Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". Ustad sənətkar dünya romantizmin orijinal simalarından sayılsa da, ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur

Müəllif:

Məhəmməd Hadi


Kateqoriya:

Klassika



Qısa Təsvir:

Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub. "Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...


Baxış sayı: 3704
    
    


Məhəmməd Hadi

"Seçilmiş əsərləri"

 


Məhəmməd Hadi. "Seçilmiş əsərləri". Bakı, "Şərq-Qərb"nəşriyyatı, 2005, 464 səh.

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizmin orijinal simalarından sayılan Məhəmməd Hadi (1879-1920) ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur.O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi-tənqidi əsərlərində əsaslandırmışdır.
Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub.
"Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...

 

ISBN 9952-418-64-4