ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Gəncə Dövlət Universiteti
Azərbaycan dili kafedrası
Yadigar Əliyev
"Ümumi mətnşünaslıq"
(«Kitabi-Dədə Qoqud» mətnlərinin linqvopoetik təhlili əsasında)
Dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 may 2007-ci il tarixli 640 saylı əmri ilə dərs vəsaiti kimi tövsiyə edilmişdir.
BAKI - 2007
Rəyçilər:
Nizami Cəfərov - Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi,
Məsud Mahmudov - AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor
Elmi redaktor:
Xəlil Yusifli - filologiya elmləri doktoru, professor
Əliyev Y.V. Ümumi mətnşünnaslıq («Kitabi-Dədə Qorqud» mətnlərinin linqvopoetik təhlili əsasında). Dərs vəsaiti. Bakı, 2007. - 248 səh.
Kitabda bədii mətnin təşkili mexanizmi, onun informativ strukturu, bədii mətn üçün səciyyəvi olan funksional-məzmun, strukturforma elementləri, şeir və nəsr mətnlərin fərqli xüsusiyyətləri, mürəkkəb sintaktik bütövlərin bədii mətn vahidi kimi formalaşması, bədii mətn dili üçün spesifik olan bədii təsvir və ifadə vasitələri sistemi, fonem, heca, intonasiyanın, ahəng qanununun bədii mətndəki rolu araşdırılır, «Kitabi-Dədə Qorqud»un dili üzərində aparılan müşahidələr əsasında türk bədii mətninə məxsus kontekstual struktur təhlil olunur.
Vəsait ali məktəblərin filologiya fakültələrində «Mətnşünaslıq», «Azərbaycan ədəbi dilinin tarixi» fənlərinin, Gəncə Dövlət Universitetində təhsilin magistr pilləsi üzrə «Kitabi-Dədə Qorqud»un linqvopoetikası» seçmə fənninin tədrisi üçün nəzərdə tutulmuşdur.
© Əliyev Y, 2007