Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Y.E.Bertels və Azərbaycan ədəbiyyatı". XX əsr Avropatipli milli şərqşünaslığımızın banilərindən biri haqqında araşdırma-kitab

Müəllif:

Abuzər Bağırov


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

XX əsrin ən böyük şərqşünaslarından biri olan Yevgeni Eduardoviç Bertels (1890-1957) orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poetik irsinin tədqiq, tərcümə və təbliğ olunmasında böyük xidmətlər göstərmişdir. Monoqrafiyada alimin bu yöndə apardığı araşdırmalar təhlil obyekti kimi götürülmüş və ədəbiyyatşünaslıq elminin müasir səviyyəsindən qiymətləndirilmişdir.


Baxış sayı: 3833
    
    


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

 

"Y.E.Bertels və Azərbaycan ədəbiyyatı"

 

 

BAKI - 2006

Elmi redaktoru: filologiya elmləri doktoru Teymur Kərimli


A. Bağırov. Y.E. Bertels və Azərbaycan ədəbiyyatı. Bakı: Elm, 2007.

XX əsrin ən böyük şərqşünaslarından biri olan Yevgeni Eduardoviç Bertels (1890-1957) orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poetik irsinin tədqiq, tərcümə və təbliğ olunmasında böyük xidmətlər göstərmişdir. Monoqrafiyada alimin bu yöndə apardığı araşdırmalar təhlil obyekti kimi götürülmüş və ədəbiyyatşünaslıq elminin müasir səviyyəsindən qiymətləndirilmişdir.

 

Yevgeni Eduardoviç Bertels barədə qısaca məlumat

 

Məhşur şərqşünas, SSRİ EA (1939) müxbir üzvü, Türkmənistan (1951), Özbəkistan (1956) EA-nın fəxri üzvü, Tacikistanın (1946), Özbəkistanın (1944) əməkdar elm xadimi, İran Elmlər Akademiyası (1944), Dəməşqdə olan Ərəb Elmlər Akademiyasının (1955) müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı (1948) Yevgeni Eduardoviç Bertels (1890-1957) Nəvai, Sədi, Cami, Nizamsi, Firdovsi və b. yaradıcılığını, sufizm və sufi ədəbiyyatının tədqiqatlarında bir sıra türk ədəbiyyatı, tacik və iran tarixini tədqiq edən böyük mütəxəssis olmuşdur. Y.E. Bertels rus şərqşünaslıq elminin korifeyləri - Krımski, Kraçkovski, Somoyloviç və s. kimi şəxsiyyətlərlə bir sırada dayanır. Şərqin üç dilində- ərəb , fars və türk dilində yaranmış ümummüsəlman mədəniyyətinin, ədəbiyyat, tarix və fəlsəfəsinin tədqiqatçısı olan Y.E.Bertles dünya şərqşunaslığının əvəzsiz simalarındanadır.
      Y.E.Bertelsin fars, tacik və bir sıra türk dilli xalqların ədəbiyyat tarixi sahəsində əvəzsiz xidmətləri olan alimdir. «İslam Enisklopediyası»nın müəlliflərindən biri olan Y.E.Bertels İranşünaslıq sahəsində Sovet mətnşünaslıq məktəbinin banisidir.
      Y.E. Bertelsin ən böyük xidmətlərindən biri ərəb, fars və türk poeziyasının yeddi əsr öz cazibəsinidə saxlayan sufizmin - təsəvvüfü mənşəyi, tarixi və nəzəriyyəsinin dərindən tədqiq etməsidir. Nizami və Füzuli kimi dahi Azərbaycan şairlərinin fundamental şəkildə araşdırması onun azərbaycanşünaslıqda böyük xidmətidir. Y.E.Bertels SSRİ- də nizamişünaslığın banilərindəndir. Onun bir çox əsəri Şərq və Qərbi Avropa dillərinə tərcümə olunmuşdur. Obyektivlik, tarixilik, fəlsəfi məntiqi mühakimə qüdrəti, şərq mistik hikmətinə dərindən bələdlik alimin tədqiqatları üçün səciyyəvidir. Ehkamçılığın Şərq- Azərbaycan ədəbiyyatında uzun müddət olması ifadəsinin Şərqdə feodalizmin on əsr, IX-XIX əsrlərdə davamlığı ilə izah edən Bertels klassik-poetik ənənələrin gözəl bilicisidir. Bertels azərbaycan ədəbiyyatının Şərq bədii mədəniyyəti kontekstində araşdıraraq, onun fəlsəfi tarixi mahiyyətinin dünya miqyasında izah etmişdir.
      Yevgeni Eduardoviç Bertels «Böyük Azərbaycan şairi Nizami» /B; 1958/, «Nizami, Fizuli » /M; 1962/, «Sufizim i sufiyskə literatura» /M; 1962/, «Navoi i Djami» /M; 1965/ kimi möhtəbər əsərlərin müəllifidir.
      Y.E. Bertelsin zəngin şəxsi kitabxanası alimin vəfatından sonra EA Kitabxanasına verilmişdir. Bu kolleksiyada Azərbaycan, rus, şərq və Avropa dillərində 4361 nüsxə ədəbiyyat saxlanılır.
      Bu göstəricinin əsas məqsədi Y.E.Bertelsin zəngin kolleksiyasını açıb oxucuya çatdırmaqdır. Buraya monoqrafiyalar, bədii tərcümələr, mədəniyyət, incəsənət və ədəbiyyat abidələri, məqalələr, rəylər, məlumat ədəbiyyatı daxildir. Alimin şəxsi kolleksiyasındakı qiymətli kitablar şərqşünaslarda, ədəbiyyatçılarda və s. böyük maraq doğurar.
      Göstəricidə ədəbiyyat Kitabxana-Bilioqrafiya Təsnifatı (KBT) cədvəlinə əsasən bölmələrdə qruplaşdırılmışdır, bölmə daxilində müəlliflərin soyadına görə əlifba ilə düzülmüşdür. Eyni zamanda ədəbiyyat dillər üzrə / Azərbaycan, rus, Qərbi Avropa və Şərq dilləri/ bölünmüşdür.
      Hər bir mənbənin qarşısında onun sıra nömrəsi və şifri verilmişdir. Kitabı tələb edərkən onun şifrinə «FBT» əlavə etmək lazımdır. Məs.: FBT Qordiyevski V. Kiçik Asiyada Səlcük dövlət. 925
       Göstəriciyə daxil olan ədəbiyyat «De vizu» yazılmışdır. Sözlərin ixtisarı hazırda istifadə olunan standartlar tələbinə uyğun soyadlar adlıq halında təsvirin əvvəlində verilmişdir. Bəzi biblioqrafik anlaşılmamazlıq onların (il, nömrə, səh. və s. olmadıqda) «M.Y.» yəni «mənbə yoxdur» kimi qeyd olunur. Vəsaitdə adların və müəlliflərin əlifba göstəricisindən ibarət köməkçi aparatı verilmişdir.
      Y.E.Bertelsin şəxsi kitabxanası Mərkəzi Elmi Kitabxanada saxlanılan digər görkəmli alimlərin kolleksiyaları kimi öz əksini baş əlifba kataloqunda tapmışdır və ayrıca mühafizə olunur.
      Kataloq Ç.Əhmədova, N.Bayramova, X. Hacıyeva tərəfindən tərtib edilmişdir. T.Sadıxova, F.Hüseynova, Q.Cəfərova tərəfindən redaktə edilmişdir.