Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Cəsarət". Azəricə. (Mistik təlim banisinin fəlsəfi irsinin əsasını insan azadlığı və xoşbəxtliyi, cəhalətlə, cəmiyyədə olan yalançı dəyərlərlə, dövlət bürokratiyası və dini ehkamlarla mübarizə təşkil edir.)

Müəllif:

Oşo - Çandra Mohan Racniş


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

Onun mühazirələrini dinləmək üçün Hindistana dünyanın hər yerindən insanlar axışıb gəlirdi. Maraqlıdır ki, Oşo heç vaxt əsər yazmayıb. Davamçıları onun 1968 - 1989-cu illərdə müxtəlif auditoriyalarda oxuduğu şifahi mühazirələri toplayaraq sonradan kitab şəklində çap edib. Dünyanın bir çox dillərinə tərcümə edilən kitabların çoxu betsellerə çevrilib. Cəsarətsizlik bizim cəmiyyətimizin ağrılı problemi olduğundan, Oşonun bu maraqlı əsərini sizlər üçün tərcümə edərək yayımlamağı qərara aldıq. Əmin olun: bəyənəcəksiz...  


Baxış sayı: 6163
    
    


   Çandra Mohan Racniş (1931 - 1990) məşhur hind filosofu, 1960 - cı illərdə Bxaqvan Şri Racniş, sonradan isə Oşo adı ilə məşhurlaşan mistik təlimin yaradıcısıdır.
   Oşo özünün xüsusi təlimini yaymaqla məşğul olub. Onun fəlsəfəsinin əsasını insan azadlığı və xoşbəxtliyi, cəhalətlə, cəmiyyədə olan yalançı dəyərlərlə, dövlət bürokratiyası və dini ehkamlarla mübarizə təşkil edir.
   Onun mühazirələrini dinləmək üçün Hindistana dünyanın hər yerindən insanlar axışıb gəlirdi. Maraqlıdır ki, Oşo heç vaxt əsər yazmayıb. Davamçıları onun 1968 - 1989-cu illərdə müxtəlif auditoriyalarda oxuduğu şifahi mühazirələri toplayaraq sonradan kitab şəklində çap edib. Dünyanın bir çox dillərinə tərcümə edilən kitabların çoxu betsellerə çevrilib. Cəsarətsizlik bizim cəmiyyətimizin ağrılı problemi olduğundan, Oşonun bu maraqlı əsərini sizlər üçün tərcümə edərək yayımlamağı qərara aldıq. Əmin olun: bəyənəcəksiz...  
  

   Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur.
   Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar.
   Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır.
  
   * * *
  
   Cəsarət bütün qorxulara rəğmən bilinməyənə addım atmaqdır.
   Cəsarət qorxusuzluq demək deyil. Qorxusuzluq davamlı cəsur və daha cəsur olunca ortaya çıxar.
   Cəsarətin ən pik nöqtəsi qorxusuzluqdur.
   Cəsarət sonsuz olduğu zaman qorxusuzluq gözəl qoxu kimi ortaya çıxar.
   Amma başlanğıcda qorxaq ilə cəsur arasında demək olar ki, heç bir fərq yoxdur. Tək fərq: qorxaq qorxularına qulaq asar və onları izləyər. Cəsur isə onları bir kənara atıb, irəli addım atar. Cəsur insan qorxularına rəğmən bilinməyənə addım atandır. O qorxunu tanıyır, qorxu oradadır.
   Kolumb kimi kəşf edilməmiş dənizlərə açıldığın zaman, bu qorxu vardır, yoğun bir qorxu.
   Çünki kimsə nə olacağını bilməz.
   Güvənliyin sahillərini tərk edirsən. Bir tərəfə baxanda heç bir sıxıntın yoxdur. Əksik olan tək bir şey var: macəra...
   Naməlum olana addım atmaq sənə həyəcan verər. Qəlb təkrar-təkrar döyünməyə başlayar, təkrar canlanarsan, yaşadığını hiss edərsən. Varlığındakı hər hüceyrə canlanar. Çünki naməlum olanın meydan oxumasını qəbul etmisən.
   Bütün qorxulara rəğmən, naməlumun meydan oxumasını qəbul etmək, cəsarətdir. Qorxular oradadır. Amma əgər sən təkrar - təkrar bu meydan oxumanı qəbul etsən, yavaş-yavaş o qorxular da yoxa çıxar. Bilinməyənin verdiyi o sonsuz zövqü yaşamaq, bilinməyən ilə duymağa başladığın həyəcan, səni güclü edər. Zəkanı kəskinləşdirər. İlk dəfə həyatın bir sıxıntı deyil, macəra olduğunu hiss etməyə başlayarsan. Sonra qorxu yoxa çıxar. O zaman davamlı olaraq macəra arxasınca qaçmağa başlayarsan.
   Qısacası cəsarət bilinməyən üçün bilinəni risqə atmaqdır. Tanış olmayan bir şey üçün sənə məlum olanı, narahatlıq üçün komfortlu olanı, naməlum bir dayanacaq nöqtəsi üçün hər kəsin bildiyi köç yollarını tərk etmək deməkdir.
   İnsan qalib, yoxsa məğlub olacağını əsla bilməz.
   Bu bir qumardır. Amma həyatın nə olduğunu sadəcə qumarbazlar bilir.
  
   * * *
   Həyat sənin məntiqini dinləməz, heç vecinə də almadan öz yoluyla gedər. Sən həyata qulaq asmaq məcburiyyətindəsən.
   Həyat sənin məntiqini dinləməz, vecinə almaz..
   Həyata girdiyin zaman nə görürsən?
   Böyük bir fırtına gəlir və nəhəng ağaclar devrilir...
   Çarlz Darvinə görə, onlar həyatda qalmalıdır, çünki onlar ən yaxşı uyğunlaşmış, güclü və qüvvətlidirlər.
   Yaşlı bir ağaca bax. Yüz metrə yüksəkliyində, 3 min yaşı var. Ağacın varlığı belə güc yaradır, dayanıqlılıq və qüdrət duyğusu verir. Milyonlarla kök torpağın dərinliklərinə yayılmış vəziyyətdədir. Ağac böyük bir ehtişamla dik dayanıb.
   Ağac təbii ki, mübarizə aparır, təslim olmaq istəmir. Amma fırtınadan sonra devrilmişdir, ölmüşdür. Artıq yaşamamaqdadır. Bütün gücü yox olub getmişdir. Fırtına həddindən artıq güclü idi.
   Fırtına hər zaman daha güclüdür.
   Çünki fırtına bütündən gəlir, ağac isə fərddir.
   Sonra kiçik bitkilər və otlar vardır. Fırtına gəldiyi zaman otlar əyilər, fırtına isə ona bir zərər verə bilməz. Maksimum üstünü təmizləyər, vəssalam. Üstündəki tozları süpürər. Fırtına onu yaxşıca yuyub təmizləyər. Amma fırtına yatandan sonra kiçik bitkilər və otlar yenə dikələrlər. Bir otun hardasa heç kökü də yoxdur, kiçik bir uşaq tərəfindən belə asanlıqla məhv edilə bilər. Amma fırtına məğlub olub.
   Nə oldu?
   Otlar Laonun yolunu izlədi: Lao Tzsının. Böyük ağac isə Darvini izlədi. Böyük ağac çox məntiqliydi, müqavimət etməyə, gücünü göstərməyə çalışdı.
   Əgər gücünü göstərməyə çalışsan yenilməyə məhkumsan.
   Bütün Hitlerlər, bütün Napaleonlar, bütün İsgəndərlər böyük güclü ağaclardır. Onların hamısı məğlubiyyətə uğradılacaq.
   Lao Tzsılar kiçik otlar kimidir, kimsə onları məğlub edə bilməz. Çünki onlar hər zaman əyilməyə hazırdılar. Təslim olan birini necə məğlub edə bilərsən ki?
   "Mən zatən məğlub oldum", ya da "Zəfərinizin ləzzətini yaşayın, problem çıxarmağa ehtiyac yoxdu, məğlubiyyəti qəbul edirəm" deyən birini necə məğlub edə bilərsən?
   Büyük İsgəndər belə Lao Tzsının qarşısında özünü gücsüz hiss edəcəkdir. Heç bir şey edə bilməz.
   Bu baş verdi.
   Eynilə belə oldu.
   Böyük İsgəndər Hindistanda olduğu zaman Damdamis adında bir sannyasin, bir mistik yaşayırmış. İsgəndər səfərə çıxmamışdan əvvəl dostları ondan bir sannyasin gətirməsini istəmişlər. Çünki o nadir çiçəkdən sadəcə Hindistanda varıymış.
   Dostları İskəndərə: "Geri qayıtdığınız zaman özünüzlə çox şey gətirəcəksiz, amma çox xahiş edirik, sannyasini unutmayın, biz onun nə olduğunu görmək istəyirik, sannyasinin tam olaraq nə olduğunu bilmək istəyirik" demişlər.
   İsgəndər müharibələrə, mübarizələrə görə o qədər məşğuluymuş ki, dostlarının ondan istədiyini az qala unudubmuş. Geri qayıdarkən, düz Hindistanın sərhədini tərk etmək üzrəykən, birdən dostlarının ondan istədiyi şey yadına düşüb. Hindistanın sonuncu kəndiydəymiş, ona görə də əsgərlərini sannyasin axtarmaq üçün kəndə göndərib.
   Təsadüf nəticəsində Damdamis o zaman kənddə çayın sahilindəymiş.
   Kəndin sakinləri: "Tam vaxtında gəldiniz. Çoxlu sannyasin var, amma həqiqi sannyasin həmişə nadir hallarda tapılır. O hal - hazırda burdadır. Gedib onu ziyarət edə, dərs öyrənə bilərsiz." demişlər.
   İsgəndər gülmüş: "Mən bura dərs öyrənməyə gəlməmişəm. Əsgərlərim gedib onu tapacaq və məndə onu öz ölkəmin paytaxtına aparacam" deyib.
   Kəndlilər: "Bu o qədər asan məsələ deyil" cavabını vermişlər.
