Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Sonuncu döyüş". Fəlsəfi esse. Gənc yazarın fəlsəfi mövzudakı bu essesinin oxucularımız üçün maraqlı olacağını düşündük.

Müəllif:

Elçin Bayramlı


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:



Baxış sayı: 603
    
    


 

Elçin Bayramlı


"Sonuncu döyüş" 


fəlsəfi esse



Sevimli atam Bayram müəllimin əziz xatirəsinə ithaf edirəm...


Sonuncu müdrik öldürüləndə, sonuncu sevgi hekayəsi



Altay Strateji Araşdırmalar Mərkəzinin başqanı, yazar-publisist, araşdırmaçı jurnalist Elçin Bayramlı ölkə mətbuatında əsasən siyasi və iqtisadi mövzularda analitik məqalələrilə tanınıb. Yazarın bədii yaradıcılığına felyeton, pamflet, şeir, oçerk, esse və pritçalar daxildir.Türk tarixi və kültürü ilə bağlı araşdırmaların müəllifi kimi də tanınır. Onun fəlsəfi mövzudakı bu essesinin oxucularımız üçün maraqlı olacağını düşündük.




 Elçin Bayram oğlu 
Bayramlı 



Elçin Bayram oğlu Bayramlı 1975-ci ildə Tovuz şəhərində ziyalı ailəsində doğulub. 1991-ci ildə Adil Qasımov adına 1 saylı Tovuz şəhər orta məktəbini, 1995-ci ildə Azərbaycan Kooperasiya Universitetini bitirib. İxtisası- Marketinq. Telerejissorluq, informasiya texnologiyaları və jurnalistika üzrə "İnternews", IRI, USAİD, ATƏT, BMT və digər qurumlar tərəfindən təşkil olunmuş beynəlxalq səviyyəli master-kursları bitirib. 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında cəbhə bölgəsində hərbi xidmətdə olub.Jurnalist karyerasına 1998-ci ildə başlayıb. "Elçi", "Səs", "Bakinskiy Raboçiy" və s. qəzetlərdə müxbir, "Ekspress", "24 saat", "İki Sahil" qəzetlərinin yazarı, "Sm-Press" qəzetinin baş redaktoru, "Simurq" Tele-Radio Kompaniyasının (SmTv) baş redaktoru kimi fəaliyyət göstərib. Hazırda "Səs" İnformasiya Agentliyinin /SİA/ redaktorudur. Mediada ixtisaslaşması siyasi, sosial-iqtisadi və ekoloji problemlər üzrə olub. Qədim Azərbaycan tarixi və mədəniyəətinin araşdırmaçısıdır."Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri, "Ekoloq Jurnalistlər Birliyi"nin (EJB) koordinatoru, "Sağlam Toplum" İctimai Birliyinin (STİB) sədr müavinidir. "Turan-Production" studiyasının direktorudur. Bir sıra humanitar, ekoloji və sosial layihələrin rəhbəri və ya koordinatoru olub.10 telelayihənin müəllifi, 5 teleproqramın aparıcısı, 2 kitabın, 3 sənədli, 7 televiziya filminin ssenaristi və rejissoru, 100-dən artıq felyeton, şeir, esse, pritça, hekayə və pamfletin, yüzlərlə araşdırma məqalənin müəllifidir.Hazırda Bakı şəhərində yaşayır.

Ailəlidir, 1 övladı var.