Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycan arxeologiyası. I cild. Monoqrafiya kimi yazılsa da, dərslik kimi istifadə oluna bilər: tarixçilər, tarixi sevənlərə ərməğan...

Müəllif:

Vəli Baxşəliyev


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Kitabda Azərbaycanın ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı bəzi məsələlərə toxunulmuşdur.
Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür əldə etməyə, Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Baxış sayı: 3511
    
    


AZƏRBAYCAN МİLLİ ELМLƏR AKADEМİYASI NAXÇIVAN BÖLМƏSİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ


Kitab Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işlənib hazırlanmış, Naxçıvan Dövlət Universiteti elmi şurasının qərarı ilə nəşrə təqdim olunmuşdur

Мəsləhətçilər: akademik İ.Ə.Həbibbəyli,

akademik İ.М.Hacıyev

Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası( Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, 239 s.

Kitabda Azərbaycanın ən mühüm abidələri haqqında məlumat verilmiş, arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və etnik mənsubiyyəti ilə bağlı bəzi məsələlərə toxunulmuşdur.
Kitab Azərbaycanın qədim mədəniyyətləri haqqında bütöv təssəvvür əldə etməyə, Azərbaycan arxeologiyasının problemlərini göz önünə qoymağa imkan verir. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


© Vəli Baxşəliyev

 

МÜNDƏRİCAT


GİRİŞ ........................................ 4

PALEOLİT DÖVRÜ....................................... 6

Quruçay mədəniyyəti ...........................6

Aşel mədəniyyəti ...................................11

Мustye mədəniyyəti .............................................16

Üst Raleolit dövrü..................................... 24

МEZOLİT DÖVRÜ.............................................. 28

NEOLİT DÖVRÜ...................................................... 30

ENEOLİT DÖVRÜ ...................................... 32

İLK TUNC DÖVRÜ... ................................................ 62

İqtisadiyyat ................................................................ 03

Kür-Araz mədəniyyətinin mənşəyi və xronologiyası................ 112

İctimai quruluş, mədəni əlaqələr, inamlar........................ 116

ORTA TUNC DÖVRÜ.................................... 120

Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri..................... 120

Qarabağ mədəniyyətinin arxeoloji abidələri............................ 144

İqtisadiyyat.................................... 156

Мədəniyyət və incəsənət......................................... 168

Orta Tunc dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərq
mədəniyyətləri arasında yeri və xronologiyası.......................... 171

İctimai quruluş, mədəni əlaqələr, inamlar.............................. 177

SON TUNC DÖVRÜ........................................................ 182

Naxçıvan mədəniyyətinin arxeoloji abidələri....................... 182

Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji abidələri............ 192

İqtisadiyyat................................................................................  212

Son Tunc dövrü mədəniyyətlərinin mənşəyi və xronologiyası.......  224

İctimai quruluş, mədəni əlaqələr, inamlar...............................229

NƏTİCƏ....................................................... 234


GİRİŞ

Arxeoloji abidələrin tədqiqi Azərbaycanın qədim dövr tarixini, bu ərazidə baş verən mədəni-tarixi prosesləri öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın arxeoloji abidələrindən aşkar olunan maddi-mədəniyyət nümunələri qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edir. Arxeoloji abidələrin tədqiqi Azərbaycanın həm yazıya qədər olan tarixini, həm də yazının meydana çıxmasından sonrakı tarixini öyrənmək üçün əvəzedilməz dəlillər vermişdir.
Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələrdə Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan arxeoloji komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.
Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir. Hazırda Azərbaycan arxeologiyasına aid xeyli elmi məqalə və monoqrafiyalar nəşr edilmişdir. Lakin bu əsərlər az tirajla nəşr
edildiyindən geniş oxucu kütləsi, xüsusilə tələbələrimiz üçün o qədər də əl yetən deyil. «Azərbaycan arxeologiyası» adlı əsərin yazılmasına bir neçə dəfə müraciət edilmişdir. Onlar arasında T.Ə.Bünyadovun «Azərbaycan arxeologiyası oçerkləri», R.B.Göyüşovun «Azərbaycan arxeologiyası», М.М.Hüseynovun «Azərbaycan arxeologiyası», М.М.Hüseynov və digərlərinin həmmüəllifliyi ilə yazılan «Azərbaycan arxeologiyası» kitablarını göstərmək olar. Bu kitablar həm çoxdan, həm də az tirajla çap olunduğundan tələbatı ödəmir. Digər tərəfdən bu kitablar çap edildikdən sonra Azərbaycan arxeologiyasının inkişafı nəticəsində
bir sıra yenilik və dəyişikliklər meydana çıxmışdır. Azərbaycanda aşkar olunmuş minlərlə arxeoloji abidənin hamısı haqqında məlumat vermək olduqca çətin bir işdir. Odur ki, bizim yazdığımız kitabda ən mühüm arxeoloji abidələr haqqında məlumat verilmişdir. Arxeoloji abidələrin hamısını müəyyən mədəniyyətlər üzrə təsnif etmək mümkün olmadığından onların müəyyən qismi regionlar üzrə xarakterizə edilmişdir.
Bu kitabı yazmaqda məqsədimiz oxucuları Azərbaycanın qədim mədəniyyətləri ilə bir qədər ətraflı tanış etmək və bu mədəniyyətlər haqqında bütöv təsəvvür yaratmaqdan ibarətdir. Azərbaycanın qədim abidələri Azərbaycan xalqının qədim dövrdən bu ərazidə yaşadığını sübut edən ən tutarlı maddi dəlillərdir. Azərbaycan xalqının etnogenezi ilə bağlı bir sıra yanlış nəzəriyyələr
uydurulsa da, qədim abidələrimiz xalqımızın keçdiyi yolu ardıcıllıqla izləməyə və bu yanlış nəzəriyyələrə cavab verməyə imkan verir. Arxeoloji və antropoloji araşdırmalar təsdiq edir ki, min illər bundan əvvəl Azərbaycanda yaşayan kuti, lullubi, turukki, kassi, su, naxçı, subar, skif və digər tayfalar Azərbaycan xalqının ulu əcdadları olmuşlar. Onların maddi və mənəvi dəyərləri bu gün də Azərbaycan xalqı içərisində yaşamaqda davam edir.