Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Laçın həsrətim / Laçın hasretim / Лачин боль моя / Lachin is my pain

Müəllif:

İradə Əlili


Kateqoriya:

e-Kitabxana



Qısa Təsvir:

Bu nəşr İradə Əlili ilə Sevinc Rzanın qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük hadisələrindən olan Laçın və başqa rayonları güllə atmadan geri qaytaran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası, eləcə də bölgə haqqında 4 dilidə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 203
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net 


 Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında


"Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması"

layihəsi seriyasından


"e-Zəfərnamə silsiləsi"



Elektron kitab N 30 (18 - 2024)



Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" kulturoloji-innovativ layihəsini həyata keçirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyininnin reallaşdırdığı fəaliyyətlər çərçivəsində çərçivəsində hazırlanaraq yayımlanır. 


"Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması"



Kulturoloji layihənin maliyyələşdirən qurum:



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi


https://ngogrant.az/


 

Xüsusi qeydlər:


 

1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Çap ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.



2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir. 



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:



https://kitabxana.net/e-library.php?cate=202



Rəsmi FB səhifəmiz:


www.facebook.com/kreativlayihe


www.facebook.com/groups/kitabxana




İradə Əlili


Sevinc Rza



Laçın həsrətim




Azərbaycanca




İrade Elili


Sevinc Rza




Laçın hasretim




Türkcə




Ирада Алили,


Севиндж Рза




Лачин боль моя



Rusca




Irada Alili,


Sevinj Rza




Lachin is my pain



İngiliscə



Sənədli-publisitik nəşr



Azərbaycan, türk, rus və ingilis dilində




Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb


Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2024



Virtual redaktoru və e-nəşrə hazırlayanı: 


Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü




Bu nəşr İradə Əlili ilə Sevinc Rzanın qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük hadisələrindən olan Laçın və başqa rayonları güllə atmadan geri qaytaran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası, eləcə də bölgə haqqında 4 dilidə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.





Ön sözün müəllifi:


Leyla İmanova, PhD


Tərcümə edənlər: Filoloq, rəssam Nərminə Rasizadə


Rəqsanə Qurbanova


Məsləhətçi: Könül Həbibqızı


Redaktor: Azadə Novruzova


Korrektorlar: Səmray Əliyeva


Rəsul Əliyev


İradə Əlili, Sevinc Rza. Laçın həsrətim. Bakı, “Ləman nəşriyyat poliqrafiya MMC”, 2021, 304 s.


Kitab Qarabağın gözəl güşələrindən biri olan Laçın rayonuna həsr edilmişdir. Kitabda Laçın rayonunun tarixi, coğrafi ərazisi, Vətən yolunda canından keçən Milli Qəhrəmanları, Şəhidləri, Qaziləri haqqında məlumatlar öz əksini tapır. Həmçinin Laçın həsrəti ilə yaşayan laçınlıların ürək sözləri və eləcədə Laçından məcburi köçgün düşmüş gənc yazar Sevinc Rzanın vətənlə bağlı “Biz heç böyümədik” adlı povestindən kiçik bir parçada yer alır.


İSBN 9 78-9952-37-676-0






Ön söz yazarı: Leyla İmanova, PhD


Çevri edənlər: Filoloq, ressam Nərminə Rasizadə,


Reksane Kurbanova


Danışman: Könül Habibkızı


Redaktor: Azadə Novruzova


Korrektorlar: Semray Aliyeva,

Resul Aliyev


İrade Alili, Sevinc Rza. Laçın hasretim. Bakı, “Leman neşriyyat poliqrafiya MMC”, 2021. – 304 s.


Kitap Karabağın güzel ilçesinden biri olan Laçın bölgesinden bahsediyor. Kitapda Laçın ilçesinin tarihi, coğrafik bölgesi, Vatan yolunda canından geçmiş Kahramanları, Şehitleri, Gazileri hakkında bilgilər vardır. Ermeni işgalında olan memleket özlemiyle yaşayan bu ilçenin insanlarının içden gelen kelimeleri, düçünceleri və Laçın ilçesinden göçmen olan Sevinc Rzanın vatandan bahs eden “Biz hiç büyümedik” adlı hikayesinden küçük bir bölüm verilmişdir.




