ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
"Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi seriyası
Elektron kitab N 35 (06 - 2025)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyininnin reallaşdırdığı fəaliyyətlər çərçivəsində çərçivəsində hazırlanaraq yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Xüsusi qeydlər:
1. Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. E-nəşr ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
2. Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
https://kitabxana.net/e-library.php?cate=205
Rəsmi FB səhifəmiz:
www.facebook.com/kreativlayihe
www.facebook.com/groups/kitabxana
“Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi silsiləsindən
Azsaylı xalqların folkloru, IV kitab
İradə Dodo - Məlikova
Talış folkloru
Azsaylı xalqların folkloru, IV kitab.
Azərbaycan və talış dilində
Toplayanı, tərtib edəni və ön sözün müəllifi:
İradə Doso - MƏLIKOVA
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2025
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Layihənin rəhbəri: akademik Muxtar KAZIMOĞLU (İMANOV)
Toplayanı, tərtib edəni və ön sözün müəllifi: İradə MƏLIKOVA
Redaktoru: fil.ü.f.d., dos. Afaq XÜRRƏMQIZI
Rəyçilər: fil.ü.f.d., dos. Mətanət YAQUBQIZI
Vüsalə KƏRİMOVA
Talış dilindən tərcümə edənlər:
1. Allahverdi Əğərıza oğlu Bayrami
2. Allahverən Süleyman oğlu Nəzərov
3. Baladdin Aydın oğlu Məhərrəmov
4. Bəxtiyar Mirzəkişi oğlu İzzətov
5. Camal Şirəli oğlu Ağayev
6. Xanəli Şirəli oğlu Ağayev
7. Xanlar Ağamirzə oğlu Həmidov
8. İldırım Şükür oğlu Şükürzadə
9. Nəriman Fərman oğlu Ağazadə
10. Nəsir Fazil oğlu Rzayev
Azsaylı xalqların folkloru, IV kitab. Məlikova İradə. Talış folkloru. Bakı, Elm və təhsil, 2019.
Kitabda Azərbaycanın cənub bölgəsində yaşayan talış xalqının folklorundan seçmələr toplanmışdır. Kitab talış xalqının adət-ənənələrinin və milli dəyərlərinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
A 4603000000 Qrifli nəşr
N-098-2019
© İ.Məlikova
Azsaylı xalqların folkloru, IV kitabında Azərbaycanın cənub bölgəsində yaşayan talış xalqının folklorundan seçmələr toplanmışdır. Kitab talış xalqının adət-ənənələrinin və milli dəyərlərinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Azərbaycanın kulturoloji tolerantlığı: YYSİB-nin yeni kreativ layihəsi haqqında məlumat
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirməyə başlayıb.
YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq layihə 1 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçiriləcık və geniş fəaliyyət planına malikdir. Müxtəlif fəaliyyət növləri – real tədbir, virtual aksiya, e-sərgi, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kitabxana.net portalında xüsusi olaraq yaradılan “Azərbaycanın kulturoloji tolerantlığı” adlı altbölümdə silsilə formatlı 10-dan çox elektron kitabın rəqəmsallaşdırılması, ictimai yayımı, təqdimat mərasiminin keçirilməsi, eləcə də mövzunu əhatə edəcək 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.
Bu günlərdə Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, ölkəmizdə yaşayan xalqların Azərbaycanca və öz dillərində ədəbiyyatları, folkloru, etnoqrafiyası, multikultural və tolerant dəyərləri araşdırılaraq gənc nəsilə tanıdılması, sevdirilməsi də əsas məqsədlərdən biridir. İnternet dövrdə etnik dillərdə yazıb-yaradan düşüncə adamlarının yaradıcılığını, xalqlarımızın yerli dillərini yaşatmaq, mədəniyyətlərini yaymaq üçün kreativ platforma, resurslar sosial şəbəkə və yeni media kontenti yaratmaq vacibdir. Yerli xalqların/etnik qrupların dərslik, kitab, başqa e-nəşrlərini çapa hazırlayaraq yaymaq üçün vahid İnternet resursuna ehtiyac duyulur. Layihənin əsas məqsədi də bu kulturoloji sərvəti ölkəmizdə təbliğ etmək, dünyaya, indiki və gələcək nəsillərə çatdırmaqdır. Bu mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual kreativ-humanitar fəaliyyətlərinin əsas ideoloji istiqamətindən biri də post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün respublikamızda yaşayan xalqlar arasında həmrəyliyi daha da möhkəmləndirməyə nail olmaqdır. Dünyada gedən mürəkkəb geo-siyası proseslər, xüsusə nə qonşu ölkələrdəki münaqişələr, iqtisadi çətinliklər, qlobal iqtisadiyyatda böhran, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alır. II Qarabağ müharibəsindəki Zəfərin - Qələbənin enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gənclərə yönəltmək vacibdir. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni texnoloji alətləridir.
