ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
YYSİB-nin inklüziv-kreativ e-kitablar seriyası
Elektron kitab N 37 (01 - 2023)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, "“Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihəsi layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Gənclər Fondu
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
https://kitabxana.net/e-library.php?cate=201
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/kreativesger
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
YYSİB və Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2023
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
“Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihə
Azərbaycan Respublikasının Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” adlı inklüziv-kreativ layihəsini həyata keçirməyə başlayıb.
Dekabrın 1-dən sosial müdafiəyə xüsusi ehtiyacı olan (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, əlil və sağlamlıq imkanları məhdud, şəhid və məcburi köçkün ailələrindən olan) gənclərin cəmiyyətə inteqrasiyası istiqaməti üzrə həyata keçirilməsinə başlanılan layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, üç ay müddətində maraqlı fəaliyyət növləri ilə cəmiyyətdə fiziki müəhdüdiyyətli gənc kreativlərin yaradıcılıq uğurlarının təbliğatı, əsərlərinin tanıdılması, həyat hekayəsini və problemlərini ictimailəşdirilməsini nəzərdə tutulub.
Son illər dünyada və respublikamızda müxtəlif səbəblərdən (ətraf mühit və ekoloji çirklənmə, qidalanmamaq, pandemiya və s.) durmadan artan əlilliyi olan gənclərin sosial müdafiəsi, qayğı və dəstək tədbirlərilə bağlı ictimai neo-maarifləndirmə formasında Prezidenti İlham Əliyevin rəhbərliyilə dövlətin bu istiqamətlərdəki proqramların, fəaliyyətlərin, layihələrin, kampaniyaların təbliği, tanıdılması vacibdir. Əlilliyi olan gənclərin, həssas qruplarların ailə üzvləri və yaratdıqları ictimai qrupları cəlb etməklə, ölkəmizdə yeni nəsillə bağlı sosial-humanist siyasətin təbliğatında yeni ünsiyyət texnologiyalarından, İnternet və sosial şəbəkə alətlərindən yararlanmaq, geniş kütlələrə məlumatların ötürmək, real xidmətlər göstərmək günümüzün çağırışıdır. Yaradıcı imkanlara malik kreativ əliil gənclərə dəstəkləmək, həssas qruplarla işləmək, dövlətimizin sosial siyasətini onlara çatdırmaq üçün yeni format və modellər işlənilməsinə ehtiyac duyulur. Fəaliyyətlərlə görülən işlərin təbliğini aparmaq üçün İnternet, virtual TV, KİV, yeni media, sosial şəbəkə və platformalardan yararlanmaq vacibdir. Kreativ gənc əlillərin yaradıcılıq imkanlarının dəstəklənməsi ilə əlaqədar universal format - neo-maarifləndirici model hazırlayıb cəmiyyətə təqdimat edilməsinə hesablanmış layihə fiziki məhdudiyyətlilərə estetik bacarıqların aşılanması, əlil gənclərin kreativ-psixoloji dəstəklənməsi, sosiallaşma və ünsiyyət qabiliyətlərinin artırılması, bacarıqlarının reallaşdırması üçün model işlənilməsi də nəzərdə tutulub.
Real və virtual fəaliyyətlər həyata keçirməklə əlilliyi olan istedadllı gənc yazar Samir İmanov haqqında qısametrajlı film çəkilməsi, qısa sosial video-çarx hazırlanması, onun əsərlərinin elektron kitab formasında hazırlanması, təqdimat mərasiminin təşkili, yeni media və sosial şəbəkədə “Kreativlik əliliyə qalib gəlir” adlı neo-maarifləndirmə səhifəsinin müxtəlif məlumatlandırma materialları ilə zənginləşdirilməsi, real/onlayn görüşlərin təşkili də görüləcək işlər sırasındadır.
Aşağıdakı istiqamətlərdə fəaliyyət göstərilməsi nəzərdə tutulur:
- Fəaliyyətə cəlb olunan mütəxəssis və könüllülərdən ibarət komanda formalaşdırılacaq, planların və uyğun model hazırlanacaq.
