Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İki yazı: "Erməni xalqının "Koroğlu" adında eposu olmayıb"... "Ermənilər nağıllarımızı da "özəlləşdiriblər"...

Müəllif:

Elçin Qaliboğlu


Kateqoriya:

Ermənişünaslıq - Ermənistanşünaslıq



Qısa Təsvir:

İki yazı: "Erməni xalqının "Koroğlu" adında eposu olmayıb"... "Ermənilər nağıllarımızı da "özəlləşdiriblər"... 


Baxış sayı: 40
    
    


 "Erməni xalqının "Koroğlu" adında eposu olmayıb"... 

 Bunu ermənilərin özləri də etiraf edirlər

 

Tanınmış alim, professor Azad Nəbiyevin yaradıcılığını araşdıran filologiya elmləri doktoru Ramil Əliyev bu qənaətə gəlib ki, A.Nəbiyev folklorumuzu siyasi-mənəvi problem səviyyəsində mənimsəyən ermənilərə cavab verən ilk araşdırmaçılardandır. Onun siyasi folklor sahəsindəki araşdırması "Milli təəssübkeşlik, yoxsa erməni saxtakarlığı" adlanır: "A.Nəbiyev tariximizi, musiqimizi, ərazimizi, folklorumuzu mənimsəmək istəyən mənfur qonşularımıza tutarlı faktlarla cavab verir. Erməni separatçılarının Azərbaycan elminə qarşı terroru maddi və mədəniyyət abidələrinin saxtalaşdırılması, öz adlarına çıxılması ilə başlayıb. Onların siyasi terrorçuluğu hələ X yüzilin əvvəllərində baş vermişdi. Onlar Balkanlardan Zaqafqaziyaya köç edəndə bu yerlərdə albanlarla rastlaşmışdılar. Heç bir kökü, mənşəyi olmayan, yaxud naməlum olan bu xalq alban mədəniyyətini, alban əlifbasını oğurlamaqla özlərinə saxta mədəniyyət, əlifba düzəltdilər, Qarabağ ərazisindəki alban çarlığını ələ keçirib dövlət qurmaq istəsələr də, əməlləri baş tutmadı. Öz etnik köklərini müəyyənləşdirə bilməyən bu qaraçı tayfalarından törəyənlər bu dəfə də albanların assimilyasına məruz qaldılar və özlərinə saxta dil, mədəniyyət, əlifba, tarix, folklor quraşdırmağa başladılar. Köçürüldükləri yerlərdə yerli etnosların mədəniyyətinə əl uzatdılar, özlərinə "milli mədəniyyət" yaratdılar".
A.Nəbiyev ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və mədəniyyətimizi saxtalaşdırmanın 3 mərhələ üzrə baş verdiyini bildirir. Birinci mərhələ çox keçmiş zamanları əhatə edir: "İkinci mərhələ isə I Pyotrun siyasəti ilə bağlıdır. O, ölkəsini müsəlman dövlətlərinin əhatəsindən ayırmaq üçün sərhədlərə ermənilərin yerləşdirilməsini əmr etmişdi. Həm də bu illərdə ermənilərin daimi yaşayış məskənləri yox idi. Buna görə də Rusiyanın himayəsi altında sərhəd Azərbaycan torpaqlarında yerləşmək onların ürəyindən oldu. Bu hadisə 1830-1920-ci illərə qədərki dövrü əhatə edir. Bu illərdə İran və Türkiyədən ermənilər gətirilib Azərbaycan torpaqlarına yerləşdirilmişdilər. İran və Türkiyə ermənilərinin aralarında olan toqquşmanın və hücumların nəticəsində 1850-1852-ci illərdə Türkiyə erməniləri tərəfindən 47 iranlı erməni (o cümlədən 12 qadın, 4 uşaq) öldürülmüşdü, buna cavab olaraq iranlı ermənilər Türkiyədən gəlmiş 12 erməni qadının başını kəsmişdilər (bu məlumatı A.Nəbiyev Gürcüstan Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan 247 H-li fonddakı 2-ci qovluqdan, 6-cı vərəqdən götürüb). Ermənilərin öz aralarındakı vuruşmalarının qarşısını almaq üçün 1831-ci ilin yanvarında Türkiyədən gəlmiş 487 ailə Şuşaya köçürülmüşdü. Müxtəlif illərdə isə onlar Azərbaycanın Qarabağ, Zəngəzur, Göyçə, Gəncəbasar, Şəki-Oğuz torpaqlarında yayılmağa başladılar, 1880-ci illərdən başlayaraq azərbaycanlılarla ermənilər arasında torpaq davaları başladı.
A.Nəbiyev daha sonra bu qənaətə gəlir ki, 1880-ci illərdən başlayaraq onlar mənəvi mədəniyyətimizə - aşıq havalarına, dastanlarımıza, xalq şeiri nümunələrinə, nağıllarımıza, xalq mahnılarımıza göz dikməyə başladılar, onları da erməniləşdirmək istədilər. Onlar tarixən yaşadıqları ərazilərdə də fars, yunan, Bizans mədəniyyətini oğurlamaqla məşğul idilər. Yeni ərazilərdə bu işi sistemli şəkildə etmək üçün türk mədəniyyətindən faydalanmaq qərarına gəlmişdilər. Odur ki, Göyçə kimi türkün qədim mədəniyyət mərkəzində sənətin bütün növlərinə əl uzatdılar: "Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxartdılar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başladılar. "Azərbaycan dilini iyrənc şəkildə təhrif edən bu üzdəniraq "ifaçılar" yanşaqlıqdan, təlxəklikdən o tərəfə getməsələr də, özlərini "şöhrətli aşıq", "dastançı" kimi təqdim etməkdən çəkinmədilər, Azərbaycan xalqının bir çox nağıl, dastan, əfsanə və rəvayətini ermənilərin xeyrinə təhrif etməyə başladılar".
Onların yalançı "dastan qoşmaq" məharətinin üstü açılanda "ara, qanmadım" deyərək azərbaycanlıların ayağına yıxılır, gülünc vəziyyətdə aşıq meydanını tərk edirdilər. Məhz onların "fəaliyyəti" nəticəsində neçə-neçə dastan təbdil, tərcümə adı altında erməniləşdirilmişdi. R.Əliyev bildirir: "Azad Nəbiyev bu dastanlardan yalnız ikisini misal gətirir. Bunlardan biri "Əsli-Kərəm"dir. Alban mədəniyyət elementlərini güclü mühafizə edən bu dastanın erməniləşdirilməsi onlara öz "tarixlərinin" qədim olmasını sübut etmək üçün gərək idi. "Əsli-Kərəm" erkən orta yüzillərə məxsus dastan yaradıcılığının nümunələrindən biridir. Onun bütün variantlarında Əsli alban mənşəli bir obraz kimi verilir. Lakin ermənilər onu albanlıqdan çıxararaq erməniləşdirib, alban keşişini də erməni keşişinə döndəriblər. Bununla da özlərinin erkən orta yüzillərdə yerlərini möhkəmlətmək qayğısına qalıblar. Onlar "Əsli-Kərəm"i erməni dastanı kimi təqdim etməkdən də çəkinməyiblər".
A.Nəbiyev qeyd edir ki, uzun illər bu işə laqeyd baxmış, "Əsli-Kərəm"in erməni məişəti ilə bağlılığını təkzib edən faktları toplamamışıq. Onlar isə bizim biganəliyimizdən istifadə edərək "Əsli-Kərəm" operasını da, onun müəllifi Ü.Hacıbəyovu da "erməniləşdiriblər". Ermənilər tərəfindən oğurlanan digər dastanımız "Vanlı Göyçək"dir. Bu dastanı XIV -XV yüzillərdə Şirvanda yaşayan Aşıq Köçər yardıb. Dastanın adı da onun xalq arasında yayılan ayamalarından birilə- "Vanlı Göyçək" adı ilə məşhurlaşıb. Xalq ona "Səsli Göyçək", "Aşıq Göyçək" adlarını da verib: "Aşıq Köçər Molla Qasımın və Yunis İmrənin davamçılarından biri olub. A.Nəbiyev "Vanlı Göyçək" dastanının bir neçə variantının olması haqda məlumat verir. Bu dastanın ustadnamə və duvaqqapması yoxdur, Şirvan dastanları tipindədir. Erməni "dastanşünasları" habelə XIV-XV yüzillərdə yaşamış Vanlı Köçərin yaradıcılığını XVIII yüzil erməni şairi Nahapet Kuçakın adına çıxıb, Köçərin şeirlərini erməniləşdirərək təhrif ediblər". Bu yerdə Azad Nəbiyev özümüzdən olan "mütəxəssislərimizin" bəzən bu işə yardımçılığını da qeyd edir. 1982-ci ildə çap edilmiş "Azərbaycan aşıqları və el şairləri" (I cild) və 1983-cü ildə çap olunan "El çələngi" kitablarında erməni "aşıqlarının əsərləri" Azərbaycan aşıq sənətinin nümunəsi kimi təqdim edilib. Azərbaycan-erməni ədəbi əlaqələrindən bəhs edən özümüzün alimlərimiz erməni hoqqabazlığını görüb susub, ya da müəyyən səbəbdən üzə vurmayıblar. Ancaq ermənilər qorxub çəkinmədən Molla Cüməyə, Aşıq Məhəmmədə, Aşıq Həmayıla divan tutmağa cəhd göstəriblər, onların şeirlərini təhqiredici şəkildə təhrif etməyə çalışıblar. Aşıq Nəcəf kimi qüdrətli sənətkarın kürəyinə qaynar samavar bağlayıb, "azərbaycanlıların aşıq havalarını indi çal" deyib qətlə yetiriblər".
A.Nəbiyev qeyd edir ki, Azərbaycan mənəvi mədəniyyətinin - folklorunun saxtalaşdırılması və mənimsənilməsinin üçüncü dövrü 1920-1990-cı illəri əhatə edir. Bu dövr qlobal saxtalaşdırma dövrüdür. Onlar saxtalaşdırdıqları və mənimsədikləri folklorumuzu Əlyazmalar İnstitutu - Matedaranda saxlamaqdadırlar. Hətta sovet hakimiyyəti illəri ərzində azərbaycanlı alimlərə ora daxil olmaq imkanı verilməyib: "Hətta erməni həyasızlığı o yerə gəlib çatıb ki, Nəsimini erməni şairi kimi təqdim ediblər. H.Manandyan və H.Acaryanın "Erməni xalqının fədailəri (1155 - 1843)" (Vağarşabad, 1903, 721 s.) kitabında Nəsimi erməniləşdirilib, folklor nümunələrimizi də adlarına çıxıblar. Bu gün dünya folklorşünaslığında "Koroğlu" dastanının 100-dən artıq variantları var. Bunlardan "biri" də erməni "variantı"dır. Bu variant 20-ci illərin sonlarında A.Xodzkonun mətni əsasında hazırlanıb. Onlar məşhur koroğluşünas alimimiz Vəli Xuluflunun üzərinə böhtanlar ataraq onu millətçilikdə ittiham etdilər. Ona görə ki, Vəli Xuluflu onların yeni "dastan yaratmaq" fəaliyyətindən xəbərdar idi. X.Samuelyan 1941-ci ildə nəşr olunmuş erməni "Koroğlu"sunun müqəddiməsində yazırdı ki, Koroğlu azadlığın rəmzi kimi türk variantında türk, gürcü variantında gürcü, özbək variantında özbək, erməni variantında ermənidir. Sonralar X.Samuelyan bu yanaşmanın sovet ideologiyasının məhsulu olduğunu görüb, dastanı erməni qusanlarının təbdil, tərcümə yolu ilə yaratdıqlarını etiraf etmişdi: "Erməni xalqının "Koroğlu" adında eposu olmayıb. Bu, erməni qusanlarının Azərbaycan aşıqlarının repertuarından sonralar götürərək düzüb-qoşduğu uydurmadan başqa bir şey deyil".    "Biz 30 il dözmüşük"
 Con Limbert: "İrandakı indiki durum 1979-cu ildəki inqilab ərəfəsindəki vəziyyətə oxşayır"
"Biz ümid edirik ki, sonda İran xalqı istədiyi hökumətə nail olacaq"
ABŞ dövlət katibinin İran üzrə köməkçisinin müavini Con Limbert 1979-cu ildə Tehrandakı Birləşmiş Ştatların səfirliyi tutulanda 444 gün girov saxlanan 53 amerikalıdan biri olub. O deyir ki, İrandakı indiki vəziyyət 1979-cu ildəki inqilab ərəfəsindəki vəziyyətə oxşayır: "Mənim fikrimcə, oxşarlıqlar çoxdur. Hakimiyyət ondakı kimi bilmir ki, xalqın haqlı və qanuni tələblərinə necə cavab versin. Hökumət nə qədər çox zorakılıq etsə, sonda özünə ziyan edəcək. Ancaq biz ümid edirik ki, sonda İran xalqı istədiyi hökuməti formalaşdıracaq. O hökumətə ki, öz xalqıyla insancasına rəftar edir".

