Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Gecəgözlü xatirələrim və düşüncələrim

Müəllif:

Qismət İbrahimov


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Çağdaş Azərbaycan bədii-publisistik düşüncəsində orijinal baxışları ilə seçilən istedadlı müəllifin doğma kəndi haqqında oxunaqlı kitabı. Bu maraqlı kitаbdаkı bədii-publisitik əsərlərdə, hekayələrdə Vətənə, Qarabağa, Füzuli torpağına, Gecəgözlü kəndinə, onun tarixinə, insanlarına sevgi, bir sözlə yüksək və ali duyğulara sayğı, milli dəyərlərə hörmət, doğma diyara məhəbbət əks olunub.


Baxış sayı: 683
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual-Elektron Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan bədii-publisitikası”


Kulturoloji-publisitik e-kitablar seriyası. Elektron kitab N 53 (10 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii-publisitikası” Kulturoloji-publisitik e-kitablar seriyası çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Rəsmi FB səhifəmiz:


https://www.facebook.com/groups/kitabxana




Qismət İbrahimov


 

Gecəgözlü xatirələrim və düşüncələrim



Bədii-publisitik kitab



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Redaktor:

Həyat Şamıyeva (Həyat Şəmi)

tarix üzrə fəlsəfə doktoru, şair-yazar


Məsləhətçi:

Nazim Vəlişov (Nazim Tapdığoğlu)

tarixçi, pedaqoq, şair, publisist, AYB-nin üzvü,

"Qızıl qələm" mükafatı laureatı



Qismət İbrahimov, “Gecəgözlü xatirələrim və düşüncələrim”. Bakı, «İMZA» nəşrlər evi, 2024, 328 səh.


Kitabda Füzuli rayonu Gecəgözlü kəndinin tarixindən, Gecəgözlü kənd orta məktəbinin inkişaf illərindən, 1938 – 1983-cü illər ərzində həmin məktəbdə çalışmış müəllimlərin ömür yollarından, onların məktəbin inkişafında, kənd gənclərinin savadlı, təhsilli olmaları üçün göstərdikləri fədakarlıqlardan bəhs edilir. "Gecəgözlü xatirələrim və düşüncələrim" adlandırılan bu kitabda bütün mövzular real həqiqətlərdən, faktlardan götürülmüşdür.

Kitaba müəllifin "Gecəgözlü kənd məktəbindən Moskva universitetlərinə", "Şirin sevginin acıları", "Yemədim, üzüm qaldı" povestləri, eləcə də "Yaylım əməliyyatı", "Kvant jurnalı və boz inəyimiz" adlı hekayələri daxil edilmişdir.


İSBN 978-9952-37-440-1


© Qismət İbrahimov, 2024




Çağdaş Azərbaycan bədii-publisistik düşüncəsində orijinal baxışları ilə seçilən istedadlı müəllifin doğma kəndi haqqında oxunaqlı kitabı. Bu maraqlı kitаbdаkı bədii-publisitik əsərlərdə, hekayələrdə Vətənə, Qarabağa, Füzuli torpağına, Gecəgözlü kəndinə, onun tarixinə, insanlarına sevgi, bir sözlə yüksək və ali duyğulara sayğı, milli dəyərlərə hörmət, doğma diyara məhəbbət əks olunub.



Müəlifin digər e-kitabları:



https://kitabxana.net/author.php?author=975


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Qismət Qənimət oğlu İbrahimov haqqında



  O, 2 İyul 1966-cı ildə Füzuli rayonunda anadan olmuşdur.

1983-1988-ci ildə Moskva Rabitə və İnformatika Texniki Universitetini bitirib.

1988-ci ildə təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinə (RN) göndərilmişdir.

1988-1989-cu  illərdə RN-nin Bakı  Poçtamtında 2-ci dərəcəli elektrik montyoru;

1989-1990-illərdə həmin müəssisədə mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır.

1990-1993 illərdə “Bakı Poçt Rabitəsi” İB-nin Avtomatlaşdırma və Mexanikləşdirmə sexinin rəisi;

1994-1998 illərdə RN-nin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktor müavini;

1998-2004-cü illərdə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin Baş direktoru vəzifələrində çalışmışdır;

15.07.2004-cu il tarixindən “TransEvroKom” MMC telekommunikasiya şirkətinin Baş direktoru vəzifəsində çalışır.

1993-1994 illərdə İslamabad Müasir Dillər Universitetində “İngilis dili və diplomatiya” ixtisası üzrə diplomatik kurslarını;

1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasınin “Strateji araşdırmalar və dövlət müdafiyəsinin idarə olunması” ixtisası üzrə hərbi kurslarını bitirmişdir

1998-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının ABŞ-da keçirilən Səlahiyyətli Konfransında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilmiş və Beynəlxalq Telekommunikasiya İttifaqının Yekun Aktinda Azərbaycan Respublikası adından çıxış etmək və İttifaqın Yekun Aktını imzalamaq üçün səlahiyyətli, imzaetmə huquqlu diplomatik status verilmişdir.

RN-in Beynəlxalq Telekommunikasiya Mərkəzinin rəhbəri olaraq ABŞ, Çin, İran, Fransa, Rumıniya, Norveç, Yaponiya, Almaniya, Rusiya, İngiltərə, Tailand, BƏƏ, Pakistan, Hong Kong, Cənubi Afrika, Macarıstan, İtaliya, Türkiyə və digər Avropa və MDB ölkələrində telekommunikasiya sahəsində keçirilən toplantılarda iştirak etmişdir.

2 ədəd elmi texniki monqrafiyanın və telekommunikasiya sahəsində Azərbaycan, Rusiya, Ukrayna və Almaniyada nəşr olunan elmi-texniki jurnallarda dərc olunmuş 35 ədəd elmi-texniki məqalənin müəllifidir.