Ölkəmizin indiyə qədər qazandığı milli-mədəni dəyərlər, mədəni-tarixi, humanitar-estetik sərvətlərin, xüsusən də müxtəlif xalqların mental-kreativ imkanları İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi üçün yaradılması vacib bu cür elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, fərqli kreativ-kulturoloji formatlar tələb edir.
Fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Azərbaycanın kulturoloji tolerantlığı” seriasından silsilə elektron kitablarını rəqəmsal nəşri, İnternet TV formatlı verilişlərin hazırlanaraq nümayişi, e-kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas vəzifələrindən sayılır.
Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə cəmiyyətimizin daha sürətli mədəni, sivil, intellektual inkişafına nail olmaqdır. Qlobal İnformasiya Resurslarında - İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanmasına da çalışılacaq. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq, milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.
Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri əhatə edir. Layihədən, əsasən, məktəbli və tələbələr, eləcə də alternativ - məsafəli təhsil həvəskarları - müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.
Son nəticədə mədəniyyətə, etnik, kulturoloji yaradıcılığa və kreativ sahələrin inkişafına xidmət edəcək layihə paytaxt və regionlarda ədəbi-mədəni sahələrdə bacarıqların inkişafını təşviq edən tədbirlərin, neo-maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yönəlib. Layihə komandasının planına görə, yeni elektron kitablar, e-nəşrlər, şəbəkə ədəbiyyatı nümunələri hazırlanacaq, virtual oxu/mütaliə və e-yazı vərdişləri formalaşdırılacaq, elektron resurslar yaradılacaq, xalqlarımızın dilləri, ədəbiyyatları, mədəniyyətləri, əsərlər təbliğ olunacaq. Azsaylı xalqlarımızın və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı məlumatların sayı İnternetdə çox azdır. Layihə bu istiqamətdə boşluqları dolduracaq, eləcə də II Qarabağ müharibəsində Azərbaycanı sevədiklərini sübut edən yaradıcı qələm adamlarına öz ana dillərində əsərlər yazmağa motivasiya verilər. Etnik dillərdə yazıb-yaradan yazarlara şəbəkə və e-kitab estetikasıyla tanış olaraq ÜmumAzərbaycan mədəniyyətinin yeni qatlarını yaratmaq istiqamətində öz töhfələrini verəcəklər.
Bu layihədə növbəti dəfə sistemli şəkildə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, ədəbiyyatı, folkloru, yaradıcı potensialı haqqında İKT və vizual-virtual formatlarda müraciətlər olunacaq, elektron kitabxana vasitəsi ilə təbliğ və tanıtımı aparılacaq. İnternet, İnformasiya-Komunikasiya Texnologiyaları, yeni virtual və smart alətlərdən yararlanmaq planlaşdırılır. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihə Azərbycandakı azsaylı xalqların xalqının milli mədəniyyəti - ədəbiyyatı, estetik-kreativ, folklor-kulturoloji sərvətləri,etnik dillərdə yazan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.
Hidayət – Ayxan Əbilli
YYSİB sədr müavini,
Analitik İnformasiya Bölümünün əməkdaşı
ÖN SÖZ
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv
ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar
keçirilsin.
Bütün yer kürəsində 7105 dil var ki, onlardan da 35-ə yaxını Azərbaycan Respublikasında mövcuddur. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur.
Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Azərbaycandakı
müxtəlif dillərdən biri talış xalqının dilidir. Talış dili Hind-Avropa dil qrupuna daxildir. Talışların bir hissəsi 10 fevral 1828-ci ildə – II Rusiya-İran müharibəsinin sonunda bağlanmış Türkmənçay müqaviləsi nəticəsində 2 yerə bölünür. Hal-hazırda Şimali İran və Cənubi Azərbaycan talışları kimi tanınırlar. Azərbaycanda sıx yaşadığı yerləri Masallı, Lənkəran Astara və Lerik rayonlarıdır.
Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür.
Talışlar Azərbaycanda sərbəst ana dilindən istifadə etmək hüququna malikdirlər. Hər kəsin ana dilindən istifadə etmək hüququ
vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaş dırmaq qadağandır.
