ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
Torpağı Vətənə çevirənlər
YYSİB-nin vətənpərvərlik, kreativ e-kitablar seriyası
Elektron kitab N 53 (09 - 2021)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, “Torpağı Vətənə çevirənlər” gənclər üçün motivativ real və virtual hərbi-vətənpərvərlik aksiyaların təşkili” mövzusunda hərbi-vətənpərvərlik, kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Gənclər Fondu - http://youthfoundation.az
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
https://kitabxana.net/e-library.php?cate=194
44 esse. Toplu
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2021
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Gənc xanım müəllifin II Qarabağ savaşı haqqında 44 essedən ibarət toplusunda Müzəffər Ordumuzun qəhrəman əsgərlərinin igidlikləri əks etdirilir.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Torpağı Vətənə çevirənlər: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi
Azərbaycan Respublikasinin Gənclər Fondunun 2021-ci il qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarinin müxtəlif layihələri maliyyələşdirilir. Maliyyə yardımı alan təşkilatlardan biri də tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyidir. Təşkilatın “Torpağı Vətənə çevirənlər” gənclər üçün motivativ real və virtual hərbi-vətənpərvərlik aksiyaların təşkili” mövzusunda layihəsi bu baxımındandan maraqlı fəaliyyət növləri ilə yeni nəslin nümayəndələrinin marağına səbəb olacaq.
Motivasiyaedici kreativ layihə
Bu ilin oktyabr-dekabr aylarını əhatə edən üçaylıq layihə gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi və animasiya və bədii filmlərin, sosial çarxların hazırlanması istiqaməti üzrə həyata keçirilir.
Müzəffər Ali Baş Komandan və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Ermənistanın işğalına qarşı başladığı 44 günlük anti-terror əməliyyatları, ardıyca da II Qarabağ Vətən Müharibəsi iştirakçılarının Möhtəşəm qələbələrinin gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyverici, ideoloji məsələlərindən biridir.
Layihə özündə çoxşaxəli gənclər üçün motivativ real və virtual hərbi-vətənpərvərlik aksiyaları, fəaliyyət növlərini cəmləyir: əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyaların təşkilidir. Son illərin pandemiya qadağaları, iqtisadi enişlər, dünya iqtisadiyyatının böhranı, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alacağı proqnozlaşdırılır. Üstəlik müharibə qələbəsini Vətənin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. “Veytnam sindromu” ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, mülki vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Prezident və I Vitse-Prezident, eləcə də dövlət qurumları, ictimaiyyət tərədindən qazilərə göstərilən qayğı təbliğ edilməsi vacibdir.
Unikal qələbənin salnaməsini yaratmaq üçün fərqli müəlliflərin, qazlərin, hərbiçi jurnalist, şair, yazıçı, bloqqerlərin əsərlərindən ibarət kağız almanaxın çapı, onun elektron formasının hazırlanması, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Qələbə 2020” seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar vasitəsilə gənclərin motivasiya edilməsi əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Layihənin əsas məqsədi
Əksər post-müharibələr zamanı olduğu kimi, Qarabağdakı II Vətən müharibəsindən sonra psixoloji gərginliklər keçirmiş hərbiçilərimiz – qazilər, yaralılar, əlilər, müharibə qurbanlrının ailə üzvlərinin mülki həyata adaptasiyasına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qruplarını birləşdirilməsinə, onların və gənclərimizin iştirakı ilə Vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın lmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında – rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. “Smart Qarabağ”, “Ağıllı rayon/şəhər/qəsəbə/kənd” proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirmək, müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdirərik.
Əsas hədəf qrupu kimi real olaraq müharibə iştirakçıları, qazilər, bakıda və bölgələrdə yaşayan, ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər götürülüb. Virtual olaraq isə daha geniş kontingenti – İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri – xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ – elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b. əhatələmək planlaşdırırlar. Layihə real olaraq 100-i əhatələyir: ölkəmizdə və dünyanın hər yerindən İnternetüstü virtual yararlananların sayı 10 000 nəfərə yaxın ola bilər.
