Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Qara su" (Roman. Jurnal variantı) Moskvada rusca nəşr olunmuş həyati əsər: zamanımızın nəbzini duyun...

Müəllif:

Paşa Qəlbinur


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Paşa Qəlbinur. "Qara su" (Roman. Jurnal variantı) Moskvada rusca nəşr olunmuş həyati əsər: zamanımızın nəbzini duyun...


Baxış sayı: 4631
    
    


Paşa Qəlbinur. "Qara su" (Roman. Jurnal variantı)

Moskvada rusca nəşr olunmuş həyati əsər: zamanımızın nəbzini duyun...

 

PAŞA QƏLBİNUR

(0Musayev Paşa İsmayıl oğlu)

Şair, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008).

 Həyatı

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978). İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli - müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002). Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), "İman" izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva "Paşa Qəlbinur" (1996), A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur - 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur.

Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

 Əsərləri

 "http://az.wikipedia.org/wiki/Pa%C5%9Fa_Q%C9%99lbinur  

   

Paşa Qəlbinur : "Ədəbiyyatda yeganə yazaram ki, düşmənim yoxdur"

TANINMIŞ HƏKİM, ŞAİR, İCTİMAI XADİM MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR

-Ədəbi mühitdə deyirlər ki, Paşa Qəlbinurun imzası az-az görünür.
-Yox elə deyil. Bədii yaradıcılığım əvvəlki kimi davam edir. Son zamanlar "Azərbaycan" jurnalında silsilə şerlərim dərc olunub. " 525-ci qəzet"də publisistik yazılarla , müxtəlif səpkili  şerlərlə  çıxış etmişəm. Hazırda esselər yazıram. "Qara su" adlı roman üzərində işləyirəm. Sadəcə son zamanlar televiziya və  radioda az-az çıxış edirəm. Bu da mənim digər işlərlə məşğul olmağımla bağlıdır.Yəqin bunu nəzərdə tutub deyirlər.
- Həkimlik sənətinin ağırlığı ilə roman yazmağın əziyyətini bir araya gətirmək çətin olar ...
 - Əlbəttə roman yazmaq əziyyətli işdir. Digər tərəfdən bu janra müraciət etməzdən əvvəl  yazar ciddi hazırlıq keçməlidir. Oxucunun zövqünü korlamamaq, onun nifrətini qazanmamaq üçün yazardan maraq dairəsində olan mövzular  işləmək tələb olunur.
- Tənqidə münasibətiniz  necədir, çox tənqid olunmusunuz?
- Mən tənqidi yazını tənqid kimi yox, əsər kimi oxuyuram. Bəlkə bu mənim qəbahətimdir, bilmirəm. Bəzən elə məqamlar olur ki, mənə yönələn tənqidlər yaradıcılığımda lazımım olur. Tənqid yazara stimul verir, insanı yeniliyə çağırır, sənətə gözəllik gətirir. Obyektiv, yerində olan tənqidləri nuş edirəm. Mən Azərbaycan ədəbiyyatında yeganə adamam ki, düşmənim yoxdur. Ətrafımda olanların hamısı  dostlardır. Bilirsinizmi, tənqidlə professionallar məşğul olmalıdır. İctimai, bədii, pedaqoji fəaliyyətim vaxt baxımından imkam vermir ki, əsassız tənqidlərə cavab verim. Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm, müxtəlif xarici ölkələrə səfərlərim olur, Azərbaycanla bağlı görüşlər keçirirəm. Ona görə asudə vaxtlarım çox az olur. Bir məsələni də təəssüflə qeyd edim ki, son zamanlar  ədəbi tənqidin çəkisi, keyfiyyəti azalıb.
- Paşa müəllim, maddi vəziyyətiniz necədir, necə dolanırsınız?
-Mən gözümü açandan bu günə qədər ağır zəhmətə qatlaşan adamam. Səhər 6-da yuxudan durub bütün günü çalışıram.  Demək istəyirəm ki,öz zəhmətim hesabına yaşayıram. Heç kimdən maddi asılılığım yoxdur. Həm də aza qane olan adamlardanam. Məsələn mənim bir kitabım hazırdır. Amma gedib qapı-qapı sponsor axtarmıram. Ola bilər ki, kitabım beş ildən sonra nəşr olunsun. Tələsmirəm, gözləyirəm ki, öz işimi özüm həll edim. Heç kimdən asılı olmadan öz hesabıma dolanıram. Geniş xeyriyyəçilik işləri  məşğul olmağa maddi imkanım olmasa da, ehtiyacı olan insanları təmənnasız cərrahiyyə əməliyyatları edirəm.

Cavid Zeynallı