
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
İlqar Hüseynov
"Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti"
BAKI - 2002
Redaktoru: -Filologiya elmləri doktoru, professor NİZAMƏDDİN ŞƏMSİZADƏ;
Rəyçilər: - Azərbaycan MEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İNQİLAB KƏRİMOV;
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor RAMİZ ZÖHRABOV;
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor ARİF ƏZİZOV.
Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti (monoqrafiya). Azərbaycan dilində. Red. N. Şəmsizadə, rəs.E.Nəzərov, B.:Mars-Print, 2002, 305s.
Pedaqoji elmlər namizədi, dosent Hüseynov İlqar Həsrət oğlu 7 kitabın, 20-dən çox metodik vəsait və tövsiyənin, 60-a qədər elmi məqalənin müəllifidir. Oxuculara təqdim olunan bu monoqrafiya İlqar Hüseynovun uzun illər apardığı elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin məhsuludur. İlqar Hüseynov bədii-estetik mahiyyət kəsb edən milli adət və ənənələrimizi
dərindən araşdırmış, bədii-yaradıcılıq prosesində varisliyin mövcudluğunu təhlil etməyə çalışmışdır. Eyni zamanda mədəniyyət və incəsənətin təkamül etməsində mənəvi-əxlaqi dəyərlərimizin elmi mahiyyətini izah etmiş, əldə olunan tarixi təcrübəni müasir sənətkarlar üçün də yaradıcılıq amili olduğunu aşkarlamışdır.
Mədəniyyət və incəsənət tariximizə aid bu kitabda kifayət qədər emprik və rasional təhlillər vardır. Monoqrafiyadan alimlər, müəllimlər, ali məktəblər, həmçinin mədəniyyət və incəsənət işçiləri istifadə edə bilərlər.