- Kreativ layihənin, eləcə də fəaliyyətlərin KİV və yeni mediada tanıtımına, elektron kitabxana alt-bölümünün hazırlanması və orada müxtəlif səpkili materialların yerləşdirilməsinə nail olunacaq.
- Yeni nəsil əlil yazıçının yaradıcılıq imkanlarının kreativ neo-maarifləndirmə formasında tanıtımı və təbliği formasında neo-maarifçilik modeli işlənib hazırlanacaq və uyğun dövlət və ictimai qurumlara, eləcə də geniş ictimaiyyətə, alternativ təhsil şəbəkələrinə təcrübə kimi təqdim ediləcək ki, bu metodlardan gənclər və əlillərlə bağlı siyasətin reallaşmasında model kimi yararlansınlar.
- Kreativ yeni nəsil əlil yazıçının e-kitabının rəqəmsal formatda nəşri, yayımı, tanıtımı, təqdimatı gerçəkləşdioriləcək ki, bu da onların özünəinamı, yaradıcılıq imkanlarının tanıdılması, istedadlarınından kreativ - mədəni biznes məhsulu kimi gələcəkdə maddi rifahlarının yaxşılaşdırılmasına stimul verəcək.
- Sosial şəbəkə resursunun hazırlanması, sosial şəbəkələrdə geniş neo-maarifçilik işləri aparmaqla gənc kreativ əlillərə motivasiya veriləcək.
- Yeni nəsil kreativ əlil yazıçı haqqında "Kreativlik əlilliyə qalib gəlir" adlı sənədli video-filmin, eləcə də onun qısa sosial çarxının çəkilməsi ilə geniş vəmiyyətə bu qəbil insanlara qayğı, diqqət və sayğının artırılmasına nail olunacaq.
- Neo-maarifləndirmə aksiyaları təşkil etməklə, həmçinin, virtual və real tanıtım, yazılı və elektron KİV-də materialların verilməsi üçün paytaxt Bakıda təqdimat mərasimi reallaşdırılacaq.
- Hesabatların hazırlanacaq və Azərbaycan Gənclər Fondununa təqdim etməklə dövlət orqanlarının məsul əməkdaşlarının diqqətini bu məsələlərə cəlb ediləcək.
Layihədən kreativ əlil gənclər, eləcə də müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələnəcək. Real olaraq: Bakı şəhərində və Abşeron rayonunda yaşayan fiziki məhdudiyyətli gənc yazıçı və onların ailə üzvləri, icma nümayəndələri, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər əhatələnəcək. Virtual olaraq İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri - xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələr əhatələnəcəklər. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan kreativ gənclər, yaradıcılıq qabiliyyətlərinin və alternativ - məsafəli təhsil, neo-maarifçilik, tanıtım imkanlarının artırılmasına ehtiyacı olanlar, elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər layihədən bəhrələcəklər.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi dəqiq işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın əlillərlə bağlı aparılan humanist-sosial siyasətin tanıdılması, yaradıcı kreativ yeni nəsil əlillərin əsərlərinin, estetik bacarıqlarının geniş yayılmasına səbəb olacaqdır. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları yazılı və elektron KİV-də yayımlanacaq, qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir.
Təşkilat layihə yekunlaşandan sonra da davamlı olaraq kreativ əlillərin yaradıcılıq imkanlarının, əsərlərinin tanıtımı istiqamətində İnternetüstü, müxtəlif formalarda fəaliyyətlər daha da genişləndiriləcək və bu istiqamətdə ardıcıl işlər görüləcək.
YYSİB 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 10000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib. 10-dan çox sənədli film, 100-dən çox sosialəhəmiyyətli çarx, minlərlə elektron nəşrlər, yüzlərlə TV verilişlər hazırlayıb yayımlanır.
Ayxan – Hidayət Əbilli,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin
sədr müavini, yazar-bloqqer