Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb.Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər.
İstedadlı, məhsuldar gənc şairin oxunaqlı poetik nümunələrdən ibarət üçüncü kitabının elektron variantı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirir, yeni nəslin həyata baxışlarını, gənclər arasında sevgi, dostluq, vətənsevərlik, milli-mənəvi dəyərlərə sayğı kimi hissləri poetik dillə, fəlsəfi mühakimələrlə təbliğ etməyə çalışır...
İstedadlı şair-publisist, araşdırmaçı, tərcüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvünün bu yeni e-kitabındakı tarixi-dini mənzum faciəsində müəllif İslam dünyasının tanınmış nəhəng simalarından biri - İmam Hüseyn və azadlıq eşqi haqqında epik-fəlsəfi fikirlərini poetik formada verməyə çalışır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri - romanı: e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
"Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanan bu e-kitab - şəhid kəşfiyyatçı İlqar Əhmədov ilə qardaşı Vüqar Əhmədovun həyat və şərəfli döyüş yolundan bəhs olunur.
II Qarabağ müharibəsi iştirakçısının atası, şəhid əmisi olan istedadlı cavan nasirin Vətən müharibəsinin şanlı hadisələrinə həsr olunmuş sənədli-bədii romanı. Roman ilk dəfə "Dəmir Yumruq əməliyyatı 44" adıyla işıq üzü görüb
Kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən vətənpərvərlik layihəsi çərçivəsində hazırlanıb
İstihbarat örgütrleri. Ali Asgar ve başkaları. Kəşfiyyat təşkilatları. Əli Əsgər və başqa müəlliflərin dünyanın ən böyük məxfi qurumları haqqında qələmə aldıqları araşdırma yazılarından ibarət toplu. Türkiyədə, türkcə işıq üzü görüb.
İ.Goethe. "Genç Werther"in acıları". İ.Höte. "Gənc Verterin iztirabları". Türk dilində. Dünya və Almaniya ədəbiyyatının maraqlı fəlsəfi-bədii əsərlərindən biri!