Автор предисловия:

Лейла Иманова, PhD


Переводчики: филолог, художник


Нармине Расизаде


Раксана Курбанова


Редакторы: Азада Новрузова


Консультант: Конюль Габибкызы


Корректоры: Семрой Алиева,

Расул Алиев


Ирада Алили, Севиндж Рза. Лачин боль моя. “Полиграфическое издательство Леман”, 2021, 304 с.


Книга посвящена Лачинскому району, одному из красивейших уголков Карабаха. В книге отражены сведения об истории, географическом пространстве Лачинского района, Национальных героях, которые погибли во имя на Родины, шахидах (мучеников-героях), о Ветеранах. В нем также содержится искренние слова лачинцев, которые живут с тоской по Лачину, небольшой отрывок повести о родине молодой писательницы, вынужденного переселенца из Лачина Севиндж Рза по названии «Мы так и не выросли».  






Author of the foreword: Leyla Imanova, PhD


Translators: artist, philologist Narmina Rasizade,


Ragsana Gurbanova


Consultant: Konul Habibqizi


Editor: Azada Novruzova


Correctors: Semray Aliyeva,


Resul Aliyev



Irada Alili, Sevinj Rza. Lachin is my pain. Baku, “Laman Publishing polygraphy” LLC, 2021, 304 p.


The book is dedicated to the Lachin region, one of the most beautiful corners of Karabakh. The book reflects information about the history, geographical space of the Lachin region, National heroes who died in the name of the Motherland, martyrs (heroic martyrs), about Veterans. It also contains the sincere words of the refugees of Lachin who live with longing for Lachin, a small fragment of the story about the homeland of a young writer, an internally displaced person from Lachin Sevinj Rza with the title "We never grew up". 






Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması


 

 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirilən “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” kulturoloji-innovativ layihəsini həyata keçirməyə başlayıb.

 

YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılacaq ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edəcək və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib.

 

Layihə komandasının geniş açıqlamasında bildirilir ki, Qarabağdakı möhtəşəm Zəfərimiz və Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Son illərin pandemiya qadağaları, iqtisadi enişlər, dünya iqtisadiyyatının böhranı, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alacağı proqnozlaşdırılır. Üstəlik müharibə qələbəsinin sevincini/enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. "Veytnam sindromu" ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.

Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.

 

Missiya və layihənin məğzi:

 

Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "e-Zəfərnamə" seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar vasitəsilə gənclərin motivasiya edilməsi əsas məqsədlərdən sayılır.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə Vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında - rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız "Smart Qarabağ", "Ağıllı rayon/şəhər/qəsəbə/kənd" proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdiriləcək.

 

Aşağıdakı istiqamətdə fəaliyyətlərin reallaşdırılması planlaşdırılır:

 

​​​​​​​- Qarabağ Zəfəri timsalında şağdaş tariximiz, söz sənətimiz, milli mədəniyyətimizi elektron kitablar vasitəsilə dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.

- Qabaqcıl estetik-kreativ texnologiyalar vasitəsilə - milli-mənəvi dəyər kəsb edən Qarabağ Qələbə tarixi hadisələrinin əhəmiyyətini qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.

- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.

- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandası formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər qrupu yaradılacaq. 

- Modern e-kitabxanaçılıq, elektron kitabxana, kulturologiya, eləcə də elektron – rəqəmsal nəşr/yayım sahəsini inkişafına səbəb olacaq tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı kitablar, esselər, araşdırmalardan ibarət “e-Zəfərnamə” adlı silsilə nəşrlər yayıma hazırlanacaq.

- Zəfərnamə silsiləsindən tariximizə, kulturoloji sərvətilərimizə, müasir Azərbaycan ədəbiyyatına dair 24 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.

- Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca alt-bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi keçiriləcək.

- "e-Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi - kreativ-innovativ tanıtımı mövzusunda İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn veriliş çəkiləcək və yayımlanacaq.

- Feysbukda ayrıca "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi kreativ-innovativ tanıtım üçün virtual resurs yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.

- Sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclərə kömək edəcək.

- Xüsusil analitik saytda layihənin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.

- İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.

- Virtual və realtanıtım tədbirləri reallaşdılacaq.

- Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq. 

- Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin Qarabağ və Zəfərnamə janrında yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq.

- Yeni İKT formatlarında - vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.

- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlacaq.

- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.

- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək.

- Gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.

- Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

 

Görüləcək işlər:

 

Ölkəmizdə elektron kitabxana, e-nəşrlər, alternativ təhsilin inkişafına yönəli layihə əsasən 2 problemi əhatələyir: 1) Qlobal İnformasiya Resurslarında - İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması. 2) Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq: alternativ tarix kitablarının hazırlanması, məktəblərdə model olaraq tətbiqi və gənc nəslə çatdırmaq.

 

1. 24 elektron kitab hazırlanacaq.

2. Layihənin metodoloji tərəflərini özündə cəmləyən toplunun çapı.

3. Sosial şəbəkələrdə yeni alternativ-innovativ təhsil şəbəkə resursları ortaya qoyulacaq.

4. Lənkərandakı orta məktəbdə, Bakıdakı gənclər kitabxanasında, eləcə də İnternetdə real və virtual təqdimatlar - öyrətmə kursu təşkil olunacaq.

5. Vizual/virtual məhsullar ortaya qoyulacaq.

6. Məktəblilər virtual öyrədiləcək.

7. Orta məktəbdə alternativ, daha çevik, gənc nəslin qəbul etdiyi innovativ formalar təbliğ olunacaq.

8. Yeni tariximizə aid alternativ rəqəmsal kitablar hazırlanaraq geniş ictimaiyyətə təqdim olunacaq.

9. İnteraktiv öyrətmə metodları təkmilləşdiriləcək.

10. Orta məktəbdə və kitabxanada virtual mütaliə mədəniyyəti təşviq ediləcək.

11. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq.

12. Milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.

 

Layihənin reallaşacağı məkanlar:

 

Layihə ümumən Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri əhatələyəcək. Elm, təhsil, alternativ tarix və Qələbə mövzulu ədəbiyyatlarla işləyən təsisatlar, qurumlar yerləşən, milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Elektron kitabxana və e-nəşrlərlə bağlı mütəxəssislər əsasən paytaxtda fəaliyyət göstərir. Az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə, İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək.

 

Layihədə əsasən məktəbli və tələbələr, eləcə də alternativ - məsafəli təhsil həvəskarları - müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.

Real olaraq: Bakıda və Lənkəranda yaşayanlar, orta və ali məktəb şagirdləri, İnternet vasitəsi ilə alternativ təhsil həvəskarları, sosial şəbəkə istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, alternativ-innovativ tarixi ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər.

Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri - xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b.

 

Respublikamızda elektron kitabxana, e-nəşrlər, alternativ təhsilin inkişafına yönəli layihə əsasən bu problemi əhatələyir:

 

1) Qlobal İnformasiya Resurslarında - İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması.

2) Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq: alternativ tarix kitablarının hazırlanması, məktəblərdə model olaraq tətbiqi və gənc nəslə çatdırmaq. 

3) Qlobal İnformasiya Məkanında - İnternet resurslarında Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması.

4) Şuşada keçirilən Zəfər Forumu zamanı da vurğulandığı kimi, Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq, onun elektron daşıyıcılarda yaymaq, çağdaş Azərbaycançılıq ideologiyasının estetik-fəlsəfi tərəflərini hazırlamaqla yaradıcı şəxsləri, yeni nəsil nümayəndələrini dəstəkləmək vacibdir.

