"Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü". Biblioqrafiya. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının hazırladığı biblioqrafik göstəricilər toplusu.
Xarici ölkələrin Azərbaycan Respublikasındakı rəsmi səfirlik və konsulluqların məlumat kitabı. AR XİN nəşri (İngilis dilində, BAKU APRIL, 2013). REPUBLIC OF AZERBAIJAN MINISTRY OF FOREIGN AFFAIRS STATE PROTOCOL DEPARTMENT DIPLOMATIC LIST.
"Azərbaycan Qeyri-Hökumət Təşkilatları" (sorğu-məlumat kitabı). Kitabda Azərbaycan qeyri-hökumət təşkilatları, onların fəaliy yət istiqamətləri və həyata keçirdikləri layihələr haqqında sorğu məlumatları verilmişdir. Kitab QHT-lərin əlaqələndirilməsi məqsədilə çap edilmişdir.
Araz Gündüz. "Türk dilində kimlik bildirən adlar...." (Qısa yozumları ilə). Rusiyada yaşayan yazıçı-tərcüməçi, fəlsəfə bilicisi və tədqiqatçının türk adları ilə bağlı kulturoloji araşdırması... Bu kitabda verilmiş adların, duyub-bildiyimiz yerəcən qısa yozumlarını da vermyə çalışmışıq, bir də oxucularımızın özgürlüyünə, gözüaçıqlığına, sayıb-seçmək, götürqoy etmək bacarıqlarına güvənərək, adları qadın ilə kişi adları olaraq ayırd etməmişik.
"Аzərbaycan Media Katoloqu" кitabı ölkəmizin yazılı və elektron, eləcə də İnternet KİV barədə məlumatları özündə birləşdirir və üç dildə - azərbaycanca, rusca, ingiliscə nəşrə hazırlanıb...
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.

"Azərbaycanca - rusca lüğət". Dörd cilddə. Dördüncü cild. Bakı Slavyan Universiteti tərəfindən yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri. Bu lüğətdə 75 000 söz və ifadələrin tərcüməsi verilib. Lüğətin ilk nəşri 1985-2000-ci illəri əhatə edib və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib...