
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 18 (02 - 2026)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-poetik layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Şeirlər və poemadan ibarət kitab
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2026
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov
YYSİB sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Nəcibə İlkin
şair-publisist, yazıçı, AYB-nin, AJB-nin, Dünya Türk Yazarlar Birliyinin,
İraq Türkmən Ədəbiyyatı Birliyinin üzvü, Prezident mükafatçısı, ictimai xadim
Rəna Qurbanlı Qılıcova, “Duyğu dəryası”. Bakı, «İMZA» nəşrlər evi, 2026, 312 səhifə
Azərbaycanın çağdaş ədəbiyyatının məhsuldar nümayəndəsinin yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 12 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm”, "Sətirlərə sığınan hisslər", "Duyğu dəryası" adlı şeirlər və poemalardan ibarət topluları işıq üzü görüb. Şairənin bu yeni kitabında müxtəlif səpkili lirik-poetik əsərlər, eləcə də "Yalançı məhəbbət" adlı poeması toplanıb. Saf sevgi, mənəviyyat-əxlaq, müxtəlif insanların daxili aləmi, dünyaya sayığı, həyata maraq kimi məsələlər bu poetik məhsulların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu yeni e-kitabında da əks olunub.
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=961
Şairə-publisist Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) 1960-cı ildə, iyunun 26-da Sumqayıt şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonunda Puşkin adına orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1994-cü ildə oranın bitirib.
Hələ erkən yaşlarından sözə, ədəbiyyata meyl edən Raəna xanım son illər fəal ədəbi prosesə qoşularaq aktiv poetik-ədəbi fəaliyyəti ilə oxucuların marağını öz yaradıcılığına yönəldə bilib.
Şairənin indiyə qədər 12 kitabı işıq üzü görüb, çoxsaylı poetik-publisitik yazıları İnternet saytlarında, dövrü mətbuatda, ədəbiyyat jurnallarında verilib.
Xanım şairənin “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm”, "Sətirlərə sığınan hisslər", "Duyğu dəryası" adlı topluları ədəbiyyat həvəskarlarının, poeziya sevər oxucuların diqqətini cəlb edib.
Rəna xanımın poeziyası sənət adamlarının da marağını kəsb edib: onun 3 şerinə mahnı bəstələnib. “Atilla torpağı” (tanınmış sənətçi Şəmistan Əlizamanlının ifasında), “Gözəl xanımsan” və “Ömür yolumuz” (istedadlı ifaçı Ülvi Qılıçın ifasında) şahnıları dinləyicilərin könlünü oxşayıb.
Yazıçı-araşdırmaçı Vaqif İsaqoğlu tərəfindən Rəna Qurbanlı haqqında “Rəna Qurbanlının söz dünyası” adlı araşdırma kitab qələmə alınıb. Bu ədəbi-publisitik araşdırmada şairənin sənət-poeziya dünyasına ekskurs edilir, onun həyatı və yaradıcılığı tədqiq edilir.
Müəllifin müxtəlif səpkili şeirləri “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Şərqin səsi”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.
Rəna Qurbanlı (Qılıcova) həm də ictimai-mədəni aktivliyi ilə seçilir. O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Şairlər və Yazıçılar İttifaqının, eləcə də Dünya Jurnalistlər Birliyinin üzvüdür. Şairə-publisit yaradıcılıq uğurlarına görə bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub, “Qızıl Qələm” mükafatına layıq görülüb, həmçinin, Prezident təqaüdçüsüdür.
Aliləlidir, 3 övladı var.
Ayxan – Hidayət Əbilli
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.