ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 07 (04 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-ədəbi layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Ədəbi-poetik toplu
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının və AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının yeni poetik kitabı. Kitabda istedadlı alim-yazarın dünyalarca sevdiyi anasına həsr etmiş olduğu şeir və hekayələrini, habelə nə qədər müdrik insan olduğunu öz həyatı ilə göstərən Nazlı xanımın deyimləri toplanıb. Mahirə Nağıqızının yaradıcılığı mövzu müxtəlifliyi və areal genişliyi ilə deyil, bütün insanlığın cavab axtardığı suallarla da özünəməxsusdur. O bəşəri suallara verilən inandırıcı cavabların hər birinin məna yükünün oxucusunu özünə çəkəcəyini əminliklə demək mümkündür.
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=962
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti , həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin dekanı vəzifəsinə seçilmişdir.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışmışdır.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.
2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir.
Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvü.
2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru.
“Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya şurasının üzvüdür.
BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür.
“Elmi iş” jurnalının redaktorudur.
“Mahmud Kaşğarlı” jurnalının təsisçisi və baş redaktorudur.
M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir.
Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur: Missiya (Ulu öndər Heydər Əliyevə həsr olunur). Bakı: ADPU-nun nəşri, 2020; Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008; Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009; Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011; Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013; Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013; Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013; Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013; Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (dərs vəsaiti). Bakı: “Vətən” nəşriyyatı, 2014; Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016; Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015; Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015; Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016; Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin poetikası. Bakı: 2017; Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018; Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018; Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018; Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019; Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyat2019; Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı: ADPU-nun nəşriyyatı, 2020
Tələbəlik illərində bədii yaradıcılığa başlamış, şeirləri “Gənc müəllim” qəzetində çap olunmuşdur: Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008; Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009; Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010; Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010; Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012; Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Ruhuna beşiksə, tanı, Vətəndir. (şeirlər) Bakı: Afpoliqraf mətbəəsi, 2017; Onun daş nağılı. (şeirlər) Bakı: ADPU-nun nəşri, 2019; Yanından keçmə dağların (bayatılar). Bakı: ADPU-nun nəşri, 2020; “Ümumtürk dillərinin qarşılıqlı inteqrasiyası”, Lövbər adam, Şeirlər kitabı, Bakı: ADPU-nun nəşri, 2022; Büyük Azerbaycan mütefekkiri Nizami, Kitab (türk dilində), Türk Ocakları Derneği Bursa Şubesi. – Bursa, 2022, Biblioqrafiya, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Sözün və əməlin yaratdığı tarix, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri., Bakı: ADPU-nun nəşriyyatı, 2022, Bir təfəkkür tərzinə fərqli baxışlar. Mahirə Hüseynova: Alim və şair ömrünün detalları, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, Bakı: ADPU-nun nəşriyyatı, 2023, Baxış bucağı: Heydər Əliyev və starteji azərbaycançılıq, Bakı: ADPU-nun nəşriyyatı, 2023, XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları, Bakı 2024
Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur.
15-16 dekabr 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında iştirak etmişdir.
M.Hüseynova ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (Qrant № AEF – MCG -2022-1 (42)-12/12/5-M-12) “Pedaqoji kadr hazırlığında Avropa təhsil siteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqojiyönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” adlı layihənin qalibi olmuşdur.
2023-cü ildə “Mahmud Kaşğari” Beynəlxalq Elmi Jurnalının təsisçisi və baş redaktoru olmuşdur.
30 yanvar 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin fəxri professoru seçilmişdir.
2 fevral 2024 cü il Özbəkistan Kokand universiteti tərəfindən fəxri diplomla təltif olunmuşdur.
7 fevral 2024 cü il növbədənkənar prezident seçkilərinin təbliğat və təşviqat qrupunun ən fəal üzvü olmuşdur.
2024-cü il mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yanında Ekspertlər Şurasının üzvü seçilmişdir.
16 aprel 2024 cü il tarixində Dünya Söz Akademiyasının Rəyasət Heyətinin fəxri akademiki seçilmişdir.
26 may 2024 cü il tarixində Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki seçilmiş və döş nişanı ilə təltif olunmuşdur.
31 avqust 2024-cü il tarixində Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki seçilmiş və döş nişanı ilə təltif olunmuşdur.
2024-cü il tarixində Mamun Universitetinin fəxri professoru seçilmişdir.
2024-cü il tarixində ADPU-Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mətbu orqanı olan “Yurd həsrəti” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.
30 sentyabr 2024 cü il Özbəkistan respublikası Daşkənd iqtisadiyyat və pedaqoji universitetinin fəxri professoru adına layiq görülmüşdür.
2024 cü il sentyabr tarixindən Taşkənt iqtisadiyyat və pedaqogika institutu elmi metodik jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
27 sentyabr 2024 cü il Özbəkistanın Cizzax Dövlət Pedaqoji universitetinin fəxri professoru adına layiq görülmüşdür. 2025 ci ildə Azərbaycan Respublikası Milli Məclisi yanında Topnimiya komissiyasının tərkibinə üzv seçilmişdir.
Hazırladı: Ayxan – Hidayət Əbilli
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.