Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri

Müəllif:

İradə Dodo Məlikova


Kateqoriya:

Azərbaycanın kulturoloji tolerantlığı



Qısa Təsvir:

Ölkəmizdə yaşayan xalqlar və etnik qrupların nümayəndələrindən olan avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat, udilərdən toplanmış atalar sözləri və deyimləri göstərilən xalqların dilində, onların Azərbaycan qarşılığı İ.Məlikovanın “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabında ardıcıllıqla verilmişdir. toplanıb. Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 56
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net 


 Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında



"Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi seriyası



Elektron kitab N 34 (05 - 2025)



Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyininnin reallaşdırdığı fəaliyyətlər çərçivəsində çərçivəsində hazırlanaraq yayımlanır. 



Kulturoloji layihənin maliyyələşdirən qurum:



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi


https://ngogrant.az/


 

Xüsusi qeydlər:

 

1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. E-nəşr ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.



2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir. 



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net/e-library.php?cate=205



Rəsmi FB səhifəmiz:


www.facebook.com/kreativlayihe


www.facebook.com/groups/kitabxana




“Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi silsiləsindən



Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri



Azərbaycanca və yaşayan xalqların dillərində



Tərtibçi və redaktoru, nəşrə hazırayanı:


İradə Dodo - Məlikova



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb


Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2025


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 


Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Ölkəmizdə yaşayan xalqlar və etnik qrupların nümayəndələrindən olan avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat, udilərdən toplanmış atalar sözləri və deyimləri göstərilən xalqların dilində, onların Azərbaycan qarşılığı İ.Məlikovanın “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabında ardıcıllıqla verilmişdir. toplanıb. Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.



Rəyçilər:


Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov

Filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı


Redaksiya heyət:


Allahverdi Bayrami, İradə Abdullayeva, Ağacamal Soltanov, Qurban Abdullayev, Adıgözəl Hacıyev, Monika Rind-Pavlovski, Raçik Ağacaniyə, Rafiq Danakari, Roza Hacımuradova, Cabbar Əliyev, Məhəmmədşərif Şamxalov, Yunis Dəmirov, Cuma Məmmədov, Mehparə Abdurahmanova, Lidiya Qranovskaya, Cavid Əhmədov, Mahama Bazarov, Qalina Şuplina, Eminət Haxova, Niyaməddin Kəbirov, İlyas Çərkəzov, Nofəl Şirinov


Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri, Bakı, 2016 168 səh.


ISBN: 978-9952-29-091-3


İradə Məlikova


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



Azərbaycanın kulturoloji tolerantlığı: YYSİB-nin yeni kreativ layihəsi haqqında məlumat

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirməyə başlayıb.

 

YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq layihə 1 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçiriləcık və geniş fəaliyyət planına malikdir. Müxtəlif fəaliyyət növləri – real tədbir, virtual aksiya, e-sərgi, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kitabxana.net portalında xüsusi olaraq yaradılan “Azərbaycanın kulturoloji tolerantlığı” adlı altbölümdə silsilə formatlı 10-dan çox elektron kitabın rəqəmsallaşdırılması, ictimai yayımı, təqdimat mərasiminin keçirilməsi, eləcə də mövzunu əhatə edəcək 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.

 

Bu günlərdə Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, ölkəmizdə yaşayan xalqların Azərbaycanca və öz dillərində ədəbiyyatları, folkloru, etnoqrafiyası, multikultural və tolerant dəyərləri araşdırılaraq gənc nəsilə tanıdılması, sevdirilməsi də əsas məqsədlərdən biridir. İnternet dövrdə etnik dillərdə yazıb-yaradan düşüncə adamlarının yaradıcılığını, xalqlarımızın yerli dillərini yaşatmaq, mədəniyyətlərini yaymaq üçün kreativ platforma, resurslar sosial şəbəkə və yeni media kontenti yaratmaq vacibdir. Yerli xalqların/etnik qrupların dərslik, kitab, başqa e-nəşrlərini çapa hazırlayaraq yaymaq üçün vahid İnternet resursuna ehtiyac duyulur. Layihənin əsas məqsədi də bu kulturoloji sərvəti ölkəmizdə təbliğ etmək, dünyaya, indiki və gələcək nəsillərə çatdırmaqdır. Bu mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual kreativ-humanitar fəaliyyətlərinin əsas ideoloji istiqamətindən biri də post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün respublikamızda yaşayan xalqlar arasında həmrəyliyi daha da möhkəmləndirməyə nail olmaqdır. Dünyada gedən mürəkkəb geo-siyası proseslər, xüsusə nə qonşu ölkələrdəki münaqişələr, iqtisadi çətinliklər, qlobal iqtisadiyyatda böhran, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alır. II Qarabağ müharibəsindəki Zəfərin - Qələbənin enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gənclərə yönəltmək vacibdir. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni texnoloji alətləridir.

