Ədəbi prosesə lirik şeirlər balaca oxuculara ünvanlanmış əsərlər müəllifi kimi qoşulmuş istedadlı pedaqoq-şairənin bu yeni kitabı uşaq ədəbiyyatının maraqlı nümunələrini özündə cəmləyir. Uşaqlar üçün poetik və bədii nəsr əsərlərindən ibarət toplu.
Tanınmış istedadlı şair-publisist, Manasşünas alimin öz doğma anasına, eləcə də Vətənə, xalqa, Qarabağa - Kəlbəcərə həsr etdiyi lirik-fəlsəfi şeirlər kitabı.
Kitab II Qarabağ - Vətən müharibəsinin başlanması və ilkin səbəbləri, 44 günlük Vətən müharibəsinin xronologiyası, bu savaşda xüsusi qəhrəmanlıq, şücaətlər göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin igidləri, şəhid və qaziləri, Milli Ordunun qəhrəman əsgərləri haqqındadır.
Kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən vətənpərvərlik layihəsi çərçivəsində hazırlanıb
Görkəmli yazıçı-publisit, tanınmış romanist əsərləri xarici dillərə çevrilərək Rusiya, ABŞ, Türkiyə, İranda və başqa ölkələrdə çap olunan müəllifin dini-mənəvi mövzuda qələmə aldığı yeni oxunaqlı romanı.
Məhəmməd Bəylər Aranlı. "Salam, Ulu Türk". Poetik toplu. Bu kitab Məhəmməd Bəylər Aranlının sayca 7-ci kitabıdır. Müəllif bütün yaradıcılıq xəttinə sadiq qalaraq yeni kitabında da Vətənə məhəbbət, istək hər misralarında görünməkdədir. Müləllif yeni yazdığı bu əsərdə insanları haqqa-ədalətə, düzlüyə səsləyir.
Etibar Vəliyev. "Analı dünyam". Poeziya kitabı. AYB üzvü, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, Lənkəranda yazıb-yaradan istedadlı şair-publisitin lirik-ictimai şeirlərindən ibarət yeni e-kitabı.
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların növbəti poetik toplusu. II kitab. Bu toplu Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.