ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
“Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi”
YYSİB-nin kulturloji e-kitablar seriyası
Elektron kitab N 73 (14 - 2022)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün qrant müsabiqəsində qalib olmuş, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Xüsusi qeydlər:
1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Çap ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
kitabxana.net/e-library.php?cate=198
Rəsmi FB səhifəmiz:
www.facebook.com/kreativlayihe
www.facebook.com/groups/kitabxana
Roman
Redaktor: Qəşəm Nəcəfzadə
Şair-publisist, yazıçı, Prezident mükafatçısı
Layihə və elektron nəşrlər seriyasının rəhbəri: Aydın Xan Əbilov
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2022
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
İstedadlı şairə, məhsuldar nasirin “Zərbə” romanı 2016-ci il Aprel döyüşlərinin qəhrəmanlarına həsr edilib. Müəllifin xüsusi istedadla qələmə aldığı, bu roman bəy nəslinin tarixi- psixoloji məqamlarınıdan, kişilik, mərdlik dünyasından bəhs edirdisə, “Zərbə” romanı tamamilə yeni bir aspektdə inkişaf edir, müasir dövrümüzün ən böyük problemi olan Qarabağ hadisələrinin fəlsəfəsini önə çəkir.
kreativ layihə
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsini həyata keçirməyə başlayıb.
İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərində gerçəkləşəcək fəaliyyətlər həm də Azərbaycanda elektron kitabxana və e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib və əsasən 3 məsələyə həsr olunub: 1) İnternet resurslarında Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alıb, yeni virtual mütaliə məhsullarını hazırlamaq. 2) Şuşada keçirilən Zəfər tədbirləri zamanı vurğulandığı kimi, möhtəşəm Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq, onun elektron daşıyıcılarda yaymaq, çağdaş Azərbaycançılıq ideologiyasının estetik-fəlsəfi tərəflərini hazırlamaqda yaradıcı şəxsləri dəstəkləmək. 3) Kitabların məhdud tirajla nəşrini nəzərə alıb, yeni yaranan ədəbiyyat nümunələrinin 60 milyonluq soydaşlarımıza əlçatanlığı təmin etmək, milli söz sənətinin yayılmasına, ana dilimizin genişlənməsinə, gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq.
Zəfər tarixinin dəyərli tərəflərini ədəbiyyat, e-kitab vasitəsi ilə gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyedici, ideoloji məsələlərindən biri olduğunu nəzərə alan birlik bu istiqamətdə də fəaliyyətlərini aparacaq.
Möhtəşəm Zəfər - Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək postmüharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Qələbəni Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. "Veytnam sindromu" ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.
Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.
Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda İnternet televerilişlərin hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "Zəfərnamə" seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, silsilə TV verilişlər vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas məqsədlərindən sayılır.
Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə Vətənimizin güclü inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında - rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız "Smart Qarabağ", "Ağıllı rayon/şəhər/qəsəbə/kənd" proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdirmək vacibdir.
Fəaliyyətlərin sonunda gözlənilən nəticələr və layihənin davamlılığı aşağıdakı kimi olacaq:
- Qarabağ Zəfəri timsalında çağdaş tariximiz, söz sənətimiz, milli mədəniyyətimiz elektron kitablar vasitəsilə dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirləri təşkil ediləcək.
- Estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən Qarabağ Qələbəsinin tarixi hadisələrinin əhəmiyyəti qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.
- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.
- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandası formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər qrupu yaransın.
- Modern - elektron kitabxana, kulturologiya, eləcə də rəqəmsal nəşr/yayım sahəsini inkişafına səbəb olacaq tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı kitablar, esselərdan, araşdırmalardan ibarət e-nəşrlər yayıma hazırlanacaq.
- Zəfərnamə silsiləsindən tariximizə, kultural sərvətilərimizə, müasir Azərbaycan ədəbiyyatına dair 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.
- Azərbaycan uğurlarına aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi təşkil olunacaq.
- "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi - kreativ-innovativ tanıtımı mövzusunda 2 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn verilişlər çəkiləcək, tamaşaçıların ixtiyarına veriləcək.
- Feysbuk sosial şəbəkəsində "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi kreativ-innovativ tanıtımı üçün virtual resurs yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilsin.
- Sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, Qələbəmizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclər, məktəbli və tələbələr tərəfindən istifadə olunacaq.
- Xüsusil analitik saytda layihənin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.
- İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.
- Virtual və real tanıtım tədbiri reallaşdılacaq. Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq.
- Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin Qarabağ və Zəfərnamə janrında yeni ədəbi əsərlər yaratmağa iştirakları təşviq olunacaq, fərqli janrlarda vətənpərvərlik əsərlərinin yazılmasına, informasiya resurslarında yayılmasına şərait yaradılacaq.
- Yeni İKT formatlarında - vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.
- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlanacaq.
- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.
- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək.
- İnternetdə, elektron kitabxanada, sosial mediada Qarabağ və qıələbə mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yazılacaq, yayıma hazırlanacaq, eyni zamanda sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq TV verilişlərin davamı gözlənilir.
- Müxtəlif mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq.
- www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.
- Böyük uğurlar qazandığı təqdirdə layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.
Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq. Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək. Ənənvi mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə layihə ilə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq.
Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm hərb sənəti, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın və Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.
Hidayət – Ayxan Əbilli,
YYSİB Analitik-İnformasiya Bölümü
Müəllifin digər əsərləri burada:
https://kitabxana.net/book.php?id=5045
https://kitabxana.net/book.php?id=5047
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.