Talışlara verilən hüquqdan bəhrələnərək bu kitabı ərsəyə gətirdik. Mənə bu işdə köməklik edən şəxslər xalqın bu milli-mənəvi
dəyərlərini xalqın xatirəsində uzun illər yaşatmağa layiq şəxslərdir. Hər şeydən əvvəl ona görə ki, ilk dəfə biz bu ağırlığı
çiyinlərimizə götürməyə cəsarət etmişik. Mənə bu kitabın tərtibatında yaxından kömək edən qardaşlarıma dərin təşəkkürümü
bildirirəm. Onların zəhmətləri əvəzsizdir.
İradə Dodo - Məlikova
VƏSƏ SIXAN
21 Fevral həmmə dınyoədə Beynəlxalq Moə zıvoniruj ğeyd kardəbeydə. İbıə Milləton Təşkilot 1999-nə sori noyabrədəde
Banqladeş səfiri təşəbbusufevrali 21-i Beynəlxəlğ Moə zıvon ruji elon kardəşe. YUNESKO Yolə Konfransədə 21 fevral
Beynəlxəlğ Moə zıvon ruji elon kardə bıə iyən uzv bıə elkon votə bıə ki, həminə ruj məktəbonədə, universitetonədə de Moə
zıvoni əhəmiyyəti anqıl tədbiron, konfranson, seminaron dəvoniyə bıbon.
Həmmə zəmini dimədə 7105 zıvonə qrup heste ki, çəvonədən 35-ə Azərboycon Respublikədə mıvcude. Azərboycon vey
ğədimikuən ən mıxtəlif xəlğon iyən mədəniyyəton vətəni bıəşe.
Çı Şərq mədəniyyəti bə dınya iyən bə Avropa mədəniyyəti, yaanki əksinə dəvarde səyro Azərboycon pardi rolədə bıə.
Çəvonədən qıləyni çı Tolışə xəlği zıvone. Tolışə zıvondaxile bə Hind-Avropəzıvonon qrup. Tolışon i poə Turkmənçay mığovilə
– Dıminə Rusiyə-İron canqi nəticədə 1828-nə sori 10 fevralədə Rusiyəiyən İroni aradə fevralə manqədə Turkmənçaydiyədədəbastə
bıə mığovilə əsosədə bə 2 hissə poə kardə beydə. Esə Şimali-İron iyən Cənubi-Azərboycon tolışon təki zınə beydən. Tolışon
Azərboyconədəjiyə vıron Masal, Lankon, Ostoro iyən Likrəyononin.
Mədəniyyəti ən mıhumə amillonkuən qıləyni mədəni mıxtəlifəti iyən pluralizme. Bo Veyəmillətin, veyədininə, veyəzıvonə
Azərboyconi bə ın ideoloqiya tarixi şəmə reallıği ıştən bə nav doəşe. Tolışon Azərboyconədə sərbəst Moə zıvonikubə oko huğuği
molikin. Har kəsi moə zıvoniku istifodə karde huğuğ hestışe. Har kəsi ıştən piyə zıvonədə tərbiyə iyən təhsil səy, soxtemoni
məşğul bey huğuğ hestışe.
Devlət çəy irqiku, milliyyətiku, diniku, zıvoniku, cinsiku, mənşəyiku, əmlok vəziyyətiku, ğulluğ movqeyku, əğidəku, bə
siyosiyə partiyon, həmkoron ittifaqon iyən bə co ictimoi ibemonon mənsubiyyətonku bəşıkrə nıbıə bə har kəsi huğuğ iyən
ozodətion bərobərəti təminot doydə. İnson iyən şəhrvand huğuğonı iyən ozodətiyon irqi, milli, dini, zıvon, cinsi, mənşəyi, əğidə,
siyosi iyən sosial mənsubiyyətiro məhdud kardey ğədəğəne.
İminə bey həmən yolə xoşbəxtətiye. Əve ki bə tolışon doə bıə huğuğonku oko doəmone ın kitobi bə miyonnə noy zınəmone.
Bəmı bı koədə komək kardə şəxson xəlği ım milli mənəvi dəqəron bə xəlği xatirədə dırozə soron jiyey loyiğ bıə şəxsonin.
Har çiyku bə nav bə səbəb ki, iminə kərə əmə ım coəti bəçəmə amon peqəte cəsorət kardəmone. Bəmı ın kitobi tərtibotədə
komək kardə bəştə boontəşəkkur kardeydəm. Çəvon zəhmətşon həddən ziyodəye.
Pentono həmmə votəyon rəğmən qıləyən de çəmə tərtib kardə bıə kitobi tolışəxəlği folklori sərbəst şikilədə hiç qılə çətinəti
nıbey qırdə karde zınəmone.
İradə Dodo - Məlikova