2004-2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının disertantı olmuş, telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları sahəsində dissertasiya müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının 17 iyul 2007-ci il tarixli qərarı ilə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

İngilis və rus dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.




ÖN SÖZ ƏVƏZİ


Gecəgözlülüm, həmkəndlim, çox-çox uğurların və nailiyyətlərin sahibi, gözəl insan, texnika elmləri üzrə fəlsəfə doktoru Qismət İbrahimovun “Gecəgözlü xatirələrim və düşüncələrim” adlı monoqrafik əsərinin ilk oxucusu və redaktoru olaraq demək istəyirəm ki, kitab mükəmməl və uğurlu alınıb. Deyəcəksiniz ki, nədən bəllidir? 

Kitabı redaktə edərkən, oxuduqca gah tarixə ekskursiya etdim; gah gözüm önündə mənbələrə bir baxış bucağı açıldı; gah sevgili müəllimlərimi xatırladım, andım - qalanlara hörmət, gedənlərə rəhmət olsun; gah ürəkdən güldüm, uğunub getdim; gah kövrəldim, gözlərim yaşardı; gah qürurlandım, gah da fəxr etdim ki, elimin belə istedadlı övladı var. O övlad ki, doğma kəndini unutmadı, unutdurmadı. 

Kitab mahiyyət və qayə etibarilə 3 hissədən ibarətdir: 

1. Birinci hissə Gecəgözlü kəndinin, dolayısı ilə Füzuli rayonunun tarixindən bəhs edir. Bu hissədə Gecəgözlü tirəsinin milli mənşəyi araşdırılmışdır. Belə ki, bu kitabda, araşdırmaçı tarixçilərin arxiv sənədləri əsasında yazılıb dərc olunmuş əsərlərinə - Ənvər Çingizoğlunun “Hacılılar” və Nazim Tapdıqoğlunun - “Füzuli rayonu – toponimləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri və ziyalıları” adlı kitablarına müraciət edilmiş, Gecəgözlü kəndi haqqında tutarlı məlumatlar verilmişdir. Bu mənbə ədəbiyatlarına görə, “Gecəgözlü obası” yaşayış məntəqəsinin adına ilk dəfə XVII əsrin ortalarında Osmanlı dövrünə aid arxiv sənədlərində rast gəlinir. 1727-ci ilə aid olan - “Gəncə – Qarabağ əyalətinin müfəssəl dəftəri” adlı Osmanlı qaynağına istinadən, Gecəgözlü oymağının Arazbarıda, Araz çayı kənarında yaşayış məntəqəsi kimi göstərildiyi qeyd edilmişdir. 

2. İkinci hissə 1938-1983-cü ilərdə Gecəgözlü kənd orta mktəbində fəaliyyət göstərmiş əziz və sevgili müəllimlərimizdən bəhs edir. O müəllimlər ki, bizim ömür və yaradıcılıq yolumuza şam kimi işıq tutdular, gənclərin bilikli yetişməsi yolunda ömürlərini əritdilər. Onu da deyim ki, Gecəgözlü müəllimlərindən bəhs edən ilk kitabdır bu kitab. Qiymətli və dəyərli müəllimlərimizə önəm verdiyi üçün Qismət bəyə dərin təşəkkürümü bildirirəm. Dəyərli və əziz müəllimlər sırasında mənim də anam var. Qismət bəy bu kitabı ilə, düşünürəm ki, dünyadan köçən bütün müəllimlərimizin ruhunu şad etdi. Müəllim adı müqəddəs, müəllim əməyi əvəzolunmazdır. Haqqınızı halal edin, əziz müəllimlərimiz!

3. Üçüncü hissə isə povest və hekayələrdən ibarətdir. Açığını deyim ki, Qismət bəydən belə bədii əsər nümunələri, yəni hekayə və povestlər gözləmirdim. Deyəcəksiniz ki, niyə? Ona görə ki, bu kitabda yer alan povest və hekayələr peşəkarcasına yazılıb. O qədər maraqlı, düşündürücü, anlamlı, əyləncəli və gülməli mövzular var ki, həm dərin fikirlərə qərq olur, həm də gülməkdən özünü saxlaya bilmir insan. Ən əsası da odur ki, bu hekayələr Qismət bəyin öz həyat hekayələridir. Hər kəsin hekayəsi var, amma hər insan da öz hekayəsini sətirlərə tökmək istəməz, tökə bilməz. Qismət İbrahimov cəsarəti və istedadı ilə bu işin öhdəsindən məharətlə gəldi.

Bu kitab həm tarix kitabıdır, həm coğrafiya... həm hekayə kitabıdır, həm həyat həqiqətləri...həm tarixi əsərdir, həm bədii əsərdir, həm də xatirə kitabıdır. Necə deyərlər 3-ü bir arada kitab ərsəyə gəlib. Çəkdiyi əməyə, yazdığı bu dəyərli əsərə görə, Qismət bəyə minnətdaram. Bu kitab gerçəkliyin özüdür və Gecəgözlünün gözüdür. Bütün gecəgözlülər üçün əldən-ələ keçəcək, oxunacaq bir kitab olacağına əminlik hissi var məndə. 

Qismət bəy, sizi ürəkdən təbrik edirəm, uğurunuz uğurumuzdur. Qələminiz yorulmasın. Bir yazıçı dostumun gözəl bir ifadəsi var: “Qələm ömür yonqarıdır”... ömünüz daim olsun, qələminiz tükənməsin.


Həyat Şəmi,

Tarix üzrə fəlsəfə doktoru, yazar, şair