 
 
  Ermənilər nağıllarımızı da "özəlləşdiriblər"
 
Azad Nəbiyev: "8 cildlik "erməni" nağıllarının 6 cildi Azərbaycan, 2 cildi isə türk nağılları əsasında tərtib edilib"


Professor Azad Nəbiyev qeyd edir ki, folklorumuzun erməniləşdirməsi siyasəti nağıllarımızdan da yan ötməyib: "Hələ vaxtilə A.Zaxarov, Qriqoryev erməni informatorlarından yarı Azərbaycanca, yarı ermənicə eşitdikləri "Süsəngül", "Naxırçı", "Çoban Ədhəm" nağıllarını yazıya alıb erməni nağılı kimi SMOMPK (Sbornik materialov opisaniya mestnosti plemeni Kavkaza) məcmuəsinin səhifələrində dərc etdirmişdilər. XIX yüzilin 80-ci illərində Azərbaycan kəndlərində yaşayan ermənilərin dilindən qeydə alınan nağıllarımız "Kavkaz", "Kavkazskiy vestnik" və s. qəzet və məcmuələrdə də çap olunurdu. A.Nəbiyev ermənilərin başqa xalqların - abxazların "Xaytın nağılı", "Həcərqala qəhrəmanlığı", "Taçkumun nağılı", miqrellərin "İgid və Molla"; "Axmağın nağılı", kabardinlərin "Sənətlə baş saxlarsan" nağıllarını erməniləşdirib çap etdirdiklərini, 100-dən artıq Azərbaycan nağılının mənimsənildiyini qeyd edir. Bu zaman onlar nağıllarımızdakı personajları erməni adlarına dəyişir, mətni tərcümə edirdilər. Y.S.Xaçaturyanın tərcüməsi və qeydləri ilə 1931-ci ildə Moskvada çap olunmuş "Armyanskie skazki", A.Qanalanyanın tərtib etdiyi, ön söz və qeydlər yazdığı, Yerevanda 1965-ci ildə çap olunan "Armyanskie narodnıe skazki" kitabları da Azərbaycan nağıllarından tərcümə edilib".
A.Nəbiyev bu tarixi faktı "Dadi-bidad" və "Vəzirin bir şahısı" nağılları üzrə araşdıraraq onların 30-cu illərdə Əliheydər Tahirov tərəfindən toplanılması, 1933-cü ildə "Azərnəşr"də çap edilmiş ikicildlik "Azərbaycan nağılları"na daxil olunması, sonralar A.V.Baqri tərəfindən tərcümə olunaraq rus dilində çap olunması faktına diqqəti cəlb edir: "Bu nağıllar A.Baqri nəşrindən götürülərək 1984-cü ildə Aram Qanalanyanın tərtib etdiyi "Armyanskie narodnıe skazki" nəşrinə daxil edilib, ilk nəşrinin (1933-cü il, Azərbaycan) mənbəyi təhrif edilib, hətta pasport qeydiyyatlaşdırması saxtalaşdırılıb. Guya "Dad-Bedad" (adını erməniləşdirə bilməyiblər) nağılını S.Aykuni Tim-Nordiz uezdindən toplayıb. "Vəzirin bir şahısı" nağılını isə guya N.Nalbandyan Leninakan rayonunun Nalband kəndindən toplayıb. Sonrakı illərdə erməni zorakılığına məruz qalmış "Hazaran bülbülü" nağılını "Azaran bulbul" adı ilə oğurlayıblar. "Qızıl balıq" və "Şah qızı və kəndlinin yuxusu", "Balıqçı oğlu", "Danışan balıq", "Sehrli qızılgül" nağılları da eyni aqibəti daşıyıb".
Erməni oğurluğu ilə bağlı hadisə "Göyçək Fatma" nağılının başına gəlib. Azərbaycan nağılının struktur xüsusiyyətləri imkan vermədiyindən ermənilər bu mətni tərcümə edə bilməyib, erməni variantını isə tapa bilmədiklərindən Azərbaycan süjetini yararsız hala salıblar: ""Göyçək Fatma"nın ermənicə adı "Arevaat və ilan Pəri"dir. Ermənilər "Oxxayın nağılı", "Yalançı çoban", "İki qardaşın nağılı", "Hiyləgər qarı", "Tənbəlin nağılı", "Sədaqətli xanım", "Gözəl gəlin", "Sənət qızıdan üstündür" nağıllarını da erməniləşdiriblər. Onlar nağıllarımızı özününküləşdirərkən onların Azərbaycan məişətini əks etdirməsi faktını unudub və oxucularını da çaş-baş salıblar. Hətta Nuşirəvan, Alp Arslan, Şah Abbas erməni hökmdarları kimi verilib".
A.Nəbiyev 1989-1992-ci illərdə çap olunmuş 8 cildlik erməni nağıllarının 6 cildinin Azərbaycan nağılları, 2 cildinin isə türk nağılları əsasında tərtib edildiyini təsdiq edir: ""Erməni mütəxəssisləri Azərbaycan nağıllarının bir çoxunun yaranma dövrünü, məzmun və mündəricəsini başa düşmədiklərindən "Məlikməmmədin nağılı"nı, "Məlik Cümşüdün nağılı"nı, "Məlik Nəzərin nağılı"nı tarixi şəxsiyyət hesab etdikləri erməni məliklərinin adı ilə bağlayıb və onları "Erməni tarixi nağılları" adı altında təqdim ediblər".
Erməni saxtakarlığı xalçaçılıq sahəsində də özünü göstərir. Çap edilən erməni nağıllarının cildlərinin hər birinin sonunda "erməni mədəniyyəti"nə aid olan şəhərlərin ad göstəriciləri verilib. Məsələn, 3-cü cilddə "qədim erməni xalçaları"nın adları verilib - "Ağ gül", "Çiçi xalçası", "Pirəbədil", "Qızılgül", "Gəncə xalçası", "Qarabağ", "Qarabağ xalısı", "Fərhad-Şirin", "Leyli-Məcnun", "Ceyran". Ancaq bu xalça növləri dünya xalça kataloqunda Azərbaycan xalçaları kimi qeyd olunub. Onların riyakarlığı Almaniya, Fransa, İsveçrə, Kanada mütəxəssisləri tərəfindən ifşa edilib".
A.Nəbiyevin araşdırmalarında qeyd olunur ki, erməni "nağıllarının" 5-ci cildinin sonunda verilən 150 kulinariya məhsulunun 103-ü Azərbaycan mətbəxinin sayılan-seçilən adlarıdır - dolma növlərinin hamısı Azərbaycan sözləri ilə ifadə olunub: badımcan dolması, kələm dolması, yarpaq dolması, Ərzuman dolması, bibər dolması və s. onlar hətta 90-dan artıq plov növünün 33-nü Azərbaycanca qeyd edirlər: düyü plov, cücə plov, çığırtma plov, şirin plov, balıq plov, ləvəngi plov və s. Erməni başxarablığı o yerə çatır ki, Suman halvasının, Şəki halvasının, Quba halvasının erməni resepti ilə Azərbaycanda bişirildiyini, paxlava, şəkərbura və qoğalı adlarına çıxırlar, unudurlar ki, paxlava, şəkərbura və qoğalın astroloji şərhləri var və onlar qədim türk rəmzləri ilə işarələniblər. Ancaq onlar bilməlidirlər ki, bu yeməkləri, şirniyyatları azərbaycanlılar kimi bişirə bilməzlər, Şirvan xalısını, Qarabağ xalçasını Telliolğu naxışı ilə naxışlaya bilməzlər. Onlar bizim köhnə ayaqqabımızı geyinə bilərlər, amma yerişimizi yeriyə bilməzlər. "Sarı gəlin"i bizim kimi ürəkdən oxuya bilməzlər. Onlar bilməzlər ki, saçın ucunu niyə hörürlər. Bu, qədim türk adətidir. Saçın iki hörülməsi qıza, bir hörülməsi gəlinə aid edilirmiş. Deməli, ermənilər folklor musiqisinin məzmununa, mahiyyətinə, işarə etdiyi mifoloji simvollara fikir vermirlər, mahnının mətnini başa düşmək iqtidarında da deyillər. Belə olmasaydı, Bülbülün ifasından "Evləri var xana-xana", "Aman yar", "Üçtelli durna", "Evləri Tərtər üstə", "Gözəlim sənsən", "Gəl al məni yar, yar", "Sona xanım" mahnılarını hissiz-duyğusuz oxumazdılar. Digər folklor nəğmələrini - "Qalada yatmış idim", "Ağacda leylək", "Üç gün", "Sarı tel", "Pəncərədən daş gəlir", "Ayrı düşdüm", "Əsmə, badi-səba, əsmə", "Laçın", "Ay bəri bax", "Qızıl gül", "Gülə-gülə", "Uca dağlar başında", "Leylacan", "Xumar oldum", "Aman nənə" nəğmələrinin sözlərini xalq musiqisindən ayırmazdılar. Ermənilər digər xalqların da nəğmələrini oğurlayırlar. Müəllif tarixi bir faktı xatırladır: "Daha qədim tarixdə Yunanıstanın monastırlarında erməni anahidləri (qeyri-qanuni yolla dünyaya övlad gətirənlər) yunanların müqəddəs muza nəğmələrini oxumaqla özlərinə həmfikirlər tapmağa çalışdıqları zamanlarda onların belə nəğmələr oxuması Yunanıstanda rəsmi qaydada yasaqlandı. Anahidlərin üzünə monastırlar bağlandı və beləliklə, ermənilər yunanların muzalarını özününküləşdirib onların müqəddəsliyinə xələl gətirə bilmədilər. Məcbur oldular ki, yunanların müqəddəs mahnılarını oxumağı tərgidib ermənilərin yüngül gecə-küçə mahnıları ilə özlərinə müştəri yığsınlar". Ermənilərin Azərbaycan mədəniyyət, folklor soraqlarını oğurlaması faktlarını A.Nəbiyevin əhatəli araşdırmaları əsasında təqdim edən R.Əliyev bu qənaətə gəlir ki, erməni oğurluğunun əsl səbəbi budur: onlar yüngül yolla, əziyyət çəkmədən başqa xalqların malına, sərvətinə ona görə sahib çıxmaq istəyirlər ki, özlərinə müştəri qazansınlar, tərəfdar toplasınlar. Budur, erməni xisləti. 

Müəllif: Elçin Qaliboğlu

E-mənbə / link: http://xalqcebhesi.az/news.php?id=11371