Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". Tanınmış xalq yazıçısının məşhur povestləri və komediyaları (Azərbaycan dilində)

Müəllif:

Maqsud İbrahimbəyov


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.


Baxış sayı: 5381
    
    


Maqsud İbrahimbəyov

"Seçilmiş əsərlər"


 

Xalq yazıçısı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti, 1935 - ci il may ayının 11- də Bakıda anadan olmuşdur. Atası - Məmməd İbrahim İbrahimbəyov (1898 - 1973), anası - Fatma Ələkbər qızı Məşədibəyova (1915 - 1977). Arvadı - Anna Yuryevna İbrahimbəyova (Qerulaytis) 1948 - ci ildə anadan olmuşdur. Oğlu - Murad Maqsud oğlu İbrahimbəyov (1965) kinorejissordur.

M. İbrahimbəyovun ögey qardaşı və bacısı: yazıçı, dramaturq, kinossenarist, teatr və kino rejissoru, müəllim, prodüser Rüstəm İbrahimbəyov (1939) və Sevda İbrahimbəyova (1942 - 1957).

Təhsili:

Maqsud İbrahimbəyov Bakıda Azərbaycan Dövlət Politexnik institutunun inşaat fakultəsini (1955 - 1960), Moskvada Ali ssenari kurslarını (1962 - 1964) və Ali rejissor kurslarını (1971 - 1973) bitirmişdir.

Nəsr əsərləri:

Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.

Teatr:

Pyesləri - «Mezazoy əhvalatı» (1975), «Bütün yaxşılıqlara görə ölüm» (1978), «Kərgədan buynuzu» (1993), «Müdrik Sfinks gülümsəyir» (2001), «Final restoranı» (2006). «Ülyahəzrətin rolls - roysu» (2009) və başqaları.

Bu pyeslər müxtəlif illərdə tanınmış səhnə xadimlərinin quruluşunda altmışdan çox teatr səhnəsində oynanlmışdır. Onların sırasında Boris Ravenskix (Moskva Kiçik dram teatrı), Zinoviy Karaqodski (Leninqrad Gənc tamaşaçılar teatrı), Tofiq Kazımov (Azərbaycan Milli dram teatrı), Aleksandr Şarovski (Bakı Rus dram teatrı) və başqaları kimi görkəmli simaların adlarını çəkmək olar.

Kino:

Milli kino fondunda Maksud İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmlər:
«Gənc qadına yaraşan qadın», «Qızıl buzovların rəqsi», «Təkbaşına hamı uğrunda», «Yarımçıq qalmış serenada», «Çünki mən Ayvar Lidakam», «Bir az bahar bayramı», «Bayquş gəldi», «Bağçada xudmani yer», «Truskavetsə kim gedəcək?», «De ki, məni sevirsən», «Gözəl bir gündə» («Günlərin bir günündə»), «Mezazoy əhvalatı», «Dağ mağarasının sirri», «Sən mənim nəğməmsən», «Qoy o bizimlə qalsın», «Əsas müsahibə», «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi» və başqaları.

Xidməti və ictimai fəaliyyəti:

Azərbaycan Respublikası parlamentinin deputatı, Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Dünya elçisi, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşıdır.

Təltifləri:

Ordenləri - "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ), "Şöhrət" ordeni (Azərbaycan), "İstiqlal" ordeni (Azərbaycan), "Dostluq" ordeni (Rusiya), Roma Papası ordeni

Maraq dairəsi:

Bağçılıq, qədimi silahlar, mopslar.

 

E-mənbə / link: http://maksudibragimbekov.com