Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Bir zamanlar DTK

Müəllif:

Yalçın Nəbiyev


Kateqoriya:

İctimai-siyasi, publisistik kitablar



Qısa Təsvir:

Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müx­tə­lif tarixi məsələlərə işıq sal­ınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında möv­qe­yi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.


Baxış sayı: 186
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan sənədli-bədii nəsri”


Bədii-poetik e-kitablar seriyası


Elektron kitab N 29 (10 - 2025)


Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan sənədli-bədii nəsri” mövzusunda kreativ layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana




Yalçın Nəbiyev


Bir zamanlar DTK 



Sənədli-bədii nəsr kitabı

 

 

Bakı - YYSİB – 2025



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müx­tə­lif tarixi məsələlərə işıq sal­ınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında möv­qe­yi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.




Müəllifin digər elektron kitabları burada:



https://kitabxana.net/author.php?author=956



https://kitabxana.net/book.php?id=5190


https://kitabxana.net/book.php?id=5195




Səsli kitab:


https://stmegi.com/library/audio-books/voskhozhdenie-a/



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


MÜƏLLİFDƏN


Əziz oxucu,

Əvvəlcə onu bilməlisən ki, oxuyacağın bu kitab bir müəllifin bədii təxəyyülünün məhsulu deyil. Burada lirik ricətlər, romantik macəralar, mübaliğəli ifadələr axtarmaq məsləhət görülmür.

Adından da göründüyü kimi, “Bir zamanlar DTK” əsərində sən tarixin qaranlıq səhifələrində gizlənmiş bir sıra həqiqətləri öyrənəcəksən. Keçən əsrin sonlarına doğru SSRİ-nin içində olduğu durum, ard-arda baş verən gözlənilməz hadisələr bu kitabın əsas mövzusudur. Müəllifin də şahidi olduğu bu hadisələr sənə, yuxarıda qeyd etdiyim kimi, heç bir təhrifə yol verilmədən, olduğu kimi təqdim olunur.

“Bir zamanlar” deyə bəhs etdiyimiz o dövr elə bir zaman idi ki, hələ SSRİ deyilən bir məkan biz azərbaycanlıların da vətəni sayılırdı. Və biz bu imperiyaya xidmət etməklə öz vətənimizi qoruduğumuza ürəkdən inanırdıq.

Bu, o zamanlar idi ki, hələ 20 Yanvar faciəsi bizi böyük heyrət və xəyal qırıqlığına uğratmamışdı. Hələ Qarabağ savaşından əsər-əlamət yox idi. Hələ müstəqilliyi dadmamış, vətənimizin sərhədlərini dəqiqləşdirməmişdik.

İndi – bütün olanlardan sonra – o dövrə qayıtmaq, hətta mənim üçün belə, köhnə bir fotoşəkilə baxmaq kimi mənasız göründüyündən, sənin də hansı hisslər keçirəcəyini az-çox təsəvvür edə bilirəm. Amma nəzərə alaq ki, o zaman içində olduğumuz hadisələrin bizi hansı səmtə aparacağından heç cür xəbərdar ola bilməzdik.

“Bir zamanlar DTK” əsəri keçən əsrin sonlarına doğru, Moskva şəhərində yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin

F.E.Dzerjinski adına Ali Məktəbində müəlliflə birgə təhsil alan bir qrup azərbaycanlının yaşantısının təsviri ilə başlayır. Tutqun və günəşsiz Moskva səması, havadan daha soyuq sərt hərbi qaydalar, günəşli bir ölkənin istiqanlı vətəndaşlarının qürbət sıxıntıları və bunlara rəğmən, ürəyi vətən eşqi ilə döyünən o gənclərin mücadiləsi...

Hadisələr bununla başlayıb bir-birinə düyünlənərək daha böyük, taleyüklü məsələlərə qədər gedib çıxır.

Bir müəllif, həm də bir obraz olaraq, yaddaşıma güvənərək o qaranlıq dövrə bir az işıq sala bildiyimə inanıram.