Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Dostluğun romanı". Yeni nəsil yazarın ilk bədii nəsr kitabı. Oxucular tərəfindən maraqla qarşılanan əsərin e-variantını təqdim edirik!

Müəllif:

Ənvər Yavəroğlu


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Ənvər Yavəroğlu yeni nəsil yazıçı olaraq "Dostluğun romanı" adlı ilk kitabını 3000 nüsxə olmaqla 2009-cu ildə çap elətdirib. Oxucular tərəfindən maraqla qarşılanan əsərin e-variantını təqdim edirik!


Baxış sayı: 179
    
    


 


Ənvər Yavəroğlu

(Ənvər Yavər oğlu Həsənov)

 

1982-ci il 21 iyulunda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1989-1995-ci illərdə həmin rayonun yaşadığı Ərəbyengicə kəndindəki orta məktəbdə təhsil alıb. 1995 - ci ildə Şərur Türk Litseyinə daxil olub. 1999 - cu ildə litseyi bitirib və Bakıdakı Qafqaz Universitetinin biznesin təşkili və idarə edilməsi fakultəsinə daxil olub. 2003 - cü ildə həmin universiteti bitirib.
2003 - cü ilin iyulundan 2005 - ci ilin yanvarınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında həqiqi hərbi xidmətdə olub.
Bakıya gələndən - 1999 cu ildən 2005 - ci ilədək özəl şirkətdə müxtəlif vəzifələrdə (satıcı, menecer) işləyib. 2005-ci ildən bu günədək həmin şirkətdə satış müdürü vəzifəsində işləyib. 2009-cu ildə eyni şirkətdə Amarketin müdiri olmuş, dekabr ayında isə özünün şirkətini quraraq onu idarə eləməyə başlayıb. Şirkətin adı "1001 Komiks"dir, Azərbaycana ilk dəfə ana dilində komikslər işləyiblər.

Ənvər yazıçı olaraq "Dostluğun romanı" adlı ilk kitabını 3000 nüsxə olmaqla 2009-cu ildə çap elətdirib.

Evlidir, bir övladı var.