
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Azərbaycan Respublikası Təhsil Nazirliyi
İlqar Hüseynov, Nigar Əfəndiyeva "Turizmin əsasları". Dərslik. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 06 mart 2007ciи il tarixli 196 saylı əmri ilə təsdiq olunmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
BAKI - 2007
Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Tətbiqi kulturologiya» kafedrasının müdiri, İlqar Həsrət oğlu Hüseynov və fəlsəfə elmləri namizədi, dosent Nigar
Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.
Redaktor: Pərviz Rzaquliyev, «Azərbaycan nəşrləri» jurnalının redaktoru
Elmi redaktor: Nigar Rüstəmova, filologiya elmləri namizədi,dosent
Dizayn: Rəşad Rzaquliyev,
Rəyçilər: Arif Salmanov, coğrafiya elmləri doktoru, BSU-nun professoru;
Ramiz Ağayev, ADMİU-nun «Muzeyşünaslıq» kafedrasının müdiri, professor
İlqar Hüseynov, Nigar Əfəndiyeva. "Turizmin əsasları". Dərslik. Azərbaycan dilində. «Mars-Print» nəşriyyat-poliqrafiya müəssisəsi, 2007, səh.
"Turizmin əsasları" adlı dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm elminin müasir tələbləri nəzərə alınmışdır.
Dərsliyin hazırlanmasında ölkədaxili və beynəlxalq turizmin təcrübəsinə geniş şəkildə istinad edilmiş, milli adət və ənənələr, dini xüsusiyyətlər, turizmin сосиал-игтисади mahiyyəti, tarixi və mənşəyi, tədris problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri,
turizmin təşkilinin forma və metodları, növləri və tipləri, turist qrupları ilə mədəni maarifləndirici iş, dövlətin tənzimləyici rolu, uşaq və yeniyetmələrlə ekskursiya işinin təşkili və digər problemlər kulturoloji aspektdə tədqiq olunmuşdur.
Dərslik ali və orta ixtisas məktəblərin professor - müəllim heyəti və tələbələri, mədəniyyət və incəsənət işçiləri, turizm marketinqi mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ISBN 9952-8087-1-2
© İlqar Hüseynov
İSBN 978-9952-8087-1-1