ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
KULTUROLOJİ AZƏRBAYCAN
YYSİB-nin kulturloji e-kitablar seriyası
Elektron kitab N 29 (14 - 2022)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün qrant müsabiqəsində qalib gəlmiş, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği" kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Xüsusi qeydlər:
1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Çap ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
https://kitabxana.net/e-library.php?cate=198
Rəsmi FB səhifəmiz:
www.facebook.com/kreativlayihe
www.facebook.com/groups/kitabxana
Dərslik
Layihə və seriya rəhbəri: Aydın Xan Əbilov
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2022
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
İlqar Hüseynov və Nigar Əfəndiyevanın müştərək müəllifliyi ilə hazırlanan bu kitab xarici təcrübələrdən çıxış edərək şağdaş Azərbaycan mədəniyyətinin təbliğində nəzəri-təcrübi məsələlər mütəxəssislər üçün aydınlaşdırılır.
Layihənin ideyası və qısa məzmunu
İnformasiya dövründə yaşayırıq, postpandemiya çağının da tələb və qadağalarını üstünə gələndə, son iki ilimizin çərçivəli yaşam tərzi bizi məcbur edir ki, bir çox sahələrdə olduğu kimi, mədəniyyətimizin də təbliği və tanıtımına tamam yeni baxışlar sərgiləyək.
İnformasiya-Kommunikasiya Texnologiyalarının daha da sürətlə inkişafı, virtual-vizual vasitələr, İnternet imkanlar, yeni media və sosial şəbəkələr, mobil tətbiqlər, mesengerlər bir daha imkan yaratdı ki, dəyərlərimizin fərqli - tamam yeni formatlarını yaradıb inkişaf etdirək. Ultra-modern mədəniyyət texnologiyalarını tədqiq etməklə, yeni sənət hadisələrini analizdən keçirməklə, e-kitabxana, elektron kitab, virtual mütaliə və yazı mədəniyyətini formalaşdırmaqla, İKT vərdişlərini inkişaf etdirməklə yanaşı, ənənəvi, müasir və modern milli mədəniyyətin inkişafı, XXI əsrin formatı olaraq gənc nəslin estetik-intellektual yetişməsindəki təsirini artırmaq mümkündür.
Mövzunun ictimai əhəmiyyəti və aktuallığı
Milli mədəniyyətimizin Qərbdən və Şərqdən gələn estetik-mənəvi həmlələrə qarşı hazırlamaq, onun inkişafına təkan vermək, zənginləşdirilməsinə həvəsləndirmək, etnik-kulturoloji dəyərlərimizi gənc nəsilə çatdırmaq bazımından mövzunun ictimai əhəmityyəti böyükdür. Milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.
Ənənəvi milli mədəniyyətimiz ilə müasir dünyanın çağdaş esettik trendlərinin sintezi ətrafında real və virtual formatlarda kulturolojielmi-mədəni araşrırmalar, ictimai-mədəni dinləmə və müzakirə aparılmasını tələb edir. Bu istiqamətdə müxtəlif formatlı materialların hazırlanması, elmi-mədəni toplunun nəşri, İnternetdə - sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən kimi, geniş ictimaiyyətə çatdırılması vacibdir.
O istiqamətdə müxtəlif formatda maarifləndirici tədbirləri təşkili etməklə, layihə fəaliyyətlərinin əsas fəlsəfəsini insanllara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən ictimai-psixoloji gərginliklərlə mübarizədə milli mədəniyyətdən yararlanmaq, humanist dəyərlərimizin təbliğ etmək əsas məsələ kimi qarşımızda durur.
Azərbaycan insanı olaraq bizi birləşdirən milli mədəniyyətimizin inkişafı, soydaşımızı əhatələmək, cəmiyyətin səviyyəsini yüksəldən neo-təbliğat formalarına üstünlük vermək, milli-mənəvi dəyərlərimizin qlobal planetar təbliğat maşınına şevirə bilərik.
Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Milli mədəniyyətimizin kreativ-innovativ tanıtımını təşkil etmək, İKT formatlarında təbliği ilə əlaqədar İnternetdə aksiyaların təşkili, yeni sahəvi elmi məqalələrin yazılması, virtual-vizual materialların, ictimai-kreativ məhsulların hazırlanması, "Kultoroloji Azərbaycan" Feysbuküzərində elektron resursun təşkil edilməsi, sosial şəbəkələrdə onlayn/oflayn aksiyaların keçirilməsi layihənin əsas məqsədlərindəndir.
Azərbaycanda yeni inkişaf etməkdə olan kulturologiyanı inkişaf etdirmək, o sahəyə aid sahəvi əsərlərin yazılmasını həvəsləndirmək, yeni elmi-kütləvi toplunun çapı, kultral formatda milli estetik-bədii yaradıcılıq nümunələrini dünyaya çıxartmaq, yeni media imkanlarından yararlanaraq İnternetdə daimi yayımlanacaq silsilə onlayn video-məhsullar və TV verlişləri hazırlamaq, elektron kitabxanada və sosial şəbəkədə bu mövzuda yeni nəşrlərin virtual tanıtımı, ayrıca e-bölümün yaradılması, tele-debatların təşkili məqsədlərdən biridir.
Milli mədəniyyət, yaşam dünyagörüşləri, etnik dəyərlər daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Xalqımızı birləşdirən milli mədəniyyətimizlə bağlı məlumatların yayılması, elektron resurslarında daha geniş tanıtımı yeni nəsil nümayəndələrindən asılıdır. Onlar həm öyrənəcək, həm başqalarına ötürəcək, həm də yenilərini yaradacaqlar.
