
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”
Bədii e-kitablar seriyası. Elektron kitab N 23 (19 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Povestlər və hekayələr
Bədii nəsr kitabı
Bakı - YYSİB – 2025
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb.
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Nazim Əlioğlu, şair-publisist
Məsləhətçi: Elmira Salmanova, tarixçi
İstedadlı cavan nasirin “Göyərçin yuvası” adlı bu e-kitabı reallıq və fantaziya aləminin birləşdiyi oxunaqlı bədii nəsr əsərləri - povestlər və hekayələr toplanıb. Kitabda müəllifin təxəyyülü və şəxsi təcrübələri prizmasından insanların keşməkeşli taleləri çatdırılır. Maraqlı əsərlərdə ağrı-acı, ümid və azadlıq arzusunu əks etdirən dərin emosiyalarla dolu aləm göz qabaına gəlir...
Leyla Fərat (Əliyeva L.S.), “Göyərçin yuvası” Povestlər və hekayələr Bakı, 2024, 104 səh.
İstedadlı gənc yazıçının “Göyərçin yuvası” kitabı reallıq və fantaziya aləminin birləşdiyi füsunkar povestlər və hekayələr toplusudur ki, burada müəllifin təxəyyülü və şəxsi təcrübələri prizmasından insanların keşməkeşli talelərini çatdırır. Hər hekayə ağrı-acı, ümid və azadlıq arzusunu əks etdirən dərin emosiyalarla dolu xüsusi bir dünyaya qapı açır. Kitabın mərkəzində zamanın sınağından çıxan, sarsılmaz mətanətlə iç-içə olan insan taleləri dayanır. Müəllif itkilərdən, mübarizələrdən, daxili qələbələrdən keçmiş qəhrəmanların nəsillər üçün aktuallığını qoruyan canlı obrazlarını yaradır.
Povestlər və qısa hekayələr toplusu olan “Göyərçin yuvası”- yaddaşın, ənənənin və keçmişlə indiki arasındakı əlaqələrin səmimi şəkildə araşdırılma sıdır. Məhz belə təsirli və yaddaqalan əsərləri ilə seçilən müəllif, 2024-cü ildə Mir Cəlal Paşayev adına keçirilən IV-cü hekayə müsabiqəsində 1-ci yerə layiq görülmüşdür və oxucularını həyatın keçməkeşli, eyni zamanda ümiddolu yollarına səyahətə dəvət edir.
ISBN 978-9952-39-264-7
©Leyla Fərat, 2024
E-mail: leyla.farat9@gmail.com
Tel.: +99455 587 4999
Ön söz
Əziz oxucular!
Görüşünüzə gəldiyim ilk kitabım da sizləri ürəyimin duyğularını söyləyən povestlər və hekayələr dünyasına səyahət etməyə dəvət edirəm. Qələmə aldığım hadisələr real insanların taleyinə və təəssüratlarımdan doğan xəyallar aləmlərinə maraq lı səyahətdir. Hər bir hekayəmlə ruhumda silinməz iz qoymuş o hissləri, anları çatdırmağa çalışmışam. Ümid edirəm ki, sizlərin ürəyinizcə olacaqdır.
“Göyərçin yuvası” Qara dəniz sahili boyu, səyahətim zamanı yaranan tam bir fantaziyadır. Bu povestdə sevgi, fədakarlıq və insanın daxili mübarizələri əks olunub. Tə biətin gözəllikləri və həyatın sərt reallıqları oxucunu öz düşüncələri ilə üz-üzə qoyur. “Şahanə” - ötən əsrin əvvəllərində başlayan və az qala sonuna qədər davam edən hadisələrə əsaslanır. Bu hadisələr üç nəslin həyatına təsir etmiş və bir çox insanların taleyini bir-birinə bağlamışdır. Obrazların əksəriyyəti real həyatda olduğu kimi təsvir edilmişdir.
Povestdə dövrlərin amansız dəyişiklikləri fonunda yaşanan faciələr, ümidlər və sevgi izləri öz əksini tapır.
“Köç” - 1937-1960-cı illəri əhatə edən real faktlara əsaslanan hekayədir. Bu, həyat yoldaşı Nəcəfin və oğullarının sadəcə olaraq sürgün edildiklərinə inanaraq onların dönüşünü gözləyən Sona xanımın hekayəsidir.
Ancaq, acı həqiqət başqa idi. Əri Nəcəf bəyi apardıqla rı ili güllələmişdilər. Oğullarının taleyi hələ də məlum deyil. Bu hekayə ağrı-acı ilə doludur, həm də uzun illər Sona xanıma dəstək olan ruhun gücüdür.
“Qumru” - günahsız repressiya qurbanı olmuş qa dınlara həsr olunub. Qumru əsl, real qadın obrazıdır. Onun hekayəsi bir çox azərbaycanlı qadının Sibir və Şimali Qazaxıstanda düşərgələrdə yaşadıqları faciələri xatırladır və bu hekayə onların mübarək xatirəsinə həsr olunur ki, çəkdikləri əziyyətlər unudulmasın.
“Tənha adam” hekayəsinin qəhrəmanı uzun illər tənha yaşayan bir şəxsə ithafən yazılmışdır. Təbiətə və insanlığa sevgisi ilə seçilən bu qəhrəmanın ölümündən sonra belə, evindəki sarı qızılgüllər, sanki onun yoxluğunu hiss edərək, solmuşdu. Bu hekayə təbiətin insan ruhu ilə əlaqəsini əks etdirir və oxucuya həyatın mü vəqqəti olduğunu xatırladır.
“Bayram sovqatı”, “Sərvət”, “Bilet”, “Vəfalı dost” he kayələri ətrafımızda yaşayan insanların həyatından bəhs edən hadisələrə əsaslanır. Bu hekayələrdə yaşlı nənə və babalarımızın qayğıkeşliyini, zəhmətini, ailə münasibətlərini, həyat tərzini çatdırmağa çalışdım.
Hekayələr yaşlı və gənc nəsil arasında qarşılıqlı hörmətin vacibliyini və onlar arasında qırılmaz bağlılığı vurğulayır. Əziz oxucular! Ümid edirəm ki, hekayələrimin mütaliəsi sizlərin asudə vaxtınızın maraqlı keçməsinə bir tövhə olacaqdır.
Müəllifdən
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=966
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.