Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ana ürəyi

Müəllif:

Rəna Qurbanlı - Qılıcova


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni kitabının e-variantı. Məhsuldar müəllifin indiyə qədər 10 toplusu -  “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları nəşr olunub. Bu yeni kitabında üç iri həcmli lirik-epik nümunəsi, eyniadlı əsəri, eləcə də "Oğru qadın" və "Tovuz şəhidləri" poemaları toplanıb. Ana və Vətənə məhəbbət, insana sayığı, şəhidlərə və qazilərə sevgi kimi hisslər bu kitabın əsas motivlərini təşkil edir. Özünəməxsüs dəst-xətti, orjinal forma və məzmun əlvanlığı, fərqli deyim tərzi, ifadə zənginliyi müəllifi yaradıcılığında qırmızı xətt kimi keçir.


Baxış sayı: 156
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 05 (03 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-ədəbi layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana




Rəna Qurbanlı - Qılıcova


 

Ana ürəyi



Poemalar kitabı



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü




Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni kitabının e-variantı. Məhsuldar müəllifin indiyə qədər 10 toplusu -  “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları nəşr olunub. Bu yeni kitabında üç iri həcmli lirik-epik əsəri, eyniadlı əsəri, eləcə də "Oğru qadın" və "Tovuz şəhidləri" poemaları toplanıb. Ana və Vətən məhəbbət, insana sayığı, şəhidlərə və qazilərə sevgi kimi hisslər bu kitabın əsas motivlərini təşkil edir. Özünəməxsüs dəst-xətti, orjinal forma və məzmun əlvanlığı, fərqli deyim tərzi, ifadə zənginliyi müəllifi yaradıcılığında qırmızı xətt kimi keçir.



Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=961




Həyat eşqini poeziyaya çevirən


Şairə-publisit Rəna Qurbanlı (Qılıcova): məhsuldar yaradıcılığı və kövrək şeirləri


Şairə-publisist Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) 1960-cı ildə, iyunun 26-da Sumqayıt şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonunda Puşkin adına orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1994-cü ildə oranın bitirib.

Hələ erkən yaşlarından sözə, ədəbiyyata meyl edən Raəna xanım son illər fəal ədəbi prosesə qoşularaq aktiv poetik-ədəbi fəaliyyəti ilə oxucuların marağını öz yaradıcılığına yönəldə bilib.

Şairənin indiyə qədər 10 kitabı işıq üzü görüb, çoxsaylı poetik-publisitik yazıları İnternet saytlarında, dövrü mətbuatda, ədəbiyyat jurnallarında verilib.

Xanım şairənin “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” topluları ədəbiyyat həvəskarlarının, poeziya sevər oxucuların diqqətini cəlb edib.

Rəna xanımın poeziyası sənət adamlarının da marağını kəsb edib: onun 3 şerinə mahnı bəstələnib. “Atilla torpağı” (tanınmış sənətçi Şəmistan Əlizamanlının ifasında), “Gözəl xanımsan” və “Ömür yolumuz” (istedadlı ifaçı Ülvi Qılıçın ifasında) şahnıları dinləyicilərin könlünü oxşayıb.

Yazıçı-araşdırmaçı Vaqif İsaqoğlu tərəfindən Rəna Qurbanlı haqqında “Rəna Qurbanlının söz dünyası” adlı araşdırma kitab qələmə alınıb. Bu ədəbi-publisitik araşdırmada şairənin sənət-poeziya dünyasına ekskurs edilir, onun həyatı və yaradıcılığı tədqiq edilir.

Müəllifin müxtəlif səpkili şeirləri “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Şərqin səsi”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.

Rəna Qurbanlı (Qılıcova) həm də ictimai-mədəni aktivliyi ilə seçilir. O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Şairlər və Yazıçılar İttifaqının, eləcə də Dünya Jurnalistlər Birliyinin üzvüdür. Şairə-publisit yaradıcılıq uğurlarına görə bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub, “Qızıl Qələm” mükafatına layıq görülüb, həmçinin, Prezident təqaüdçüsüdür.

Aliləlidir, 3 övladı var.

Ayxan – Hidayət Əbilli



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.