ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 03 (01 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-ədəbi layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Poeziya toplusu
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor Akif Cəfərli Naşir Akif Dənzizadə
Şahin Həmidli . TƏBİƏT DİLİNİ ÖYRƏDİR BİZƏ. Bakı, «APOSTROF-A», 2022, – səh. 272
ISBN 978-9952-527-86-5
Ədəbi mühitdə öz sözü, öz nəfəsi, öz səsi ilə tanınan Şahin Həmidlinin imzası oxuculara yaxşı tanışdır. Şair növbəti dəfə "Təbiət dilini öyrədir bizə" kitabı ilə oxucuların görüşünə gəlib. Bundan əvvəl çap olunmuş:-"Dağlar çağırır məni", "Ürəyimə gələn söz", "Mənim ürəyimə köçüb kəndimiz", "Təbiət yaşadır məni", "Torpaqdan baharın nəfəsi gəlir" kitablarıdır. Bu kitab şairin oxucuları ilə altıncı görüşüdür. Vətən sevgisi, kənd həsrəti, daha çox təbiət şeirləri bu kitabın əsas qayəsini təşkil edir. Orjinal forma və məzmun əlvanlığı, özünəməxsus deyim tərzi, ifadə zənginliyi, obrazlılıq bu kitabın ruhundan qırmızı xətt kimi keçir.
Kitabın istifadəsiylə bağlı bütün müstəsna hüquqlar müəllifə məxsusdur.
© ŞAHİN HƏMİDLİ, 202
Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni poetik kitabının elektron variantı. Şairin indiyə qədər 6 kitabı - "Dağlar çağırır məni", "Ürəyimə gələn söz", "Mənim ürəyimə köçüb kəndimiz", "Təbiət yaşadır məni", "Torpaqdan baharın nəfəsi gəlir" və "Təbiət dilini öyrədir bizə" şeirlər toplusu nəşr olunub. Vətən sevgisi, kənd həsrəti, daha çox təbiət şeirləri bu kitabın əsas qayəsini təşkil edir. Orjinal forma və məzmun əlvanlığı, özünəməxsus deyim tərzi, ifadə zənginliyi, obrazlılıq bu kitabın ruhundan qırmızı xətt kimi keçir.
Şahin Həmidli (Şahin Cəbrayıl oğlu Həmidov) - 28 iyul 1955-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan kəndində anadan olub.
Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bi¬tirib. Bir müddət Tikəband kənd orta məktəbində müəllim iş¬ləyib. 1994-cü ildə Bakıya köçüb.
Hazırda Bakıda yaşayıb-yaradır. Şahin Həmidli 80-ci illərdən bəri ədəbiyyat səhnəsindən olan, uzun və zəngin ədəbi yaradıcılıq yolu keçən istedadlı söz xridarlarındandır.
O, bir sıra mətbu orqanlarında -"İnsan Hüquqları", "Sovet Kəndi", "Fəryad" qəzetlərində və habelə, "Azərbaycan təbiəti" jurnalında işləyib.
Şahin Həmidli "Dağlar çağırır məni"(1988), "Ürəyimə gələn söz"(2012), "Torpaqdan baharın nəfəsi"(2018) adlı kitabların və bir sıra məqalələrin müəllifidir. Şeirləri “Zirvə”, “Vətən”, “Poeziya çələngi”, “Canım Azərbaycanım” və s. ədəbi məcmuə-lərdə, eləcə də müxtəlif mətbuat orqanlarında müntəzəm olaraq çap olunur.
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=960
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.