5) Kitabların məhdud tirajla nəşrini nəzərə alıb, yeni yaranan ədəbiyyat nümunələrinin 60 milyonluq Dünya Azərbaycanlılarının əlçatanlığı təmin etmək, milli söz sənətinin yayılmasına, ana dilimizin genişlənməsinə, gələcək nəsillərə çatdırılacaq.

6) Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Ermənistanın işğalına qarşı başladığı 44 günlük anti-terror əməliyyatları genişləndirilərək II Qarabağ - Vətən Müharibəsinə çevrilən Möhtəşəm qələbələrdən ibarət Zəfər tarixinin dəyərli tərəflərini ədəbiyyat, e-kitab vasitəsi ilə gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyverici, ideoloji məsələlərindən biridir.

7) Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur.

 

İnnovativlik və kreativlik:

 

Təhsil və mədəniyyət sahəsinə yeni kreativ-innovativ, alternativ-kulturoloji dəyişikliklər gətirməklə yeni nəslin qəbul etdiyi qısa, operativ, sadə, məntiqli öyrətmə texnologiyaların inkişaf etdirilməsinə ehtiyac duyulur. Dünyada tətbiq olunan virtual təhsil, rəqəmsal nəşrlər, elektron kitabxana resursları, alternativ bilgi mənbələrinə olan tələbat mütləq ödənilməlidir.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə Vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında - rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız "Smart Qarabağ", "Ağıllı rayon/şəhər/qəsəbə/kənd" proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdirərik. Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda sosial çarx hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "e-Zəfərnamə" seriasından müxtəlif kitablar yayımlanacaq.

 

Eyni zamanda layihə icraçıları bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi üçün təkliflər hazırlayıblar:

 

- Orta və ali məktəblərdə çağdaş Azərbaycan tarixi, Qarabağ Zəfərimiz, həqiqətlərimiz müxtəlif dillərdə - alternativ, daha çevik, gənc nəslin qəbul etdiyi innovativ-kulturoloji formalar təbliğ olunmalıdır.

- Yeni tariximizə aid alternativ rəqəmsal dərsliklər hazırlanaraq geniş ictimaiyyətin müzakirəsinə şıxarılmalıdır.

- Şəbəkəüstü interaktiv təhsil metodları təkmilləşdirilməlidir.

- Orta məktəbdə və kitabxanada virtual mütaliə mədəniyyəti təşviq edilməlidir.

- Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılmalı, zənginləşdirilməlidir.

- Milli təhsil və kitab mədəniyyəti inkişaf etdirilməsi ilə bağlı yeni metodlar, formatlar hazırlanmalıdır.

- Qarabağdakı unikal Qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərləri təbliğ olunmalı, aparıcı dünya dillərinə tərcümə edilməlidir.

- Bu mövzuda sosial çarxlar, vizual məhsullar hazırlanmalı, yayımlanmalı, tanıdılmalı, təbliğ olunmalıdır.

yeni İKT texnoloji imkanlardan bəhrələnərək "Zəfərnamə" seriasından müxtəlif kitablar yayımlanmalıdır.

- Bu istiqamətlər üzrə müəxəssislər, müəllimlər və müəlliflərin hazırlanmasına, eləcə də alternativ texnologiyalar - formatların işlənməsinə böyük ehtiyac duyulur.  

 

Zəfərlə bağlı yeni kitabların rəqəmsal variantlarının hazırlanması, milli ədəbiyyatımızı dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkili ilə estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən 44 günlük Qarabağ Müharibəsinin möhtəşəmliyini - tarixi-mədəni-ədəbi əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyətləri reallaşdırmaq planlaşdırılır:

 

1. Fəaliyyətə cəlb ediləcək komanda üzvlərinin seçilməsi, müəlliflərlə iş, eyni zamanda PR işinin qurulması.

2. Layihənin KİV və yeni mediada tanıtımı, elektron kitabxana bölümünün hazırlanması.

3. Qarabağ müharibəsi, azərbaycan həqiqətləri və Zəfərnamə ilə bağlı 24 e-nəşrin hazırlanması, yayımı, virtual sərgisi, təqdimatı. 

