ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Süleyman Rüstəm
"Seçilmiş əsərləri"
Üç cilddə
II cild
"Şərq-Qərb"
Bakı - 2005
Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. II, IV cildlər" (Bakı Azərnəşr, 1969, 1972) və "Süleyman Rüstəm. Mənim günəşim" (Bakı Yazıçı, 1980) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Seçilmiş əsərləri. Üç cilddə. II cild. Ömrü poetik salnaməyə çevrilən, 60 ilə yaxın gənclik ehtirası ilə yazıb-yaratmış xalq şairinin külliyyatı...
I cild burada: http://kitabxana.net/?oper=readBook&id=833
Tərtib edəni: Azad Rüstəmzadə
Süleyman Rüstəm. Seçilmiş əsərləri. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 328 səh.
Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin mənsubdur. Qüdərtli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə
yazıb-yaratmışdır.
Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə əlinə qızıl qələm götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdarı olmuşdur.
"Seçilmiş əsərləri"nin I cildində şairin poeziyasından nümunələr toplanmışdır. Döyünən təmiz qəlb çırpıntılarının aydın duyulduğu bu poetik parçaların lirik qəhrəmanı varlığa, təbiətə çox incə, həssas münasibət bəsləyən şəxsiyyətdir. Məhəbbət, vüsal, hicran dəmləri, təbiətin ilk növbədə coşqun çağları: bahar, Xəzər, Abşeron, Kalqın adət-ənənələrindəki gözəlliklərə hörmət... bu lirik qəhrəmanın məzmununa bir genişlik gətirir. Bu qəhrəman dövrün poeziyasının səciyyəvi cəhətlərini özündə toplayan obrazdır.
Yaradıcılığı Azərbaycan ədəbiyyatının yeni dövrünə təsadüf edən Süleyman Rüstəm poeziyada milli, klassik ənənələrin davamçısı olmuş, eyni zamanda bu ənənələri öz yenilik axtarışları ilə əhəmiyyətli dərəcədə zənginləşdirmiş, şerimizin novator xüsusiyyətlərinin yaranmasında diqqətəlayiq rol oynamışdır.
Süleyman Rüstəmin poetik incilər xəzinəsində Vətənə məhəbbət çələngi olan Cənub şeirlərinin xüsusi yeri var. Bu şeirlərin lirik qəhrəmanının qəlbində bir azərbaycanlı kimi Cənub həsrəti son dərəcə güclüdür. Ancaq heç bir yerdə bu həsrət sızıltıya, düşkünlüyə çevrilmir. Şairin Təbriz qəzəlləri xalq
dərdinin, böyük insan arzularının, işıqlı bir dünya həsrətinin bəzən yanıqlı, bəzən də qəzəbli səslənən rübabıdır.
"Seçilmiş əsərləri"nin II cildində şairin geniş bir silsilə təşkil edən Cənub mövzulu şeirlərlə yanaşı, həmçinin poemaları, eləcə də xatirələri toplanmışdır.
İSBN 9952-418-56-3
© "ŞƏRQ-QƏRB", 2005