   İsgəndər qulaqlarına inanmayıbmış: necə bir çətinlik ola bilərdi ki?
   O, imperatorları, böyük kralları diz çökdürmüşdü. Ona görə də bir dilənçi, bir sannyasin ona nə çətinlik törədə bilərdi ki?
   Əsgərlər Damdamisi görməyə getmiş, Damdamis çayın sahilində çırılçıplaqmış. Əsgərlər ona müraciətlə: "Böyük İsgəndər səni öz ölkəsinə dəvət edir. Ehtiyacın olan hər şey sənə veriləcək, krallığın qonağı olacaqsan" demişlər.
   Çılpaq fəqir gülmüş və: "Sən get ustana de, özünə böyük deyən bir insan böyük ola bilməz. Heç kim məni heç yerə apara bilməz. Bir insan bulud kimi hərəkət edər: tam azadlıq halında. Mən heç kimin köləsi deyiləm " demiş.
   Əsgərlər: "İsgəndərin adını eşidib olarsan, o çox təhlükəli adamdı. Əgər onu rədd etsən, bunu qəbul etməz, başını kəsdirər"deyib.
   Sannyasin onlara: "Bəlkə də ən yaxşısı sizin onu bura gətirmənizdir, o mənim nə demək istədiyimi anlaya bilər" demiş.
   İsgəndər onu görməyə getməyə məcbur olub. Çünki geriyə qayıdan əsgərlər ona belə demişdi: "O, çox bənzərsiz bir adamdı. Sanki işıldayır. Ətrafında bilinməyəndən qaynaqlanan bir şey var. Çılpaqdı, amma onun yanında çılpaqlığı hiss etmirsiz, daha sonra xatırlayırsız. O qədər güclüdür ki, onun varlığında bütün dünyanı unudursuz. Qəribə bir cazibəsi var. Ətrafını böyük bir hüzur əhatə edir. Sanki ətrafındakı hər şey onun varlığından xoşbəxtlik duyur. Onu görməyə dəyər. Amma gələcəkdə onu təhlükələr gözləyir. Çünki zavallı adam heç kimin onu heç bir yerə apara bilməyəcəyini, kimsənin qulu olmadığını söyləyir".
   İsgəndər əlində qınından çıxmış qılıncıyla onu görməyə getdi. Damdamis güldü və danışdı: "Qılıncını endir, burada bir işə yaramaz. Onu qınına sox. Sən sadəcə bədənimi kəsə bilərsən. Mən isə onu çox uzun zaman öncə tərk etdim. Qılıncın məni kəsə bilməz, onu endir, uşaqlıq etmə!"
   Söyləyənlərə görə, İsgəndər həyatında ilk dəfə bir başqasının əmrini yerinə yetirib. Çünki bu adamın hüzurunda kim olduğunu belə unutmuşdu. Qılıncını qınına soxdu: "Həyatımda bu günə qədər belə gözəl insanla rastlaşmadım" dedi.
   Düşərgəyə geri dönəndən sonra düşüncələrini anlatdı: "Ölməyə hazır olan birini öldürmək çox çətindi. Onu öldürməyin mənası yoxdu. Vuruşan birini öldürərsən, o zaman öldürmənin bir mənası var. Amma ölməyə hazır olan, "bax başım burdadı, onu kəsə bilərsən" deyən bir adamı öldürməyi bacarmazsan".
   Damdamis əslində belə demişdi "Bu mənim başımdı. Onu kəsə bilərsən. Başım düşdüyü zaman, onu qumların üzərinə düşərkən görəcəksən. Mən də eyni şeyi görəcəm. Çünki mən bədənim deyiləm. Mən bir şahidəm".
   İsgəndər bunu dostlarına danışdı və belə dedi: " Bura gətirəcəyim sannyasinlər varıydı, ancaq onlar əsli deyildilər. Sonra həqiqətən bənzərsiz olan bir adamla qarşılaşdım və siz doğru eşidibsiz. Bu çiçək həqiqətən bənzərsizdi. Amma heç kim onu nəyəsə məcbur edə bilmir, çünki ölümdən qətiyyən qorxmur. Bir insan ölümdən qorxmursa onu necə nəyəsə məcbur etmək olar?
  
   * * *
   Səni kölə edən şey elə sənin öz qorxularındı. Qorxusuz olduğun zaman artıq kölə deyilsən. Əslində başqalarının səni kölə etmədən öncə kölə olmağına səbəb elə sənin içində olan qorxudur.
   Qorxusuz bir insan, nə kimsədən qorxar, nə də başqasını qorxudar. Qorxu təmamən ortadan qalxar.
  
   Səhifəni hazırladı: Cavid Ramazanov
 

E-qaynaq / link: http://almaqezeti.com/index.php?mod=view&id=4924

 

Geniş məlumatlar üçün baxmaq olar: http://www.osho.com/index.cfm?Language=Russian