ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan bədii nəsri”
Bədii e-kitablar seriyası. Elektron kitab N 27 (20 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Roman
Bədii nəsr kitabı
Bakı - YYSİB – 2025
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
ÖN SÖZ
“Daşa dönmüş ürək” adlı kitabı ilə Dərya Qılıc - Nailə Bahadır qızı Qılıcova sadiq oxucularının görüşünə səkkizinci dəfə gəlir. Bundan əvvəlki əsərlərində olduğu kimi, Nailə xanım məqsəd yönümlü olaraq ailə məişət məsəllərinə istinad edərək, Nemət həkimin simasında ləyaqətli, saf insan obrazı yaratmışdır.
Müəllifin dediyinə görə, əsərin mövzusu ağır cinayətlər üzrə məhkəmə işləri arxivindən götürüb, istefada olan polis polkovnikinin danışıqları əsasında qələmə alınıb. Əsər xoşbəxt bir ailənin faciəvi sonluğundan bəhs edir. Nailə xanım əsl təmizlik, insanlıq, həkimlik, kişilik mücəsiməsi olan Nemətin bütün cəhdlərinə baxmayaraq, gözəl qızının saf məhəbbətinə mane ola bilməməsini və bu uğursuz nikahın onların ailəsinə gətirdiyi bədbəxtliyin kökündə acgözlük, tamah, haram pul durduğunu məharətlə göstərə bilmişdir. Müəllif yaratdığı istər müsbət, istərsə mənfi obrazlarının timsalında yaxşı və pis insanların həyatda tutduğu mövqeyindən bəhs etmişdir. Eyni zamanda haram yolla qaza nılmış pulun əslində çox qoçaq, zəhmətkeş, qayğıkeş, ülvi bir məhəbbətlə sevilməyə layıq olan Üzeyirə gətirdiyi bəlanı göstərməklə oxucularına kökündə haramlıq duran sərvətin xoşbəxtlik deyil, bədbəxtlik gətirdiyini qabarıq şəkildə şərh etmişdir.
Əsər mürəkkəb və dramatik hadisələrlə zəngindir. Eyni zamanda hadisələr oxucunu təsiri altına sala bilir. Çünki müəllif Anar obrazını yaratmaqla, dövrümüzün bəlasına çevrilmiş uyuşdurucu alüdəçilərinin dəhşətli həyat hekayələrini qələmə almışdır ki, o həyatin həyat deyil, əsl cəhənnəm olduğunu göstərmişdir.
Kitab acı həqiqətlərlə zəngindir və reallığın bədbəxtlikdən qaca bilməməyi aydın şəkildə qələmə alışmışdır. Kitabda bir necə hekayə də yer almışdı. Hekayələr müxtəlif mövzularda yazılmış olsalar da, hər biri ayrı-ayrılıqda dərin məna kəsb edir. Nailə xanım öz hekayələri insanları hər gün rastlaşdığı həyat problemləri başbaşa bu raxmışdı ki, orada vətənpərvərlik, torpaq sevgisi, mifik inanclar, ata öyüdünə verilən qiymət, heyvanlara olan sevgi və daha başqa insani keyfiyyətlər tərənnüm edil mişdi. Kitab sirin, oxunaqlı və sadə dillə qələmə alınmış dır. Müəllifə yaradıcılıq uğurları diləyib, oxucu kütləsinin məhəbbətini qazanmağı arzu edirəm.
Ümidvaram ki, “Daşa dönmüş ürək” kitabı da müəllifin "Cinayət və məhəbbət", “Qəmli səadət", “Cəhənnəmə gedən yol", “Dağlardan gələn səda", “Bir qapılı iki məhlə“, “İtkin arzular“, “Tale yolları” kitabları kimi çoxsaylı oxucu kütləsinin marağına səbəb olacaq, onların tərə findən sevilib rəğbət qazanacaq. Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Mətanət Saraclı (Həsənova)
Filologiya Üzrə Fəlsəfə Doktoru,
Bakı Dövlət Universiteti Klassik Azərbaycan Ədəbiyyatı Kafedrasının dosenti,
AYB-nin üzvü
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=959
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.