Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Povest və hekayələr

Müəllif:

Dərya Qılıc


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron kitabı - oxunaqlı bədii nəsr əsərlərindən ibarət toplu. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 239
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan bədii nəsri”


Bədii e-kitablar seriyası. Elektron kitab N 12 (14 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana



Dərya Qılınc


 

Povest və Hekayələr



Bədii nəsr kitabı


 

Bakı - YYSİB – 2025



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Redaktor: Rəna Qurbanlı (Qılıcova)


Dərya Qılıc. Povest və hekayələr. Bakı, “Elm və təhsil”, 2022, 264 səh.  


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron kitabı - oxunaqlı bədii nəsr əsərlərindən ibarət toplu. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


ÖN SÖZ


"Povest və hekayələr"i ilə Dərya Qılıc - Nailə Bahadur qızı Qılıcova oxucularıyla onuncu dəfə görüşə gəlib. Müəllif ətrafda cərayan edən hadisələri, xalqımızın qarşılaşdığı ağrı-acını, kədəri, qələbə sevincini, hər birimizi üzən şəhidlərin keçdiyi döyüş yolunu, rəşadətli ordumuzun göstərdikləri qəhrəmanlıq səlnamələrini məharətlə qısa bir mətində yerləşdirərək oxucusuna çatdırır.

Kiçik bir hekayə oxucunu hadisədən ətraflı şəkildə xəbərdar edir. Dərin məhəbbətlə qələmə alınmış hekayalərin sətirləri həyacanla dolu olduğu qədər, oxucunu təsir altına düşürüb, öz orbitinə sala bilir.

Nailə xanımın yanaşdığı bütün mövzular ibratəmiz, təbiyəvi əhəmiyyət daşıyır. Vətənpərvər ruhda yazdığı hekayələrdə vətənə, torpağa, el-obaya, xaldqa bağlılığın önəmliliyindən bəhs etdiyi kimi, ailə-məişət mövzularında milli-mənəvi dəyərləri, ataya-anaya olan məhəbbət və qayğını, təməlli bir ailənin mü qəddəsliyini,əsl dostluğu, təmiz, saf məhəbəti qələmə al mışdır.

Müəllif bəzi hekayələrdə düzlüyün ,saflığın, mü qəddəs məhəbbətin, ata-anaya göstərilən qayğının vacib liyini göstərərkən, ehmalca mistik inamlardan istifadə edib, əqidəsini daha inandırıcı etməyə cəhd etmişdi. Bü tün povest və hekayələr şirin,axıcıl, oxunaqlı dildə yazı lıb. Müəllifin uşaqları nəzərə alıb yazdığı hekayələri də öz növbəsində körpələri cəlb edə biləcək bir mövzuda qələmə alınıb, tərbiyyəvi əhəmiyyət daşıyır.

Nailə xanım qələminin sehri ilə körpələri yalandan, oğurluqdan, qəd darlıqdan uzaqlaşdırmağa çalışaraq, bu saf varlıqların beləcə də boya-başa çatıb vətənə layiqli bir övlad kimi yetişməyini istəmişdir.

Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümidvaram ki, onun povest və hekayələri də “Qəmli səadət”, “ Cəhənnəmə gedən yol”, “ Dağlardan ələn səda”, “ Bir qapılı iki məhəllə”, ” İtkin ar zular”, “ Cinayət və məhəbbət”,” Daşa dönmüş ürək”, “ Tale yolları,” “ Kəhrəba bıçaq” kitabları kimi oxucu rəğ bəti qazanıb seviləcək.


Mətanət Saraclı (Həsənova),


Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

BDU-nun Filologiya fakültəsinin Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının dosenti.  



Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=959


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.