Görüləcək işlər
Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil etməklə estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyət növlərinin reallaşdırılması nəzərdə tutulub:
1. Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılması;
2. Milli mədəniyyətşünaslıq - kulturologiya elminin inkişafına səbəb olacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşrə hazırlanması;
3. Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çapı, yayımı, İnternetdə, elektron kitabxanalarda yerləşdirilməsi.
4. Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətimizə, Azərbaycan mədəniyyətinə dair tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron kitabın hazırlanması və elektron kitabxanalarda yerləşdirilməsi.
5. Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölümün yaradılması, e-nəşlərin yerləşdirilməsi, tanıtımı, yayımı və virtual sərgisi.
6. 6 fərqli buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn verilişin çəkilişi və yayımı.
7. Feysbukda ayrıca "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtım virtual Mərkəzinin yaradılması, zənginləşdirilməsi, materiallarla davamlı genişləndirilməsi.
8. "Kulturoloji Azərbaycan" sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı.
9. Xüsusil analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölümün yaradılması və zənginləşdirilməsi.
10. İnternet portalları, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatların gücləndirilməsi, virtual tanıtım tədbirlərinin reallaşdılması istiqamətində canlı tele-debatlar, virtual müzakirələr təşkili.
11. Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün İnternetüstü təqdimat-müzakirənin təşkili.
12. Təsviri və maliyyə hesabatların hazırlanması, əlaqədar qurumlara və geniş ictimaiyyətə təqdim edilməsi. Fəaliyyət sonrakı planlaşdırma işlərinin aparılması.
Layihənin iştirakçıları və faydalananlar
Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız, milli mədəniyyətimi üzrə mütəxəssislər, kulturoloqlar, cəmiyyətşünaslar, psixoloqları, mədəniyyətşünaslar, sosioloqlar, İnternet istifadəçiləri olan yeniyetmələr, gənclər, tələbələr, jurnalistlər, yazıçı və publisitlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, onlayn TV əməkdaşları. Layihə müddətində fəaliyyətlərə real cəlb olunacaq 50 nəfər, virtual olaraq İnternet vasitəsilə minlərlə şəxsi əhatələyəcək layihə Azərbaycan cəmiyyətinin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Aalimlər, tədqiqatçılar, gənclər faydalanacaq. Bütövlükdə xalqımızın malik olduğu mənəvi-mədəni sərvətlərin, estetik dəyərlərin gənc nəslə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ictimai-mədəni xarakterlidir. Layihədə faydalanların yaş və cins fərqi: daha çox yeni nəsil nümayəndələrinə, gənclərə və qadınlara üstünlük veriləcək.
Layihənin həyata keçiriləcəyi ərazivə onun seçilmə səbəbi
Azərbaycan, Bakı və İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Pandemiyaya görə və az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək
Layihənin icra müddəti (ay):
3 ay. 01 fevral 2022 - 30 aprel 2022
Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı
Layihənin böyük uğur qazanacağına inanırıq:
- Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.
- Etetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyətini qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.
- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.
- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər nəsli yaransın.
- Milli mədəniyyətşünaslıq - kulturologiya elminin inkişafına səbəbolacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplu nəşrə hazırlanacaq.
- Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çap ediləcək, onun e-variantı elektron kitabxanalarda yerləşdiriləcək.
- Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətilərimizə, Azərbaycan mədəniyyətinə dair, tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.
- Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi.
- 6 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan - "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtımı mövzusunda onlayn/oflayn veriliş çəkiləcək, montaj edilərək geniş yayımı təşkil olunacaq.
- Feysbukda ayrıca "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtım üçün Virtual Mərkəzinin yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.
- "Kulturoloji Azərbaycan" sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclərə kömək edəcək.
- Xüsusil analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.
- İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.
- Virtual və realtanıtım tədbirləri reallaşdılacaq;
- Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq.
- Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq.
- Yeni İKT formatlarında - vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.
- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlanacaq.
- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.
- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstoqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək, gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.
- Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.
Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:
- Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;
- “Kulturuloji Azərbaycan” sosial şəbəkə resursunda milli mədəniyyət mövzusunda müxtəlif materiallar paylaşılacaq;
- İnternetdə, elektron kitabxanada, sosial mediada kulturologiya mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yazılacaq, yayıma hazırlanacaq, eyni zamanda sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq TV verilişlərin davamı gözlənilir.
- Müxtəlif mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq/
- www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.
- Böyük uğurlar qazandığı təqdirdə layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.
Müraciət olunan sahə üzrə təcrübə və əməkdaşlıq edəcəyiniz qurumlar
QHT olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.
Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.
Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.
Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.
Layihənin monitorinqi, icrası zamanı yarana biləcək risklər və onların həlli yolları
Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.
Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq üçün açıq olacaq.
Həyata keçirilən fəaliyyətlər zamanı risklər ola bilər, bu yaradılan resursların dağıdılması, və b. Buna görə də peşəkar xidmətlərindən istifadə olunacaq. Müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq. İdeoloji sahələrin inkişafı və istiqamətlərini ümumiləşdirə biləcək tədqiqatçıların azlığı. İnternet resurslarında işləyə biləcək mütəxəssislərin çatışmamazlığı problem ola bilər. Yeni - virtual oxu və şəbəkəyazı vərdişlərinə hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması təsir edə bilər. Ənənəvi yazı mətnlərinə üstünlük verənlərin mühafizəkarlığı bloqerlərin və gənclərin ideoloji sahələrə həvəs göstərməmələri kimi risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq.
Hidayət - Ayxan Əbilli,
YYSİB Analitik-İnformasiya Bölümünün rəhbəri,
publisist-bloqer
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.