Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Mir Cəlal Paşayev. "Bir gəncin manifesti" romanı. I hissə. XX əsr Azərbaycan irihəcmli bədii nəsr əsərləri arasında ən dəyərli nümunəsi sayılan roman. Elektron formatda

Müəllif:

Mir Cəlal Paşayev


Kateqoriya:

Mir Cəlal Paşayev. Elektron kitabları



Qısa Təsvir:

Mir Cəlal Paşayev. "Bir gəncin manifesti" romanı. I hissə. XX əsr Azərbaycan irihəcmli bədii nəsr əsərləri arasında  ən dəyərli nümunəsi sayılan roman. Elektron formatda.


Baxış sayı: 1276
    
    


www.kitabxana.net -  Milli Virtual-Elektron Kitabxananın təqdimatında


  “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” adlı kulturoloji layihə. Elektron Kitab N 75 (22 - 2020)

 

 Bu elektron kitablar Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (2020-ci il maliyyə yardımı müsabiqəsi), Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikasının Gənclər Fondu - http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=192 



   “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” adlı kulturoloji layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: https://www.facebook.com/YeniYazarlar



Mir Cəlal Paşayev


"Bir gəncin manifesti" romanı


I hissə

 

Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2020

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı: 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü


Bu elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti"   layihəsi çərçivəsində hazırlanmışdır. Kitab tələbə  gənclər və ge­niş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Mir Cəlal Paşayev. "Bir gəncin manifesti" romanı. I hissə. XX əsr Azərbaycan irihəcmli bədii nəsr əsərləri arasında  ən dəyərli nümunəsi sayılan roman. Elektron formatda.

 

 

II hissə burada:

© Yeni Yazarlar və Sənətçilər

İctimai Birliyi, 2020


Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti”

#AzGF maliyyə dəstəyi ilə #YYSİB-nin kulturoloji layihəsi


Azərbaycan Respublikası Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi oktyabırın ortalarından “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" adlı növbəti maraqlı kulturoloji layhəsini həyata keçirir.

YYSİB Analitik-İnformasiya Bölümünün açıqlamasına görə, layihə gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi və animasiya və bədii filmlərin (sosial çarxların) hazırlanması mövzusundadır. Layihə görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri vasitəsilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 55 milyonluq azərbaycanlılar, xüsusən uşaq, yeniyetmə və gənc soydaşlarımız - kreati-intellektual düşüncə sahibləri arasında tarixi vətənləri olan Azərbaycana sevgi və sayğını artırmaq məqsədilə innovativ-vətənpərvərlik aksiyaları özündə cəmləyir. İnternet resurslarından - sosial şəbəkələr, yeni media orqanları, videopaylaşım platformalarının imkanlarından yararlanaraq, elektron-virtual formada Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri ilə motivasiya formasında yeni nəsil arasında vətənpərvərlik tərbiyəsi işi gücləndirilməsinə yönəldilir. Bunun üçün respublikamızın bir sıra yerlərində, eləcə də xaricdə yaşayan diasporumuzun görkəmli simaları, gənc bloqqerlər, şəbəkə istifadəçiləri, tanınmışlar və sadə oxucular tərəfindən əsərin audio-vizual formatda, oxucular tərəfindən səsləndirməklə, video çəkiliş aparmağı, film formasında hazırlanması və İnternetdə yayımının təşkili, kitabın bir sıra dillərdə tərcümə variantının elektron formada şəbəkə resursları və e-kitabxanaya hazırlanması, həmçinin, yayımı, o əsər haqqında yazılan filoloji materiallardan ibarət e-almanax hazırlayıb e-kitabxanada yerləşdimək, müəllifin aforizmlərindən ibarət kitabın çapı, yayımı, təqdimatı, sosial şəbəkələrdə təbliğatı nəzərdə tutulur. Kitabdan parçalar oxuyanlarda Azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə maraq artacaq.

Görkəmli yazıçı, dəyərli alim və pedaqoq Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərinin elektron variantda hazırlanaraq gənclərə çatdırılması, həm də yeni media və sosial şəbəkələrdə layihəyə İKT dəstəyi verilməsi üçün kreativ innovasiyalar yaratmaq vacibdir.

Əsas məqsəd Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki vətənpərvərlik intonasiyanı gənclərimizi innovativ-kreativ birləşdirən bütöv milli-mənəvi kitab kimi motivasiya formasında təbliğ etməkdir. Gənclərin yeni İKT texnologiyaları, Feysbuk, Youtube, İnstagram, Tvviter, TikTok, həmçinin, Vatsap kimi plotformalarından yararlandığını nəzərə alaraq bu əsərin səsli və görüntülü formasını (audio-video format), eləcə də elektron variantda yayıma hazırlamaqla İnteretdə trend yaratmaq mümkündür.


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Bu elektron kitablar Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (2020-ci il maliyyə yardımı müsabiqəsi), Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” adlı kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:


Azərbaycan Respublikasının Gənclər Fondu - http://youthfoundation.az

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:

http://www.yysq.kitabxana.net

Bu silsilədən olan digər e-kitablarını buradan oxuyun:

http://kitabxana.net/?oper=e_kitabxana&cat=192

“Bizi innovativ-kreativ birləşdirən kitab: Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” adlı kulturoloji layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin:

https://www.facebook.com/YeniYazarlar

 

Bütün media, yeni media, İnternet aksiyalar aşağıdakı həştaqlarla aparılır:

#AzGF #MirCəlalPaşayev #MirJalalPashayev #YYSİB #BiliyimİZ #kitabxananet #AzərbaycanGənclərFondu 

#YeniYazarlarvəSənətçilərİctimaiBirliyi #MirCəlal #MirJalal


YYSİB İctimaiyyətlə  Əlaqə və Analitik-İnformasiya Bölümü



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Mir Cəlal. "Bir gəncin manifesti" romanı...



Mir Cəlal XX əsr Azərbaycanın ədəbiyyat, mədəniyyət və elm tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmişdir.

Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Lakin sonralar ailəsi Gəncə şəhərinə köçüb, ibtidai təhsilini burada alıb, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirib.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" ... hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstəribr".

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.