4. Elektron kitabxana və sosial şəbəkə resursunun hazırlanması, təqdimatı, zənginləşdirilməsi.

5. Sosial şəbəkələrdə iş. Sosial şəbəkələrdə yeni alternativ-innovativşəbəkə resurslarının təşkil edilməsi.

6. Lənkərandakı orta məktəbdə və Bakıdakı gənclər kitabxanasında, eləcə də İnternetdə real və virtual təqdimatlar təşkil olunması.

7. Alternativ, yeni vizual/virtual məhsulların tanıtımı. təqdimatlar, yazılı və elektron KİV-də, yeni mediada materialların verilməsi.

8. Hesabatların hazırlanması, donora təqdim edilməsi.

 

Layihənin aşağıdakı faydalı nəticələri gözlənilir:

 

- Qarabağ Zəfəri timsalında şağdaş tariximiz, söz sənətimiz, milli mədəniyyətimizi elektron kitablar vasitəsilə dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.

- İnnovativ-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən Qarabağ Qələbə tarixi hadisələrinin əhəmiyyətini qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.

- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təhsil/təbliğat kampaniyası reallaşdırılacaq.

- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər qrupu yaransın.

- Modern və alternativ təhsil, elektron kitabxana, kulturologiya, eləcə də elektron – rəqəmsal nəşr/yayım sahəsini inkişafına səbəb olacaq tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı yazılar, esselər, araşdırmalardan ibarət e-nəşrlər yayıma hazırlanacaq.

- Zəfərnamə silsiləsindən tariximizə, çağdaş tarixə dair kağız Toplu, 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.

- Azərbaycan tarixinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi təşkil olunacaq.

- Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi - kreativ-innovativ tanıtımı mövzusunda İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan sosial çarx çəkiləcək və yayımlanacaq.

- Feysbukda ayrıca "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi kreativ-innovativ tanıtım üçün virtual resurs yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.

- Sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq.

- Bakı və Lənkərandakı real təqdimatlar keçiriləcək.

- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.

- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək.

- Gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.

- Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

- Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək.

- “Zəfərnamə” sosial şəbəkə resursunda Qələbəmizin ədəbi salnaməsi mövzusunda müxtəlif materiallar paylaşılacaq.

- İnternetdə, elektron kitabxanada, sosial mediada Qarabağ və Qələbə mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yayımlanacaq.

- Bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına xüsusi diqqət ayrılacaq.

 

Risklər və onun həlli yolları:

 

 

Həyata keçirilən fəaliyyətlər zamanı bəzi risklər ola bilər, bu yaradılan resursların dağıdılması və b. Buna görə də peşəkar xidmətlərindən istifadə olunacaq. Müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq. İdeoloji sahələrin inkişafı və istiqamətlərini ümumiləşdirə biləcək tədqiqatçıların azlığı. İnternet resurslarında işləyə biləcək mütəxəssislərin çatışmamazlığı problem ola bilər. Yeni - virtual oxu və şəbəkəyazı vərdişlərinə hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması təsir edə bilər. Ənənəvi yazı mətnlərinə üstünlük verənlərin mühafizəkarlığı bloqerlərin və gənclərin ideoloji sahələrə həvəs göstərməmələri kimi risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılacaq.

 

Layihənin təbiği və ictimaiyyətə çatdırılması

 

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm hərb sənəti, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın və Qarabağ Zəfəri haqqında yazılacaq.

 

Hesabatlıq:

 

Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq üçün açıq olacaq.

 

Təşkilati təcrübə barədə:

 

YYSİB milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı şəxslərin əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunmaq, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın intellektualkreativ inkişafına/tanıtımına yardım etməyə çalışır.

İctimai Təşkilat olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub. 

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.

 Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.

Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.

Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

 

Hidayət – Ayxan Əbilli,


YYSİB sədr müavini,

Analitik İnformasiya Bölümünün əməkdaşı

 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.