
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan elmi-fəlsəfi düşüncəsi”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 37 (01 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan elmi-fəlsəfi düşüncəsi” mövzusunda kreativ-elmi silsilə çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Ədəbi-fəlsəfi toplu kitab
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Nəcibə İlkin
Şair-publisist, yazıçı, AYB-nin, AJB-nin üzvü, Prezident mükafatçısı.
“Azad Qələm” jurnalının baş redaktoru Zenfira Nusalova, “Aforizmlər” Bakı, «İMZA» nəşrlər evi, 2025, 52 səh.
Zenfira Nusalova həyat düşüncələrini, qələminin gücü ilə, bəsirət gözü ilə, söz dolu boğçasıyla ikinci dəfə oxucuların görüşünə gəlir. Onun yazdığı aforizmlər əvvəlki kitabı kimi elmi-fəlsəfi düşüncələrində özünü ehtiva edir. İnanırıq ki, bu kitabda oxucuların masaüstü kitabı olacaq.
İSBN 978-9952-37-440-1
© Zenfira Nusalova - 2025
Çağdaş ədəbiyyatımızın istedadlı və məhsuldar cavan nümayəndəsinin yenicə işıq üzü görmüş kitabı. Kitаbdа tanınmış istedadlı şairənin müxtəlif illərdə qələmə aldığı aforizmlər, fəlsəfi fikirlər, düşüncə parçaları toplanıb. Müəllifin yazdığı aforizmlər əvvəlki kitabı kimi elmi-fəlsəfi düşüncələrində özünü ehtiva edir.
ONUN HƏYAT FƏLSƏFƏSİ
Nələrisə kəşf etmək, öyrənmək ömür boyu davam edən bir prosesdir. Sonu olmayan bu macəranın başında bizə dəstək olan insanlar həyatımızda xüsusi yer tutur. Onlar müəllimlərimizdir. İlk onların tutduğu pəncərədən baxırıq həyata. Onlar bizim üçün müqəddəsləşir, dedikləri hər fikir mübahisəyə açıq olmayan qanun kimi qəbul edilir. Dünyada mövcud olan hər şey haqqında ən yüksək səviyyəli biliklərə sahib olduqlarını düşünürük. Bizə yad qavramları olan, balaca dünyamızın tək qəhrəmanı olurlar. Onlardan gördüyümüz sevgini, qayğını bir ömür qəlbimizdə mühafizə edirik. Bu şərəfli peşənin nümayəndələrindən biri Zenfira Nusalova ilə söhbətimiz bizədə ilk qəhrəmanlarımızı xatırlatdı.
Özünüzü təqdim edin. Sizi daha yaxından tanıyaq.
Mən, Zenfira Nusalova yazıçı, publisist, direktor müavini, pedaqoq, “Alfa etkinlik orqanizasyon”, “Onlayn psikoloji zirvesi”nin fəal, aktiv üzvü, 225 nömrəli məktəbdə yaradılmış “Kiçik Akademiya”nın rəhbəriyəm.
Sizcə, yazmaq üçün xüsusi istedadın olması mütləqdir, yoxsa bu çox çalışmaqla əldə edilə bilər?
Yazmaq üçün tələb olunan ilk kriteriya zəngin mənəvi dünyanın olmasıdır. Mənim belə bir aforizmim var: Sən dünyada yox, dünya səndə böyüsün. Yazan insanın içində böyüyən bir dünya, həyata fərqli baxış prizmaları olmalıdır. Başqa insanlarla empatiya qurmaq və onların gözündən baxa bilmək vacib məqamdır. Bunlar olduqdan sonra inkişaf etmək və istedadı artırmaq mümkündür.
“Xəyallardan gerçəkliyə” adlı kitabınız, sanki həyat klavuzudur. İnsanın əlindən tutur, addım-addım hara və necə getməli olduğunu deyir. Necə oldu ki, belə bir kitab yazmağa qərar verdiniz?
“Xəyallardan gerçəkliyə” kitabımın yazılma səbəbi üzərindəki yazılardan da bəllidir. Həyat sənə gördüyünü yox, inandığını yaşadır. Bizim gördüklərimiz düşüncələrimiz deyil, düşüncələrimiz gördüklərimizin təzahürüdür. Qəlbində özgüvən, özdəyər, özsevgi və özyetərlilik hisslərini daşıdığın zaman kainatı da, sistemi də idarə edən sən olursan. Çünki yer üzünü, bəşəriyyəti xəlq edən Allah bizi dünyanın əşrəfi adlandırırsa, 7 trilyon hüceyrəni bizə bəxş edirsə, deməli, biz güclü varlıqlarıq. Əsas məsələ baxmaqdan sonra görməyə keçid edə bilməkdir. Bu kitabın redaktoru Nəcibə xanıma və bütün oxucularıma təşəkkür edirəm ki, mənə sonrakı kitablarım “Sənlə gözəlləşən həyat”, “Aforizmlər”i yazmaq üçün stimul verdilər.
Həyatdan zövq almaq üçün nələr etməliyik?
İnsanlar 2 hissi qarışdırırlar: Həzz və hüzur. Təəssüflər olsun ki, çox zaman həzzin dalından qaçaraq hüzur anlayışını itiririk. Bizim axtardığımız şey həzz deyil. Sosial şəbəkələrdə boşuna keçirdiyimiz zaman, ehtiyacımız olmadığı halda etdiyimiz alış-verişlər və digər dırnaqarısı hobbilərimiz içimizdəki boşluğu doldurmaq üçün bir təkan rolu oynayır. Yalnız hüzur axtardığında və onun üçün çalışdığında təkana ehtiyac qalmır. Gələn gözəlliklər sadəcə bonus rolunu oynayır. Necə ki, fiziki tələbatın ödənməsi üçün qida, zehni ehtiyacının qarşılanması üçün elm lazımdır, elə də ruhun istədiyi şey hüzurdur. Biz bunların hamısını bir cisimdə doldurmağa çalışırıq. Buda insan oğlunun özüylə etdiyi ən böyük mübarizədir. Daxili dünyayla xarici dünyanın mübarizəsi hər zaman tərəddüdlərə gətirib çıxarır.
Özünüz haqqında roman yazsaydınız, bu roman hansı sonluqla bitərdi?
Romanımın sonunda Zenfira obrazı istəklərinə nail olmuş və bütün xəyallarını gerçəkləşdirmiş bir insan kimi təsvir olunardı.
Həyatın mənasız olduğunu düşünən, ümidlərini itirmiş birinə nə deyərdiniz?
Ümid sevmədiyim bir kəlimədir. Çünki gələcəyə aiddir, nə vaxtsa olacaq. Biz isə bu anda yaşayırıq. İnsan öz varlığını dərk etməyəndə suallarının cavablarını yanlış yollarda, başqa insanlarda axtarır. Ya özündən keçəcəksən, ya da özünü keçəcəksən. Özündən keçən insan ümidlərini, arzularını – hər şeyini itirir. Özünü keçdikdə isə insan ümidə, arzuya çevrilir.
Bu günün yazıçı, şairə, müəlliməsi olan Zenfira Nusalova gənc Zenfiraya hansı tövsiyyələri verərdi?
İndi gənclərə hansı tövsiyyələri verirəmsə, o Zenfiraya da həmin tövsiyyələri verərdim: Həyatın ən böyük amalı özünü sevməkdən başlayır. Özünü sevmək insanlığı sevmək deməkdir. Çünki Allaha baxdığın gözlə özünə baxdığın göz eynidir.
Onu da qeyd edim ki, öz həyat yolumda yaşadığım heç nəyi dəyişmək istəməzdim. Çünki problemlər bəziləri üçün çöküş nöqtəsi, bəziləri üçün çıxış nöqtəsidir. Mənim təkamül yolumda mənə təkan verən şey problemlərimin özü oldu. Ona görə də gənc Zenfira həmin yollardan yenidən keçsin istəyərdim.
Niyə məhz “Azerbaijan Women Platform”?
Biriylə həmsöhbət olduğun zaman onun işlətdiyi kəlimələr, məsələlərə baxış bucağı onun kimliyindən xəbər verir. Pərvanə xanımla ünsiyyətimiz zamanı onun bir ziyalı şəxs kimi cəmiyyətdə yer almasına çox sevindim. Çünki hər bir insan çevrəsindəki 5 insanın ortalamasıdır. Kimlərin əhatəsində olmağın sənin inkişafında əhəmiyyətli rol oynayır. Mən Pərvanə xanımın, onun verdiyi əməyin timsalında böyük bir sevgi, dəyər gördüm. Bu layihənin bir parçası olmaq mənim üçün böyük bir zövq oldu. Çünki burada mənəviyyat yüksəlişdədir.
@zenfiranusalova
Zenfira Nusalova
Müəlifin digər e-kitabları:
https://kitabxana.net/author.php?author=941
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.