Ölkəmizin indiyə qədər qazandığı milli-mədəni dəyərlər, mədəni-tarixi, humanitar-estetik sərvətlərin, xüsusən də müxtəlif xalqların mental-kreativ imkanları İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi üçün yaradılması vacib bu cür elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, fərqli kreativ-kulturoloji formatlar tələb edir.

Fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Azərbaycanın kulturoloji tolerantlığı” seriasından silsilə elektron kitablarını rəqəmsal nəşri, İnternet TV formatlı verilişlərin hazırlanaraq nümayişi, e-kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas vəzifələrindən sayılır.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə cəmiyyətimizin daha sürətli mədəni, sivil, intellektual inkişafına nail olmaqdır. Qlobal İnformasiya Resurslarında - İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanmasına da çalışılacaq. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq, milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.

Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri əhatə edir. Layihədən, əsasən, məktəbli və tələbələr, eləcə də alternativ - məsafəli təhsil həvəskarları - müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.

Son nəticədə mədəniyyətə, etnik, kulturoloji yaradıcılığa və kreativ sahələrin inkişafına xidmət edəcək layihə paytaxt və regionlarda ədəbi-mədəni sahələrdə bacarıqların inkişafını təşviq edən tədbirlərin, neo-maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yönəlib. Layihə komandasının planına görə, yeni elektron kitablar, e-nəşrlər, şəbəkə ədəbiyyatı nümunələri hazırlanacaq, virtual oxu/mütaliə və e-yazı vərdişləri formalaşdırılacaq, elektron resurslar yaradılacaq, xalqlarımızın dilləri, ədəbiyyatları, mədəniyyətləri, əsərlər təbliğ olunacaq. Azsaylı xalqlarımızın və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı məlumatların sayı İnternetdə çox azdır. Layihə bu istiqamətdə boşluqları dolduracaq, eləcə də II Qarabağ müharibəsində Azərbaycanı sevədiklərini sübut edən yaradıcı qələm adamlarına öz ana dillərində əsərlər yazmağa motivasiya verilər. Etnik dillərdə yazıb-yaradan yazarlara şəbəkə və e-kitab estetikasıyla tanış olaraq ÜmumAzərbaycan mədəniyyətinin yeni qatlarını yaratmaq istiqamətində öz töhfələrini verəcəklər.

Bu layihədə növbəti dəfə sistemli şəkildə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, ədəbiyyatı, folkloru, yaradıcı potensialı haqqında İKT və vizual-virtual formatlarda müraciətlər olunacaq, elektron kitabxana vasitəsi ilə təbliğ və tanıtımı aparılacaq. İnternet, İnformasiya-Komunikasiya Texnologiyaları, yeni virtual və smart alətlərdən yararlanmaq planlaşdırılır. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihə Azərbycandakı azsaylı xalqların xalqının milli mədəniyyəti - ədəbiyyatı, estetik-kreativ, folklor-kulturoloji sərvətləri,etnik dillərdə yazan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.

 

 

Hidayət – Ayxan Əbilli


YYSİB sədr müavini,

Analitik İnformasiya Bölümünün əməkdaşı




İradə Məlikovanın hazırladıgı “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı haqqında


R Ə Y


Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin ya radılması və Respublikamızın prezidenti İ.Əliyevin sərəncamı ilə 2016-cı ilin multikulturalizm ili elan edilməsi Azərbaycanda həyat tərzi olan multikultural dəyərlərin mövcudluğu, qorunması və inkişaf etdirilməsində əhəmiyyətli rol oynamaqdadır.

