər bir ifadə, lirik ricət insanın ruhuna doğmadır, yaxındır. Onun müraciət etdiyi obyektlər də çox sadədir, həmdə Taleh müraciət etdiyi istənilən obyektə maraqlı süjet qurmağı bacarır. Taleh Cəfəroğlu  geniş  bədii  təxəyyülə, coşqun ilhama, orijinal deyim tərzinə malik şairdi. O yazdığı istənilən şeirində bitkin süjet qurmağı, bədii təsvir vasitələrindən ustalıqla, yerli-yerində istifadə etməyi bacarır. Talehin yaradıcılığı təkcə Vətən mövzusu ilə bitmir.Onun təbiət gözəlliklərinə, dövrün təzadlarına həsr olunmuş şeirlərinə,  hətta silsilə divanilərinə, təcnislərinə, sevgi  şeirləinə də rast gəlirik. Bunların hərəsindən bir  bənd misal gətirmək kifayətdir. Təbiətin təsvirinə həsr etdiyi şeirlərindən “Dağlar” şeirindən bir bənd misal gətirmək məqsədə uyğun olardı.


Dərdin, qəmin xəstəsiyəm,

Bir kamanın bəstəsiyəm.

Qərib könül xəstəsiyəm,

Təkcə sənə “yaram” dağlar !


   Və yaxud divanilərindən bir bənd:


İnsanlığı dərk eləməz, yoldan ötən hər naşı,

Zərgər taxmaz üzüyünə, parıldayan hər qaşı.

Rəva bilmə astarına, yamaq vurma nimdaşı,

İç üzünü göstərəndə, bezin abırdan gedər !


   Təcnisə gəldikdə, təcnis heca vəznininin  ən ağır formasıdır.Talehin yazdığı təcnislər, orijinal deyim tərzindən, işlənməmiş  cinaslardan ibarətdir, 


“Qanadı axı” təcnisinin bir bəndinə nəzər salaq:


Həsrətin, ay zalım, mən əsirindi,

Açmağın xeyri yox, mənə sir(r) indi.

Sən azad bir quşsan, mən əsir indi,

Sınıqdı eşqimin qanadı axı...


  Taleh Cəfəroğlunun yaradıcılığında məhəbbət mövzusu xüsusi bir yer tutur. Orda hisslərin səmimilyi və axıcılığı çox inandırıcı boyalarla təsvir edilir. Mən buna misal olaraq şairin “Dedim-dedi” şeirinin üstundə dayanmaq istəyirəm. Yaxşı fikir verin, görün bu şeirdə şair öz duyğularını necə səmimi, necə incəliklə verə bilmişdir, mən bu altı bənddən ibarət olan şeirin üç bəndini oxucuların ixtiyarına verirəm:


Dedim--bir etiraf edirəm sənə,

Vədəsi çatanda edərsən--dedi !

Dedim icazə ver, girim qəlbinə,

Orda tənha qalıb, bezərsən--dedi !



Dedim -bu sevgidə payım ol mənim,

Dedi -gəl əvvəlcə tayım ol mənim.

Dedim  -baharım ol, yayım ol mənim,

Atəşimdə yanıb, bişərsən -dedi !


Dedim -qoy  mən olum, bir səhər mehi,

Dedi -gəl incitmə, gül üstə şehi.

Dedim -sev, qurbanlıq istə Talehi,

Deyəsən bax buna, dəyərsən -dedi !


     Nəhayət, dəyərli oxucular, elə hecab edirəm ki, Taleh Cəfəroğlunun “Zülmətdən keçən işıq” kitabı da poeziyasevərlər tərəfindən maraqla qarşılanaraq böyük oxucu məhəbbəti qazanacaq. Şairə bu ağır və şərəfli sənət yolunda uğurlar arzulayırıq.



                 Məhəbbət  Kəlbəcərsiz.


                 AYB-nin üzvü. Şair.


                 06  noyabr  2019.