Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müxtəlif tarixi məsələlərə işıq salınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.
Kitab Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid Ailələrinə Sosial Dəstək İctimai” Birliyi tərəfindən reallaşdırılan dördaylıq layihə çərçivəsində hazırlanb.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” adlı ikiaylıq layihə çərçivəsində hazırlanmışdır: burada dünyaya səpələnmiş 60 milyonluq soydaşımızı birləşdirən vətənpərvərliyin təbliğinə həsr olunmuş elmi-mədəni yazılar toplanıb.
Faiq Səfərov (Balabəyli), Elnur Nəhmət və Kəmalə Səfərova. Kitabda I Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın suverenliyi uğrunda gedən döyüşlərdə,Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.
Tahir Həsənli. "Qaçaq Mayıl dastanı". Tarixi-publisistik kitab. "Yerfililər", "Yerfi töhfələri" kitablarının və bir çox məqalələrin müəllifi Tahir Həsənli yaşadığı ərazi ilə bağlı axtarışlarının davamı kimi XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsində igidliyi və rəhbərliyi ilə tanınmış, Qaçaq Mayıl adı ilə məşhurlaşmış tarixi şəxsiyyətin fəaliyyəti ilə bağlı "Qaçaq Mayıl dastanı" adlı əsərini sizlərə təqdim edir. Müəllif əsərdə Qaçaq Mayılın gələcək nəsillərə təqdim ediləsi müsbət cəhətləri fonunda onun bədiiləşmiş obrazını yaratmışdır.
Natiq Əliyev. "Heydər Əliyev fenomeni və ordu quruculuğu". Elmi-publisitik kitab. Cavan hərbiçi-zabit və şair N.Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin ordu quruculuğuna həsr olunmuş araşdırması.
Айдын Гаджиев. "Все понять, но не все простить" (Воспоминания и размышления о Назиме Гаджиеве). Aydın Hacıyev. "Hər şey aydındır, amma hamını bağışlamaq olmur". (Nazim Hacıyev haqqında xatirələr və düşüncələr). Rus dilində...
Ayətxan Ziyad. "Zaur Ustacın uşaq dünyası". Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-jurnalist,tədqiqatçı Ayətxan Ziyad "Gülüzənin şeirləri" kitabını tədqiqat müstəvisinə çıxardaraq Zaur Ustacın uşaq dünyasına səyahət edir. Müəllif Zahid Xəlil və Zaur Ustac yaradıcılığında paralellər apararaq, vəsait istifadəçilərinə tövsiyələr verir.
Fatma Həsənqızı. "Acılı-şirinli günlər. Şəddat Cəfərli - 80". “Azərbaycan çağdaş milli sənədli-publistik ədəbiyyatı” silsiləsindən bu kitab tanınmış ictimai-mədəni xadim, peşəkar poliqrafçı və yazıçı Ş.Cəfərovun həyat və yaradıcılığına həsr olunub...
"Azərbaycan tarix yazır: yolumuz Qarabağadır." Prezident və Ali Baş Komandan, II Qarabağ Müharibəsinin Qalib Fatehi İlham Əliyevin xalqa müraciətləri, daxili və xarici KİV nümayəndələrinə verdiyi müsahibələr toplusu. YYSİB-nin hərbi-vətənpərvərlik, kulturoloji elektron kitablar layihəsi.