Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sənin sorağınla

Müəllif:

Fatma İsrafilova


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin oxunaqlı poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin, tanınmış pedaqoqun müxtəlif illərdə qələmə aldığı lirik-satirik, ictimai məzmunlu vətənpərvərlik şeirləri toplanıb. Bu şeirlərdə Vətənə, insanlara, sevgiyə, dostluğa, bir sözlə yüksək və ali duyğulara sayğı, milli dəyərlərə hörmət, ədəbiyyata məhəbbət əks olunub.


Baxış sayı: 644
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual-Elektron Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 41 (14 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-elmi silsilə çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


https://www.facebook.com/groups/kitabxana




Fatma İsrafilova


 

Sənin sorağınla



Poeziya kitabı



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Redaktor: Nəcibə İlkin


Şair-publisist, yazıçı, AYB-nin, AJB-nin üzvü, Prezident mükafatçısı.



Fatma İsrafilova, “Sənin sorağınla”, Bakı, «İMZA» nəşrlər evi, 2023, 120 səh.


İSBN 978-9952-37-440-1


© Fatma İsrafilova - 2023




Çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin oxunaqlı poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin, tanınmış pedaqoqun müxtəlif illərdə qələmə aldığı lirik-satirik, ictimai məzmunlu vətənpərvərlik şeirləri toplanıb. Bu şeirlərdə Vətənə, insanlara, sevgiyə, dostluğa, bir sözlə yüksək və ali duyğulara sayğı, milli dəyərlərə hörmət, ədəbiyyata məhəbbət əks olunub.




Müəlifin digər e-kitabları:


https://kitabxana.net/author.php?author=970



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Haqdan asılan misralar


Ön söz


Fatma xanım çoxdan yazıb yaradan, şeirimizin klassik ənənələrini qoruyub saxlayan şairlərdəndir. Dövrü mətbuatda və “Aşıq Pəri” məclisində fəal çıxış edən şair, ruhunu sözə kökləməklə, sözün munis dostu, sirdaşı olmağı bacarmışdır. Müəllimlik fəaliyyəti ilə bərabər şeir dünyasını qoşa yaşayan sənətkar daxili dünyasının ilahi təcəssümünü misra-misra nəzmə çək məklə qalaq-qalaq söz inciləri yaratmışdır.

Vətəninə, elinə, obasına, xalqına bağlı olan Fatma xanım vətən dərdini çiyinlərində daşımaqla, bu dərdi söz-söz, kəlmə-kəlmə nəzmə çəkmişdir.


Tükənməyib xalqımın dəyanəti, qeyrəti,

Dağ üstünə dağ qoyar dağlar qədər qüdrəti,

Vulkan kimi püskürüb, silkələnib millətim,

Şəhid kimi ölərik, qazi kimi yaşarıq.


“Ya Qarabağ, ya ölüm, özgə çarə yox artıq”!


- deyən şair Qarabağ ağrılarını şəhid oğullarımızın, qazilərimizin mərdliyində, 3 3 Fatma İsrafilova igidlyində yaşadıb. Və böyük inamla vətən torpaqlarının azadlığına tam əminliklə ya naşıb. Onun şeirlərinin əksəriyyəti Qara bağ torpaqlarmızın işğalı dövründə qələmə alınıb. Və bu acıları ta ki, qələbə anına qə dər çiyinlərində daşıyıb. Şeirlərində vətən harayını, vətən səsini mənəvi dünyasının, gələcəyə inamının üzərində kökləyib. Neçə əsrlərdi əzilən, səbri tükənən, daşan xalqın ruhunu şeir-şeir ağlamaqla onları əzmkar lığa, mübariz olmağa çağrıb. Min bir yerə bölünən, İrəvan, Təbriz, Dərbənd, Borçalı yaralarımıza sözüylə həmdəm olmağa çalışıb.


“Duyan könlüm susma Allah eşqinə,

Dərdimizi bir-birinə qatdılar”.


”İnsan oğlu dəmirdimi, daşdımı”,


- deyən şairin göz yaşlarını aydın görmək olur hər misrada. Təbrizə getmək, doğma vətən torpağının isti nəfəsini duymaq istəyən Fatma xanım qəlbinin ağrılarını dilə gətirir:


Vətən vicdan, vətən anddı, amandı,

Qürbət eldə can tapşırmaq yamandı,

Sürünərəm o tayacan diz-dizə,

Tut əlimdən apar məni Təbrizə.