Bu istiqamətdə təhsil, elm və başqa müəssi sələrdə keçirilən tədbirlər multikulturalizmin dövlət siyasəti qayğısı ilə dəstəkləndiyini göstərməkdədir. Bu baxımdan nəşr olunan və nəşrə hazırlanan kitablar, təqdim olunmuş sayt və s. ölkəmizdə yaşayan xalqların ədəbi-mədəni irsi haqqında obyektiv təsəvvür yaratmağa kömək edir. İradə Məlikovanın hazırladığı “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdirəlayiqdir.

Bilindiyi kimi xalqların ədəbi-bədii və mədəni irsi şifahi və yazılı yaradıcılıq olaraq yaranmış və qiymətli mənəvi sərvətə çevrilmişdir. Atalar sözləri və deyimləri bu sərvətin çox qiymətli bir hissəsidir. Xalqların bu yaradıcılıq məhsulunu bir kitabda vermək eyni zamanda onların birliyini göstərməkdir. Tərtibçinin qeyd etdiyi kimi müxtəlif xalqlara mənsub olan bu atalar sözləri arasında oxşar və eyni olanlar vardır. Kitabda avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat, udi xalqları nın 1300-ə yaxın atalar sözləri və deyimləri toplanmışdır. Onlar xalqın həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, düşüncəsi haqqında olub lakonikliyi ilə fərqlənir.

İfadə tərzində poetiklik, yığcamlıq, nəsihətçilik və didaktika onların əsas əlamətlərindəndir. Müxtəlif dillərdən müxtəlif şəxslər tərəfindən tərcümə olunmağına baxmayaraq, Azər baycan dilində üslub fərqi yoxdur. On bir xalqın şifahi ədəbiyyatından və ya informatorlar dan toplanan bu atalar sözləri və deyimlərinin bir çoxu bəlkə də ilk dəfə olaraq yazıya alınmışdır. Bu da kitabın əhəmiyyətini daha da artırır. Hesab edirəm ki, İradə Məlikovanın hazırladığı bu iş diq qətəlayiqdir və hazırladığı “Azərbaycanda yaşayan xalqların sözləri və deyimləri” kitabını nəşr etməyi lazım bilirəm. Kitab həmin xalqların qiymətli irsini qoruyub saxlamaq baxımından faydalıdır.


İmamverdi Həmidov,


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,

filologiya elmləri doktoru, professor



RƏY


2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasının başlıca səbəbi xalqımızın birgəyaşayış və tole rantlıq ənənələrini dünyaya təqdim etməkdir. Multikulturalizm müxtəlif xalqların adət-ənənələrini, mənəvi dəyərlərini özündə birləşdirir. Məhz bu səbəbdən dir ki, Azərbaycan Prezidenti İlham Əliyev “XXI əsr: ümid lər və çağırışlar” devizi ilə Bakıda keçirilən Beynəlxalq Hu manitar Forumda belə bir fikir səsləndirmişdir: Multikultura lizm bütün xalqları birləşdirir. Bu münasibətlə ölkəmizdə keçirilən tədbirlərin və nəşr olunan kitabların xalqımızın mədəniyyət tarixində böyük ro lu vardır. İ.Məlikovanın “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı da bu baxımdan aktual he sab oluna bilər. Azərbaycanda yaşayan xalqlar və etnik qrupların nümayəndələrindən olan avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat, udilərdən toplanmış atalar sözləri və deyimləri göstərilən xalqların dilində və onun Azərbaycan qarşılığı İ.Məlikovanın “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabında ardıcıllıqla verilmişdir. Bu kitabda verilən bəzi atalar sözləri və deyimlər adı çəkilən xalqların sırf özlərinə məxsusdur. Bəzi atalar sözləri və de yimlər isə Azərbaycan atalar sözləri və deyimlərinin ekviva lentidir. Buna baxmayaraq, müəllif dəyərli bir kitab ortaya qoya bilmişdir.

İ.Məlikovanın dil daşıyıcısı olması bu kitabda verilən ör nəklərə həssaslıqla yanaşmasına səbəb olmuş, gələcəkdə bu işin daha da mükəmməl işlənməsinə şərait yaratmışdır.

Nəticə olaraq, Azərbaycanda yaşayan 11 xalqın dilində işlənən və bu kitabda toplanmış olan folklor örnəklərinin nəşr etdirilməsi “Multikulturalizm ili”nin ruhuna uyğundur, təq dirəlayiqdir və bu kitab təqdim olunan şəkildə nəşr oluna bilər.


Mətanət Yaqubqızı


AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru