Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Gənc qalmaq üçün bunları yeyin... Ehtirası artıran bitkilər... Avromobil qəzalarının 10 əsas səbəbi... Sağlam saçların sirri... Narın möcüzəvi faydaları... Sevişməyin sağlamlığa və qadın gözəlliyinə faydaları... Səhərlər yuxudan gümrah qalxmaq üçün.

Müəllif:

Bələdçi


Kateqoriya:

Sağlamlıq və təbabət



Qısa Təsvir:

Gənc qalmaq üçün bunları yeyin... Ehtirası artıran bitkilər... Avromobil qəzalarının 10 əsas səbəbi... Sağlam saçların sirri...  Narın möcüzəvi faydaları... Sevişməyin sağlamlığa və qadın gözəlliyinə faydaları... Səhərlər yuxudan gümrah qalxmaq üçün...


Baxış sayı: 91
    
    


Gənc qalmaq üçün bunları yeyin...


Qocalmanın qarşısını almaq üçün müxtəlif metodlar araşdırırlar.

Mütəxəssislər "Super yeməklər" olaraq adlandırılan 14 qida məhsulunu qocalmanın qarşısının alınmasının dərmanı olaraq göstərir. Bu yeməklərdən həftədə ən azı 4 dəfə istifadə olunması təklif edilir.


Lent.az Türkiyə mətbuatına istinadən 14 super yeməyi və faydalarını təqdim edir.


Gül kələmi: Yaşlanmağı gecikdirən bitkilərin önündə durur. Toksinlərin meydana gəlməsinə maneə törədir. Bədəndəki hüceyrələrin zərər görməsini yavaşladır. Xərçəngə qarşı da qoruyucudur.


Portağal: Dinamizmin qaynağıdır. Damar tıxanmasının qarşısını alır. Bədəndəki müqaviməti artırır.

Yulaf: Xolesterol azaldıcı xüsusiyyəti var. Həzmi sürətləndirdiyi üçün də pəhriz reseptlərində seçilir.


Pomidor: Xərçəng önləyici antioksidan ehtiva edir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır. İnfarkt riskini də azaldan xüsusiyyəti var.


Som balığı: Bir boşqab som balığı 19 qram zülal və Omeqa-3 ehtiva edir. Omeqa-3 infarkt riskini azaldaraq, qan təzyiqini nəzarətdə saxlayır.


Yaşıl noxud: Zülal, lif və nişasta baxımından zəngin qidadır. Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizamlayır.


Qoz: Yüksək xolesterolu salan qoz damar tıxanması və şəkər xəstəliyinin müalicəsinə köməkçi olur. Ehtiva etdiyi dəmir sayəsində qan azlığına yaxşı təsir göstərir.


Böyürtkən: Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır. Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.


Qatıq: Zəngin qida dəyəri sayəsində immunitet sistemini gücləndirər, bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur. Bədəndə öz-özünə həzm edilən tək qida qatıqdır. Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.


Balqabaq: Bir kiçik qab balqabaq, gündəlik beta-karoten ehtiyacının 25 faizini, C vitamini ehtiyacının yüzdə 10-unu qarşılayır və yaxşı miqdarda kalium ehtiva edir. Ayrıca yaxşı bir lif qaynağıdır. Beta-karoten, bir çox xərçəng növünün qarşısını almağa köməkçi ola bilər.


Soya paxlası: 453 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün və ya 900 qramlıq sümüksüz ətin ehtiva etdiyi qədər zülal olduğu müəyyənləşib.


Hind toyuğu: 125 qramı bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır. Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.


İspanaq: Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən beta-karoten ehtiva edir. Sağlam gözlər üçün lazımlıdır.


Çay: Gündə 2 stəkan içilən çayla, 4 alma, 5 soğan, 7 portağal yemiş kimi ürək dostu antioksidan maddə almış olarsınız. Xüsusilə uşaqların həftədə ən az 6 stəkan südlü çay içməsi təklif edilir.

 


Ehtirası artıran bitkilər

 

Cinsi zəiflik problemi ilə üzləşənlərin nəzərinə.

Demə, şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər. Lent.az xarici saytlara istinadən ehtirası artıran bitkiləri təqdim edir.


Bitki çayları: Bədəndəki maye axımını sürətləndirən bitki çayları içdikdə qan dövranı güclənir, ehtiras artır. Enerji səviyyəsini də yüksəldən bitki çayları seks yaşamını canlandırır.


Lavanda: Salat və yemək souslarına tökülən bir neçə damcı lavanda seks həyatını canlandırır.

Qərənfil dənəsi: Təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı gəlir.


Xaşxaş toxumu: Cinsi performansı artırır.


Zəncəfil: Yüz illərdir, duyğuları hərəkətə gətirmək üçün hazırlanan içkilərin qarışığında istifadə olunan zəncəfil insanı daha atəşli edir (Qanı sulandıran dərmandan istifadə edənlərin diqqətli olması gərəkdir. Artıq istifadə bağırsaqlarda narahatlıq yaradır). Yeməklərdə ədviyyat olaraq istifadə edilə bilər. Balla qarışdırılıb yeyilir. İstifadə müddəti bir həftə və ya 10 günə qədərdir.

Darçın: İştahanı açır, əsəbləri sakitləşdirən bir qoxusu var. Mədə və bağırsaqlardakı qazı çıxarır, antiseptik xüsusiyyətləri var. Afrodizyak olaraq da istifadə edilə bilər. Qışda içilən bitki çaylarına əlavə edilir. Darçın yağı xoş ətrindən dolayı masaj yağı olaraq da istifadə olunur.

Xardal: Cinsi orqan vəzlərinin funksiyasını artırır.


Yasəmən: Likörləri ətirləndirən gözəl rayihəli yasəmən çiçəyi güclü katalizatordur.


Süsən: Süsən kökü tozu, hər iki cins üçün də güclü bir afrodizyakdır.


Miyan kökü: Miyan kökündən əldə edilən toz qazlı su ilə qarışdırıldıqda qadınlar üçün çox təsirli bir afrodizyak halına gəlir.

Vanilin: Mərkəzi sinir sisteminə təsir edərək qoxusu ilə beyini oyadır.

Cəfəri: Yeməklərə ləzzət qatan cəfəri seks yaşamına da ləzzət qatar.

Kəklikotu: Güclü təsirləri olan kəklikotu xüsusilə kişilərdə müsbət təsir göstərir.

Banu

 


Avromobil qəzalarının 10 əsas səbəbi

 
 

Amerikanın məşhur «Forbes» jurnalı ölümlə nəticələnən avtomobil qəzalarının 10 əsas səbəbini müəyyənləşdirib.

 Milli.Az oboz.ua saytına istinadən xəbər verir ki, ilk yeri şərxoş halda sükan arxasına əyləşmək tutur. Amerikada yol qəzalarının 40%-i məhz bu üzdən baş verir. İkinci yerdə sürücünün avtomobili idarə edərkən SMS yazmasıdır. Sən demə, ABŞ-da hər gün təxminən 4-8 min avtomobil qəzasına məhz bu faktor səbəb olur. Üçüncü  yerdə sürücünün həddindən artıq emosional olması gəlir.

Sonrakı səbəblər bunlardır:

4. Maşında uşaq oturacağının olmaması;

5. Sükan arxasında «dəlilik» etmək;

6. Hava şəraitinin nəzərə alınmaması;

7. Təhlükəsizlik kəmərindən istifadə olunmaması;

8. Sükan arxasında olarkən vaxtı keçmiş optik linzalardan istifadə;

9. Sürət həddini aşma və ya avtomobil sürüşən zaman sükanı düzgün tənzimləməmə;

10. Yuxulu halda avtomobil idarə etmə.

Milli.Az

 


Sağlam saçların sirri...

 
Saçlara düzgün qulluq vasitələri

"Saç qadının yaraşığıdır" deyirlər. Hər bir xanımın gözəl görünməsində onun saç düzümü də xüsusi yer tutur. Ancaq hər qadın saçına doğru qulluq etməyi bacarırmı? Məhz düzgün qulluq qaydalarını bilməmək nəticəsində saçlar daha da gücsüzləşir, elastikliyini itirir.

Lent.az bu sahədə mütəxəssislərin fikirlərini oxuculara çatdırır. Saçlara qulluğun əsas hissəsindən biri onların yuyulması ilə bağlıdır. Alimlərin saçların yuyulma müddəti barədə uzun mübahisələrindən sonra nəhayət ki, bir nəticə alınıb - saçları çirklənmə müddətinə görə, ancaq təbii ki, doğru yumaq lazımdır. Konkret rəqəm demək çətindir, çünki bu, dərinin və saçın tipindən, onun uzunluğundan, fəsildən, xarici təsirlərdən və s. asılıdır. T. M. Prostakovun "Gözəl olmaq sənəti" kitabında saçın qaynadılmış su ilə yuyulmasının daha məqsədəuyğun olduğu deyilir. Suyun yumşaldılması üçün ona soda (1 litrə 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı) qatmaq olar.

Saçlar yuyulan zaman istifadə olunan digər çox yayılmış bir səhv də qaynar sudan istifadə etməkdir. Belə su piy vəzlərinin aktivliyini artırır deyə saçlarda həddən artıq yağlanma əmələ gələ bilər. Həm də qaynar suyun təsiri ilə şampunun tərkibinə daxil olan sabun "bişir" və saçlara yapışaraq çətin yuyulan bir təbəqə əmələ gətirir. Saç nə qədər yağlı olsa, su bir o qədər sərin olmalıdır. Saçları tam yuduqdan sonra soyuq su ilə yaxalamaq xeyirlidir.

Saçların durulanmasını onun möhkəmləndirmə prosesi ilə eyni hesab etmək olar. Tipindən asılı olmayaraq, saçlarınızın daha parlaq olması üçün onları turş qarışıqla durulamaq lazımdır. Sarışınlar üçün 1 litr suya yarım ədəd limonun suyu, tünd rəngli saçlar üçün 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə əlavə edin.

Saçları isti dəsmalla qurulayandan sonra, havada quruması üçün sərbəst buraxmaq daha yaxşıdır. Fendən istifadə etmək arzuolunmazdır, çünki saçları çox qurudur.

SAÇI MÖHKƏMLƏDƏN VASİTƏLƏR. Gənəgərçək yağı hələ qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi tanınır. 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, yarım xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserini qarışdırın və yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyüb müəyyən vaxt buxar üzərində tutduqdan sonra yuyun. Bu proseduradan sonra sizin saçlarınız daha da sıx, parlaq, yumşaq və düzümlü olacaq.

ZƏNCƏFİL KƏPƏYİ YOX EDİR. Zəncəfil sadəcə ətirli ədviyyat deyil. O həmdə effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini nəmləndirir, saçlara yumşaqlıq və parlaqlıq gətirərək kəpəyi yox edir. Zəncəfilin təzə sıxılmış şirəsi kosmetik məqsədlərlə istifadə olunur. Şirəni küncüd yağı ilə qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra 10 dəqiqə saxlayın və başınızı yuyun.

YAĞLI SAÇLAR ÜÇÜN LOSYON. 4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxladıqdan sonra soyudulur və süzgəcdən keçirilir. Bu həlimə 1 ədəd limonun şirəsi və ¼ stəkan əsmə çiçəyi tinkturasını əlavə edilir. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.

SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ. Bu, saç tökülməsinin qarşısını almaq, onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. "Tibbnamə" saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür. Müasir kosmetoloqlar da həmin fikirdədir. 1 baş soğanın şirəsi, gənəgərçək yağı, 1 ədəd yumurta sarısını yaxşıca qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı sellofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.

GİCİTKƏN SAÇLARI MÖHKƏMLƏDİR. Gicitkən həlimi ilə saçınızı daim yumaq saçın dibini möhkəmlədir və tökülməsinin qarşısını alır. Proseduranın hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. 5 xörək qaşığı quru gicitkən otu, 2 stəkan su və 2 stəkan alma sirkəsini qarışdıraraq yarım saat qaynadır, sonra isə sıxıb süzürsünüz.

KƏKLİKOTU İLƏ SAÇ ÜÇÜN DƏMLƏMƏ. Kəklikotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları effektli surətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yedirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar mineral su töküb, 30 dəqiqə saxlayın.

ÇOBANYASTIĞI SAÇLARI YUMŞALDIR. 30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzürlər və 1 desert qaşığı bal qatırlar. Yuyulmuş və məhrəba ilə qurulanmış saçları bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saçlar quru olduqda, bu proseduranı 2 həftədən bir, saçlar yağlı olarsa - həftədə 1 dəfə edirlər.

 


Narın möcüzəvi faydaları
  


 
Hər meyvənin insan sağlamlığına xeyri olduğu kimi, narın da özünə xas faydaları var.

Lent.az "internethaber.com" saytına istinadən narın möcüzəvi faydalarını təqdim edir.
Nar suyundakı antioksidan miqdarı, yaşıl çay və portağal suyundan 3 qat daha çoxdur. 1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir. Narın hər dənəsi ayrı bir şəfa mənbəyidir. Nar təzyiqi müsbət bir şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı işləməsinə dəstək olur. İnfeksiyaya qarşı bədən müqavimətini qoruyur və artırır. Enerji verir, yorğunluğu aradan qaldırır, sidik qovucu təsiri ilə toksin artımını təmin edir. İmmunitet sistemini gücləndirir, bədəni xəstəliklərə qarşı qoruyur. Xolesterol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur. Nar bağırsaq parazitlərinin düşmənidir, ishalın qarşısını alır.


Turş nar isə mədə yanmalarına qarşı faydalıdır, boğaz ağrılarına və ağciyərlərə xeyri var.
Öskürəyə də yaxşı təsir edir. Suyu pərdəsi ilə birlikdə çıxarılıb bal ilə birlikdə məlhəm konsistensiyasına gələnə qədər bişirilib diş ətlərinə sürtüldüyündə diş əti xəstəliyinə yaxşı təsir göstərir. Dəri infeksiyalarını da yox edə bilir.


Lakin bəzən mədədə köp və qaz əmələ gətirdiyi üçün hərarəti yüksək olanlara yaxşı təsir etməyəcəyi bildirilir. Kiçik uşaqların və hamilələrin də çox istifadə etməməsi tövsiyə olunur.

 


Seksin sağlamlığa və qadın gözəlliyinə faydaları

  
 
 
Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar.

Araşdırmaların sonunda cinsi əlaqənin sadəcə insanlar arasında bir ehtiyac olmadığı, həmçinin insan sağlamlığına faydalı olduğu müəyyənləşib.


Lent.az ingilis alimlərin araşdırmalarının nəticələrini təqdim edir:


Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval - ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.


Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır.


İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.


Həmçinin, müntəzəm orqazm prostat vəzi xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib.


ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları isə cinsi əlaqə zamanı qadınların ən çox şikayət etdikləri kişilərin cinsi əlaqədən dərhal sonra yatmağa meyl etməsinin səbəbini araşdırıblar. Nəticədə bu halın hormonal dəyişikliklə əlaqədar olduğu qənaətinə gəliblər. Mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: "Kişilər cinsi əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər, həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən "prolaktin" adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq, cinsi əlaqə zamanı "prolaktin" hormonu ilə bərabər cinsi istəyi artıran "oksitosin" hormonu da ifraz olunur".

 

Sən demə, qadınların gözəl və sağlam qalması üçün yalnız kremlər, kosmetik vasitələr, müxtəlif maskalar gərəkmirmiş. Artıq sekslə məşğul olaraq da gözəlləşməyin mümkünlüyü sübut edilib. 3500 amerikalı qadın üzərində araşdırma aparan elm adamları, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınların gənc və gözəl qaldığını ortaya çıxarıb.


Belə ki, seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən azı 10 yaş daha gənc və gözəl görünürlər.


Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir.

Banu

 

Səhərlər yuxudan gümrah qalxmaq üçün...

 

 
Hər kəs səhərlər gümrah və dinlənmiş vəziyyətdə yuxudan qalxmaq istəyir.

Lent.az halsızlıq, yorğunluq gec oyanma dərdindən xilas olmaq üçün mütəxəssislərin təkliflərini təqdim edir.

Hər gün eyni saatda yuxudan qalxın

Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan qalxmağa meylli olacaq.


Zəngli saatı təxirə salmaqdan imtina edin

Bunu etməyən var məgər? Səhər zəngli saat çalanda, 5 dəqiqə, sonra daha bir 5 dəqiqə arxaya qururuq, o qısa yuxudan möhtəşəm bir kef almağa çalışırıq. Halbuki aparılan bir çox araşdırmaya görə, bu təxirə salmalar əsnasındakı qısa yuxular dərin olmadıqları üçün bizi yorğun etməkdən başqa bir işə yaramırlar. Bu səbəbdən də zəng çalınan kimi dərhal qərarlı olmaq və oyanmaq gərəkdir.


Qalxan kimi bir stəkan su

Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanan kimi bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini və ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək.


Günəş sizi oyandırsın

Yuxu problemi olanlara daha çox təklif edilən məsləhətlərdən biri də yataq otağının qaranlıq olmasıdır. Qaranlıq otaqda yatmaq daha da asan olacaq, lakin səhərlər oyanmaq da bir o qədər çətinləşəcək. Əgər səhərlər enerjili bir şəkildə oyanmaq istəyirsinizsə, gecə yatmadan öncə otağın pərdələrini aralayın ki, sizi günəşin şüaları oyandırsın.


Zəngli saatı qurun, musiqi çalsın

Zəngli saatın narahat edici bir tonla səslənməsindənsə, günə musiqi ilə başlamaq daha çox əyləncəli olacaq. Eyni zamanda saatın narahat edici səsi ilə oyanmaq, günə ürək döyüntüsü ilə başlamağa da səbəb olurmuş. Bu səbəbdən günə enerjili bir Madonna və ya Beyons musiqisi ilə başlamaq həvəsləndirəcək.


Səhər-səhər hərəkət

Səhər oyananda hərəkətsiz şəkildə ağır bir günə başlamaq əvəzinə, bir neçə məşq hərəkətləri edərək günə çox dinc bir şəkildə başlaya bilərsiniz. Daha çox idman etməyə vaxtınız olmasa da, işə gedərkən kütləvi nəqliyyat vasitələrinə minməkdənsə piyada gəzin, lift yerinə nərdivanı seçərək hərəkət edə bilərsiniz.


Zülal tərkibli nahar edin

Karbonhidratla zəngin olan nahar edəndə, özünüzü daha tənbəl hiss edəcəksiniz. Ağır karbonhidrat yerinə zülalla zəngin bir qəlyanaltı seçin. Bunun üçün səhər menyunuza qatıq, yumurta, süd və yüksək zülal məmulatlar əlavə edin. Bu şəkildə enerjinizi günortana qədər qoruyaraq, tox qala biləcəksiniz.

Lent.az saytı