Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". Üç cilddə. III cild. Bu cilddə müəllifin dramatik növün müxtəlif janrlarında yaratdığı uğurlu nümunələr - "Cimnaz xanım yuxudadır", "Qaçaq Nəbi", "Durna" və "Gəldi-gedər" toplanıb

Müəllif:

Süleyman Rüstəm


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

"Seçilmiş əsərləri"nin III cildində müəllifin dramatik növün müxtəlif janrlarında yaratdığı uğurlu nümunələrdən "Cimnaz xanım yuxudadır" (1922), "Qaçaq Nəbi" (1940), "Durna" (1947) və "Gəldi-gedər" (1955-1969) toplanmışdır. 


Baxış sayı: 233
    
    


Süleyman Rüstəm


 

"Seçilmiş əsərləri"

 

 Üç cilddə

 

 III cild

 


"Şərq-Qərb" nəşriyyatı

 

Bakı - 2005

 

 

Bu kitab "Süleyman Rüstəm. Seçilmiş əsərləri. Dörd cilddə. I, II, III, IV cildlər" (Bakı Azərnəşr, 1969, 1972) və "Süleyman Rüstəm. Mənim günəşim" (Bakı Yazıçı, 1980) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

 

Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bu cilddə müəllifin dramatik növün müxtəlif janrlarında yaratdığı uğurlu nümunələrdən "Cimnaz xanım yuxudadır" (1922), "Qaçaq Nəbi" (1940), "Durna" (1947) və "Gəldi-gedər" (1955-1969) toplanmışdır.


I cild burada: http://kitabxana.net/?oper=readBook&id=833

 

I cild burada: http://kitabxana.net/?oper=readBook&id=860

 

Tərtib edəni: Azad Rüstəmzadə


Süleyman Rüstəm. Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005, 280 səh


Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin mənsubdur. Qüdərtli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə
yazıb-yaratmışdır.
Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə əlinə qızıl qələm götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdarı  olmuşdur.
"Seçilmiş əsərləri"nin I cildində şairin poeziyasından nümunələr toplanmışdır. Döyünən təmiz qəlb çırpıntılarının aydın duyulduğu bu poetik parçaların lirik qəhrəmanı varlığa, təbiətə çox incə, həssas münasibət bəsləyən şəxsiyyətdir. Məhəbbət, vüsal, hicran dəmləri, təbiətin ilk növbədə coşqun çağları: bahar, Xəzər, Abşeron, Kalqın adət-ənənələrindəki gözəlliklərə hörmət... bu lirik qəhrəmanın məzmununa bir genişlik gətirir. Bu qəhrəman dövrün poeziyasının səciyyəvi cəhətlərini özündə toplayan obrazdır.

Yaradıcılığı Azərbaycan ədəbiyyatının yeni dövrünə təsadüf edən Süleyman Rüstəm poeziyada milli, klassik ənənələrin davamçısı olmuş, eyni zamanda bu ənənələri öz yenilik axtarışları ilə əhəmiyyətli dərəcədə zənginləşdirmiş, şerimizin novator xüsusiyyətlərinin yaranmasında diqqətəlayiq rol oynamışdır.
Süleyman Rüstəmin poetik incilər xəzinəsində Vətənə məhəbbət çələngi olan Cənub şeirlərinin xüsusi yeri var. Bu şeirlərin lirik qəhrəmanının qəlbində bir azərbaycanlı kimi Cənub həsrəti son dərəcə güclüdür. Ancaq heç bir yerdə bu həsrət sızıltıya, düşkünlüyə çevrilmir. Şairin Təbriz qəzəlləri xalq
dərdinin, böyük insan arzularının, işıqlı bir dünya həsrətinin bəzən yanıqlı, bəzən də qəzəbli səslənən rübabıdır. 

Azərbaycanın müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəm sözün dərin və həqiqi mənasında xəlqiliyi öz poeziyasının canına, qanına hopdurmuş coşqun təbli bir şair olmaqla yanaşı, həm də gorkəmli dramaturqdur. O, hələ ilk yaradıcılıq illərindən dramaturgiyaya həvəs göstərmiş, bu janrda qələmini sınayaraq "Çimnaz xanım yuxudadir" adli bir pərdəli komediya yazmışdır. Əsər həmin ildə məhşur aktyor Mirzağa Əliyevin köməyi ilə "Tənqid-təbliğ" teatrında tamaşaya qoyulmuşdur. 1931-ci ildə Süleyman Rüstəm yazıçı Hacıbaba Nəzərli ilə birlikdə "Yanğın" pyesini qələmə almışdır. Lakin S.Rustəmi dramaturq olaraq şöhrətləndirən onun məşhur "Qaçaq Nəbi" mənzum dramıdır. Dramda şair-dramaturq xalq qəhrəmanı Qaçaq Nəbinin ədalətsizliklərə qarşı mubarizəsini təsvir etmiş, romantik qəhrəmanlıq üslubunda onun obrazını yaratmışdir.
"Seçilmiş əsərləri"nin bu cildində müəllifin dramatik növün müxtəlif janrlarında yaratdığı uğurlu nümunələrdən "Cimnaz xanım yuxudadır" (1922), "Qaçaq Nəbi" (1940), "Durna" (1947) və "Gəldi-gedər" (1955-1969) toplanmışdır. 

İSBN 9952-418-56-3


© "ŞƏRQ-QƏRB", 2005