Vətəni sevməyən, onun ağrı-acılarını, qanlı tarixinin keçmişini bilməyən, tanıma yan qələm sahibinin qəlbini boş səhra bi lirəm. Bu mənada qəlbi dərdlə dolu, sözlə beşikli olan şairin vətən göynərtisi, vətən sevgisi hər kəlməsində aydın görürünür. Bir ziyalı kimi bu ağrıları yaşamağa, bu sevgini yaşatmağa özündə dözüm tapmaq, gələcəyə çatdırmaq missiyasını məharətlə, iradəsinin gücüylə həyata keçirməyə can atır. Cəsarəti, aliliyi, mənəvi dünyası bu yolda ona yardımçı olur. Çünki Fatma xanım bir şair, bir pedaqoq kimi insanlıq el minin daşıyıcıısıdır.

Özü demişkən:


“Mən insan ünvanlı sadə bir kəsəm,

Yaratmaq həvəsli sədayam, səsəm”.


Məhz bu məna da onun kimliyi şeirlərində hər an duyu lur, sözlərində parıldayır. Müəllim adına böyük dəyər verən, onun qədrini bilən və çəkisini qorumağı hər kəsə aydınladan Fatma xanım bütün doğmala rından öndə müəllim adının dayanmasını xüsusi vurğulayır:


“Atadan, anadan, bacı dan əvvəl,

Müəllim sözünə inam gətirdik”


- fikri Ulu öndərimiz Heydər Əliyevin “Mən müəllimdən böyük ad tanımıram” kəməsi Fatma İsrafilovanı mənə xatırlatdı. Yaxud başqa bənddə bu adın adiləşməsinə qarşı çıxmaqla müəllim adının böyüklüyünə ehtiram gətirir:


A dostlar! Qəlbimdə gileyim də var,

Ünvanlar səhv düşüb, yer dəyişməsin.

Hər gedib, gələnə müəllim deyib,

Müəllim kəlməsi adiləşməsin.


Fatma İsrafılovanın şeirlərində haqsızlı ğa qarşı üsyan var. Onun içindəki bu üs yan gah vulkan kimi püskürür, gah da dəniz kimi çılğınlaşır. Bəzən də söz-söz ərşə qalxır. Xalqın malını talıyanlara, haqqını tapdalayanlara, ancaq özünü düşünənlərə qarşı haqq səsini ucaldan şair bu yolda hər kəsi əyilməzliyə səsləyir. Bu əyilməzlik ancaq vətən qarşısında, şəhid və qazi kimi vətən oğullarının qarşısında əyilə bilər, deyir.


Nəfsi böyük, iti tamah gödənlərə,

Bir qarnını, bir özünü güdənlərə,

Təmtərağa dizin-dizin gedənlərə,

Əyilmə sən, əyilmə sən!


Sənin sorağınla Dövrümüzə səadət bəxş edənlərə, Vətən üçün od-alova gedənlərə, Şəhid olmuş, daşa dönmüş bədənlərə, Milyon dəfə əyil bala! Böyük və olduqca müdrikcəsinə deyilmiş bu ibrətamiz misralar əsl müəllim, şair qəlbinin harayıdır. Yaltaqlığa, yamanlığa, harınlığa qarşı amansız olmaqla insanları doğru yola çağırır. Bu yol insanlıq yoludur, bu yol haqq yoludur. Allahına, xalqına, vətəninə bağlı olan şair insanlığın ali mərtəbəsində dayanmaqla hər kəsi bu yol da görmək istəyir.

Şeirində dediyi kimi...


Məhəbbət, sədaqət, dəyanət ki, var,

Qəlbimin bəzəyi, arzu, kamımdır.

Həyatda bir vəfa, bir də etibar,

Mənim insanlığa ehtiramımdır.


Və bu yolu inamla, cəsarətlə gedən dəyərli söz aşiqimizə, hörmətli şairmizə yolunuz uğurlu, işıqlı olsun deyirik.


Hörmətlə: Nəcibə İlkin