İcra müddətində görüləcək fəaliyyətlər və işlər
Möhtəşəm qələbənin salnaməsini yaratmaq üçün fərqli müəlliflərin, qazlərin, hərbiçi jurnalist, şair, yazıçı, blogerlərin nüxtəlif janırlarda qələmə aldıqları əsərlərdən ibarət “Torpağı Vətənə çevirənlər” adlı kağız almanax çap ediləcək, elektron formatda hazırlanaraq yayımlanacaq. Yeni İKT imkanlarından bəhrələnərək “Qələbə 2020″ seriasından müxtəlif müəlliflərin silsilə elektron kitabları – 30 rəqəmsal nəşri hazırlanacaq, İnternet resurslarında, elektron kitabxanada yerləşdiriləcək. Xüsusi elektron kitabxananın alt-bölümünün yaradılacaq, orada e-nəşrlərin sərbəst yayımları təşkil olunacaq. İnternetdə, sosial şəbəkələrdə, saytlarda, yeni media orqanlarında, elektron resurslarda, e-kitabxanada virtual aksiyalar və tədbirlər təşkil olunacaq, mütəmadi keçirilməsi. “İntellektual gənc əsgər” sosial şəbəkə resursunun yaradılacaq, ardıcıl zənginləşdiriləcək, davamlı fəaliyyətinin təşkil ediləcək. Ənənəvi media və onlayn TV vasitəsi ilə gənclərin motivasiya ediləcək, Vətən naminə dünyada yaşayan yeni nəsil br amal ətrafında birləşdirilməsinə çalışılacaq. Layihənin davamlılığını təmin ediləcək, hesabatların hazırlanacaq, AGF-na və əlaqədar qurumlara təqdim ediləcək. Azərbaycan ədəbiyyatında müsbət qəhrəman obrazını canlandıran əsərlər vasitəsi ilə gənclərə Vətəni sevdirmək, vətənpərvərlik ruhunda yetişməsinə dəstək vermək, 55 milyonluq dünya azərbaycanlılarına, xüsusən də yeni nəsil nümayəndələrinə çatırmaq üçün aşağıdakı formalarda nəşrə, yayıma hazırlanacaq. Sosial şəbəkələrdə və İnternetdə vətənpərvərlik trendi kimi tanıtmaqla bu istiqamətdə motivasiya məhsulu kimi yeni nəslə aşılamaq, gəncləri həvəsləndiririləcək. İnternetdə yeni mütalifə və virtual- kreativ aksiyalara başlamaqla, sosial şəbəkələrdə vətənpərvərliyi ideoloji-estetik hərəkatı kimi gənclərin imkanlarını səfərbəy ediləcək. İnternet, Feysbuk, Tvviter, TikTok Youtube və b. sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənəcək, ayrıca sosial şəbəkə resursunun yaradılacaq, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin genişlənməsinə nail olunacaq.
Layihənin tanıtımı
Kreativ layihə həyata keçirilərkən, yeni formalardan yararlanaraq fərqli tanıtımları, təbliği və ictimaiyyətə çatdırılmasına çalışılacaq. Bunun üçün düzgün işlənmiş media-plan vasitəsi ilə fəaliyyətlər gerçəkləşdiriləcəkdir. Virtual aksiyaların təşkili, İnternet, Feysbuk, Tvviter, TikTok, Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənmək, ayrıca sosial şəbəkə resursunun yaradılması, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək üçün fəaliyyətlərin qurulmasına xüsusi diqqət ayrılacaqdır. Hər bir fəaliyyət zamanı layihənin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına önəm veriləcək. Telekanallarda, yeni mediada, ölkəmizin nüfuzlu mətbu orqanlarında, Space TV, “Dünya” TV, İNK TV, YenimediaTV kimi onlayn və ənənəvi televiziya kanallarında və digər KİV-də, İnternet saytlarında, müxtəlif sosial şəbəkə və foto-video paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq.
Layihənin davamlığı
Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək. Davamlı olaraq o istiqamətdə İnternetüstü fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək. Yaradılacaq sosial şəbəkə resurslarında bu mövzuda müxtəlif materiallar paylaşılacaq. İnternetdə, elektron kitabxanada, sosial mediada yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır. Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq. Gələcəkdə Mircəlalşünaslıq və vətənpərvərlik ədəbiyyatının müxtəlif qollarına aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar formalaşdırılacaq. Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.
Layihəni həyata keçirən YYSİB-çilər yeni fəaliyyətlərində də uğurlar qazanacağına inanır və geniş ictimaiyyətin nümayəndələrini, xüsusən gəncləri, yaradıcı insanları, kreativləri bu aktual məsələlərdə fəallıq göstərməyə çağırılar.
Hidayət Əbilli,
YYSİB sədrinin müavini, YYSİB İctimai Qurumlarla
Əlaqələr və Media bölümünün məsul əməkdaşı