
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
"Dastani Əhmədi Hərami"
XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi
Tərtib edəni, ön sözün müəllifi, lüğət: Əlyar Səfərli
"Dastani-Əhmədi Hərami". Bakı, "Şərq-Qərb" nəşriyyatı. 2004. 124 səh.
"Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir. Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur.
ISBN 9952-418-16-4
© "Şərq-Qərb" , 2004