Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Dağların sədası

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

İstedadlı yazıçı, AYB-nin və AJB-nin üzvü Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni yaradıcılıq hesabatı - növbəti romanı. Məhsuldar xanım yazar “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət“, "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 81
    
    


    
Anamın kitabı

Mahirə Nağıqızı

(müəllif)

Qısa Təsvir:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının və AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının yeni poetik kitabı. Kitabda istedadlı alim-yazarın dünyalarca sevdiyi anasına həsr etmiş olduğu şeir və hekayələrini, habelə nə qədər müdrik insan olduğunu öz həyatı ilə göstərən Nazlı xanımın deyimləri toplanıb. Mahirə Nağıqızının yaradıcılığı mövzu müxtəlifliyi və areal genişliyi ilə deyil, bütün insanlığın cavab axtardığı suallarla da özünəməxsusdur. O bəşəri suallara verilən inandırıcı cavabların hər birinin məna yükünün oxucusunu özünə çəkəcəyini əminliklə demək mümkündür.


Baxış sayı: 73
    
    


    
Laçın həsrətim / Laçın hasretim / Лачин боль моя / Lachin is my pain

İradə Əlili

(müəllif)

Qısa Təsvir:

Bu nəşr İradə Əlili ilə Sevinc Rzanın qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük hadisələrindən olan Laçın və başqa rayonları güllə atmadan geri qaytaran Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası, eləcə də bölgə haqqında 4 dilidə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 94
    
    


    
Zəfər yolu / Zafer yolu

İradə Əlili

(müəllif)

Qısa Təsvir:

Bu nəşr İradə Əlili ilə Vuqar Şahinoğlunun qələmə adığı, II Qarabağ - Vətən müharibəsində qazanılan Zəfərin ən böyük müəllifi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyası haqqında ana dilimizdə və türkcə sənədli-puplisistik toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 98
    
    


    
Günəşlə barışmışam

Qumru Qüdrət Naxçıvanlı

(müəllif)

Qısa Təsvir:

İstedadlı şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvüünün bu növbəti şeirlər kitabıdakı lirik əsərlərində də xanım müəllif zəmanənin və zamandaşlarının poetik-lirik obrazlarını yaratmağa çalışır, çağdaş insanın duyğularını şeiriyyətə köçürür...


Baxış sayı: 108
    
    


    
Ölümsüz Qəhrəmanlar

Gülayə Könül (Rzayeva)

(müəllif)

Qısa Təsvir:

Toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən reallaşdırılan "İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” üçaylıq layihəsi çərçivəsində nəşr olunub.


Baxış sayı: 93
    
    


    
Culfa şəhidləri

Rauf İlyasoğlu

(müəllif)

Qısa Təsvir:

Sənədli-ensiklopedik məlumat kitabında Naxçıvanın Culfa rayonundan olan I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimiz, eləcə də Vətən savaşında şücaət göstərimiş qazimiz, Vətən Qəhrəmanı Qəzənfər Bağırlı haqqında məlumatlar toplanıb.


Baxış sayı: 90
    
    


    
Mənə qərib deməyin

Qumru Qüdrət Naxçıvanlı

(müəllif)

Qısa Təsvir:

Məhsuldar şairənin sayca beşinci, yeni şeirlər, eləcə də iki poeması – “Yazgül və Süleyman” və “Atamın həyatı” adlı iri həcmli epik əsərlərdən ibarət kitabı.


Baxış sayı: 105
    
    


    
Kiaskarın son savaşı

Qəni Camalzadə

(müəllif)

Qısa Təsvir:

Kitabları Azərbaycanda və xaricdə nəşr olunan tanınmış yazıçı-publisistin tarixi romanı uzaq tariximizin ən qalmaqallı səhifələrinə həsr olunub. Topluda yazıçının yeni oxunaqlı hekayələri də verilib.


Baxış sayı: 251
    
    


    
Vüsal Yurdoğlu. "Mən möcüzə gözləyirəm". İstedadlı şairin yeni şeirlər kitabı.

Vüsal Yurdoğlu

(müəllif)

Qısa Təsvir:

Vüsal Yurdoğlu. "Mən möcüzə gözləyirəm". İstedadlı şairin yeni şeirlər kitabı. 


Baxış sayı: 107
    
    


    
Ceyhun Məmmədov. "Ağlayan buludlar". Gənc yazardan ilk ədəbi axtarışların məhsulu. Çoxsaylı qramatik və leksis, eləcə də dil xətalarına baxmayaraq, öz redaktəsində dərc edilən bu kitabda azad fikr havası var.

Bələdçi

(müəllif)

Qısa Təsvir:

Ceyhun Məmmədov. "Ağlayan buludlar". Gənc yazardan ilk ədəbi axtarışların məhsulu. Çoxsaylı qramatik və leksis, eləcə də dil xətalarına baxmayaraq, öz redaktəsində dərc edilən bu kitabda azad fikr havası var. Kitab iki şəhərə ayrılır. Hekayələr və şeirlər şəhəri. Hər iki şəhərə daxil olarkən, özünüzlə çətir götürməyin. Çünki üzərinizə yağacaq kəlimələri hiss etməyə çalışın. Şüurunuzun ən dərin qatlarına enəcək, cümlələr. Qorxmayın, bu sizin xeyirinizədir. Daha dərin düşünmək və özünüzü dərk etmək diləyi ilə.


Baxış sayı: 98
    
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. I cild. Bu cildə şairin klassik Azərbaycan divan ədəbiyyatını tələblərinə uyğun qələmə aldığı lirik poetik əsərləri daxil edilib

Seyid Əzim Şirvani

(müəllif)

Qısa Təsvir:

"Seçilmiş əsərləri". Üç cilddə. I cild. Bu cildə şairin klassik Azərbaycan divan ədəbiyyatını tələblərinə uyğun qələmə aldığı lirik poetik əsərləri daxil edilib


Baxış sayı: 92