Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Fəlsəfi fikirlər, müdrik kəlamlar, bir sözlər, ağlın gözü, intellektin sözü, insanın ruhu...

Müəllif:

Bələdçi


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

Fəlsəfi fikirlər, müdrik kəlamlar, bir sözlər, ağlın gözü, intellektin sözü, insanın ruhu...


Baxış sayı: 622
    
    


Qədim yunan filosoflarının dünya və insan şərhləri ilə yanaşı yenə insanı izah edən onlarla hekayəsi də yüz illərdir danışıla-danışıla günümüzə qədər çatmışdır.Bunların ən məşhurları Böyük İskəndərə "Kölgə salma başqa lütfkarlıq istəmirəm"-deyən Diogenə aiddir.Bu qədər məşhur olmasa da hələ yazılan, köçürülən bir çox qısa hekayədə yenə insan vəziyyətləri eynidir.
 
Ezop evində çalışarkən,bir zadəgan qapını vurmadan içəri girər və kitablarına əyilmiş filosofa "belə yalnız necə otura bilirsiniz"- deyər.Ezop başını qaldırar,"Mən tək deyildim`deyər."amma sən içəri girdiyin andan etibarən nə qədər tək olduğumu anladım."
 
 Kipr kralı Nikokreonun süfrəsində Sokrat heç danışmadan oturarmış.Niyə belə səssizcə oturduğunu soruşarlar.Filosof belə cavab vermiş:Bura mənim söyləyəcəklərimin yeri deyil; burada deyilməsi lazım olanları da mən bilmirəm, ona görə də susuram...
 
Kral Dionis Aristoteldən soruşar:Niyə görəsən, hər gün filosoflar hökmdarları ziyarət edərlər də, heç bir hökmdar qalxıb bir filosofu ziyarətə getməz?Aristotel bunda təəccüblənəcək bir şey yox hökmdarım deyər."Həkimlər yatağından qalxmayacaq xəstələrə gedərlər, çünki o xəstələrin həkimlərə getməsi mümkün dəyildir..

Afina xalqı, dövləti idarə edənlərdən şikayətçi idilər, amma onları necə göndərəcəklərini
heç cür bilməyirdilər.Müzakirələrin sonunda konkret bir fikir çıxmırdı.Bir gün Antisthenes kürsüyə çıxdı: `Afinalılar sizə bir təklifim var:Dərhal bir qərarnamə çıxarıb bütün eşşəkləri at elan edin.Bundan sonra da eşşək deməyin,Həmişə at dəyin.Biri soruşar:Yaxşı bunun bizə nə faydası var?Antisthenes cavab verər: Nə demək nə faydası var?Yeni idarəçi mövzusunda razılaşa bilmədiyinizə görə, həll tapılana qədər eşşəklər tərəfindən idarə olunmaq utancından xilas olmuş olarıq.
 
Zenon bir şagirdiylə danışır, o nə desə şagirdi davamlı təsdiqləyirmiş.Filosofun səbri tükənmiş və qışqırmış:`Heç olmazsa bir dəfə etiraz et,başqa bir fikir söylə də iki adam
olduğumuzu hiss edim..


Müdriklərə Bir Az Da Yaxın...!


Biz həmişə adamlardan şikayətlənirik. Özümüz də adamıq. Demək bizdən də şikayətlənə bilərlər.
<< M. Qorki >>

Insan azad doğulur, lakin mən onu hər yerdə zəncirdə gördüm.
<< J.J. Russo >>

Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.
<< M. Qorki >>

İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.
<< Balzak >>

İnsanı heyvandan yalnız ağlı, iradəsi ilə deyil eyni zamanda hissi, qəlbi ilə də fərqlənir.
<< L.Feyerbax >>

Səhvimiz çox zaman - tam səadətimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrılarında sonu olmur.
<< Evripid >>

İnsan həyatı dəmirə bənzəyir.Əgər ondan başqa iş üçün istifadə edirsənsə parıldayir, istifadə etmirsənsə pas kəsir.
<< Katon Starşiy>>

Ölümdən qorxan insan heç nəyə nail ola bilməz. Yalnız qorxmayana hər şey mənsubdur.
<< L. Tolstoy >>

Özünü idarə edə bilməyən adam, başqasına ağıl vərə bilməz.
<< Demokrit >>

Mən hiss edirəm ki, insana bədbəxtlik,çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar.
<< Şekspir >>

Bütün fitnə fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.
<< Bakıxanov >>

Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əli ilə ölüb, öldürülürlər.
<< Şekspir >>

Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır.
<< Mardeno >>

Gənclikdə məhəbbət çox coşqundur. Amma sonrakı illər o qədər güclü, çox sürən deyil. Çünki gənclikdə bədən sevir, bədən arzulara hakim kəsilir. Onu qanın bütün gücü müşayiət edir. Sonralar bu güc zəifləyəndə, qan damarlarda daha yavaş cərəyan edəndə, bədən daha sevmədikdə, qəlb sevçəyə başlayır. O, daha uzun sürən, daha dərin,fövqəlbəşərşəkildə sevir.
<< A. Edigar >>

Vurulmaq hələ sevmək deyildir. Nifrət edərkən də vurulmaq olar.
<< Dostoyevski >>

Mən həmişə hərarətlə sevmişəm. Heç zaman, hətta xəyalən, fikrən də ona xəyanət etməmişəm.
<< Dostoyevski >>

Qadın kainatın nümunəvi istehsalıdır.
<< Lessinq >>

Kişilərin səbri illərlə, qadınlarınki dəqiqələrlə ölçülür.
<<Moliki >>

Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adlarıni çəkirlər.
<< H. Hayne >>

Qadınlar özlərinin və bizim zəifliyimizin gücü ilə istədiklərinə nail olurlar.
<< K. Vyazemski >>

Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən.
<<M. Qorki >>

Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlarda onunla fəxr edirlər.
<<Şekspir >>

Əxlaqı tərbiyə edən ən nadir kitab - vicdandır. Onunla tez - tez məsləhətləşmək lazımdır.
<< Paskal >>

Uşağlara qarşı mümkün qədər tələbkar olmaq, amma mümkün qədər də böyük hörmət qoymaq lazımdır. Tələb etməzdən əvvəl, öyrətmək lazımdır.
<< O. Uayld>>

"Belə eləmə" az deyilməlidir. Göstərmək lazimdır ;bax, belə elə.
<<M. Qorki >>

Qəpik manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir.
<<V. Dal>>

"Sabah" sözü uşaqlar və cəsarətsiz adamlar üçün uydurulub.
<< Turgenev >>


Yaxşılığı gizlətmək pisliyi gizlətməkdən daha üstündür. (Əbu Bəkir F.)

Hər kəs hər kəsə bir tikə verə bilər, boğaz bağişlamaq, yalniz Allahın işidir. (Mevlana)

Gözəl söz söyləyən, heç kimdən pis söz eşitməz (Firdovsi)

Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaqdır. (Mevlana)

Haqsızlıq qarşısında eyilmeyin çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz. (Hz. Əli )

Gözəl danışmağın sirri, lazımsız və mənasız sözləri unutmaqdır. (Hz. Əbubəkir)

Özü doğru olanın, sözü də doğru olar. (Hz. Əli )

Bir yerdə olmağın kədəri, ayrılığın səfasından daha xeyrlidir. (Yehya bin Muaz)

Hər gecənin bir gündüzü vardır. (Hz. Əli)

Gizlətdiyin sirr sənin əsirindir. Açsan sən onun əsiri olarsan...(Hz. Əli)

Gözəl əxhaq; bağışlayıcılıq, səbər ve dözümlülükdür. (Həsən-ı Bəsri)

Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır. (Malcolm X)

Nəfis üç bucaqlı dikandır, necə qoysan batır. (Mevlana)

Keçmişlər gələcəyə, suyun suya bənzəməyindən daha çox bənzəyir. (İbn Haldun)

İncə sözlər kəsgin qılınca bənzəyir, qalxanın yoxdursa geriyə çəkil. (Mevlana)

Əsl varlı insan bilgisi çox olan insandır. (Hz. Əli )

Ya olduğun kimii görün, ya da göründüyün kimi ol. (Mevlana)

Heyat, iman və cihaddır. (Hz. Hüseyin)

Haqsızlığa baş qaldırmayanlar, onlardan gələcək hər pisliyə qatlaşmalıdırlar. (Hz. Əli)

Heyatında çörəyi yeyilməyən insanın adı, ölümündən sonra yada düşüb yad edilməz (Şeyh Sadi)

Heç kim, heç kimin qulu deyil... (Hz. Əli)

Uzun məsafələrə çatmaq, yaxın məsafələri keçməklə mümkündür. (İmam Gazali)

Tarix yox, səhflər təkrarlanır. (Abdulhamid Han)

Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır. (Hafız Şirazi)

Cahillərin qelbi dodaqlarında, alimlərin dodaqları qelblerindedir. (Hz. Əli)

Hər qelbin döyüntüsü öz əcəlinin ayaq səsləridir. (Beyazidi Bestami)

Mal xəsislərdə, silah qorxaqlarda, qerar da zeyiflərdə olsa işlər pozular. (Hz. Əbubəkir )

Gecənin nə qədər uzun olduğunu ancaq xəstələr bilir (Sadi)

Kibir, belə bağlanmış daş kimidir. Onunla ne üzmək olur nə də uçmaq. (Hacı Bayram-ı Vəli)

Zalımlar üçün yaşasın cəhənnəm. (Bediüzzaman Said Nursi)

Gözəl görən gözəl düşünür, gözəl düşünən həyatından ləzzət alar. (Bediüzzaman Said Nursi)

Əyri ox doğrul yolla getməz. (Hz. Əli)

İnsanı gülünc haa salan dilidir (Sadi)

Uşaqlarınızı quzu kimi böyütməyin ki, gələcəkdə quzu kimi güdülməsinlər. (Şeyh Sadi Sirazi)

Min zülmə məruz qalsan da, zülm etmə! (Hz. Əli)

Bir şam digər şamı alışdırmaqla işığından heç nə itirmir. (Mevlana)

 

Hər kəs tərəfindən doğru qəbul edilən şeylər böyük ehtimalla səhvdir.

Paul Valery

Müvəffəqiyyətin sirrini bilmirəm amma müvəffəqiyyətsizliyin yolu hər kəsi məmnun etməyə çalışmaqdan keçir.

Bill Cosby

Bir araya gəlmək bir başlanğıcdır, birliyi davam etdirmək bir irəliləmə... Birlikdə çalışmaq isə gerçək müvəffəqiyyətdir.

Henry Ford

Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışırlar.

Platon

Siyasət siyasətçilərə buraxılmayacaq qədər əhəmiyyətli bir mövzudur.

Charles Də Gaulle

Gözəllik çoxluqdan təmizlənmişlikdir.

Michel angelo

Qozun qabığını qırıb içinə enməyən, qozun hamısını qabıq zənn edir.

Qəzali

Keçici bir güvən uğruna görə əsas azadlıqlarından imtina edənlər, nə azadlığa layiqdirlər nə də etibara.

Benjamin Franklin

Nə qədər çox insan, nə qədər az insaniyyət var.

Robert Zend

Gələcək, bu gündən ona hazırlananlara aiddir.

Malcolm X

Yetkin bir adamı dost əldə etmək istəsəniz, tənqidin; sadə bir adamı dost əldə etmək istəsəniz mədh edin.

Şeyx Səid Şirazi

Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz.

Lukianos

İdeallar ulduzlara bənzər. Onlara çata bilməzsiniz, amma sizə yol göstərərlər.

Valdo Emerson

Dünyanın ən çətin işi bir şeyin necə ediləcəyini bilərkən, başqa birinin necə edə bilmədiyini səs çıxarmadan seyr etməkdir.

Mövlana

Məlumatın əfəndisi olmaq üçün işin xidmətçisi olmaq şərtdir.
Onore de Balzak

Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.

Dostoyevski

Demokratiya, layiq olduğumuzdan daha yaxşı idarə olunmayacağımızı zəmanət edən bir sistemdir.
Corc Bernard Shaw

Yaxşı qərarlar təcrübədən qaynaqlanar. Təcrübələr isə pis qərarlardan...

Barri Le Patner

Mütəxəssis, dar bir sahədə edilə biləcək bütün səhvləri etmiş adama deyilir.
Niels Bohr

Köynəyin ilk düyməsi səhv düymələnilincə, digərləri də səhv gedər.
C. Bruno

Ən pis sülh, ən haqlı döyüşdən daha yaxşıdır.

Siseron

Haqqları və zövqləri əllərindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanlarını qoyur.

J. J. Rousseau

Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir.

Əhməd Mithat

İnsana: "Özünü bil!" deyilməsi, tək qürurunu qırmaq üçün deyil, dəyərini də bildirmək üçündür.

Siseron

Heç bir şey ümid etdiyimiz qədər sadə deyil.
Jim Horning

İdarəçi qərar verən adamdır. Bəzi zamanlar doğru qərar verə bilər amma mühüm olan hər vaxt qərar verməsidir.

John Patterson

İnsanlar mövzusunda daha az, fikirlər mövzusunda daha çox maraqlı olun.

Marie Curie

Təcavüzkarca axmaqlıq qədər pis bir şey yoxdur.

Göthe

Keçmişi xatırlamayan onu təkrarlamağa məhkumdur.

Corc Santayana

Gerçəyi axtaranlara inanın. Tapdıqlarını iddia edənlərdən çəkinin.
Andre Gide

Həlldə vəzifə almayanlar problemin bir parçası olur.

Göthe

Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.
Andre Gide

Aşiq ola bilməyən adəm bənzər yemişsiz ağaca.

Yunus Əmrə