Qədim Midiyadan bizə yadigar qalan, ilk dini kitablardan sayılan "Avesta"nın birinci kitabının - "Yəştələr"in talış dili üzrə ekspert İradə Dodo Məlikova tərəfindən talış dilində tərcüməsi. Kitab Azərbaycan multikulturazminin dəyərli nümünəsi olaraq talış xalqının adət-ənənələrinin və milli dəyərlərinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Müştərək müəlliflərin - Samid Quliyev və Etibar Babayevin elmi-tarixi araşdırması olan bu kitab Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları haqqında unikal nəşrdir. Kitab Azərbaycanda, o cümlədən Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Burada Lənkəranın tarixi, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilmişdir.Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Çağdaş ədəbiyyatımızın istedadlı və məhsuldar cavan nümayəndəsinin yenicə işıq üzü görmüş kitabı. Kitаbdа tanınmış istedadlı şairənin müxtəlif illərdə qələmə aldığı aforizmlər, fəlsəfi fikirlər, düşüncə parçaları toplanıb.Müəllifin yazdığı aforizmlər əvvəlki kitabı kimi elmi-fəlsəfi düşüncələrində özünü ehtiva edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının və AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının yeni poetik kitabı. Kitabda istedadlı alim-yazarın dünyalarca sevdiyi anasına həsr etmiş olduğu şeir və hekayələrini, habelə nə qədər müdrik insan olduğunu öz həyatı ilə göstərən Nazlı xanımın deyimləri toplanıb. Mahirə Nağıqızının yaradıcılığı mövzu müxtəlifliyi və areal genişliyi ilə deyil, bütün insanlığın cavab axtardığı suallarla da özünəməxsusdur. O bəşəri suallara verilən inandırıcı cavabların hər birinin məna yükünün oxucusunu özünə çəkəcəyini əminliklə demək mümkündür.
Azərbaycan ədəbiyyatının istedadlı və məhsuldar nümayəndəsinin yeni kitabının e-variantı. Məhsuldar müəllifin indiyə qədər 10 toplusu - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları nəşr olunub. Bu yeni kitabında üç iri həcmli lirik-epik nümunəsi, eyniadlı əsəri, eləcə də "Oğru qadın" və "Tovuz şəhidləri" poemaları toplanıb. Ana və Vətənə məhəbbət, insana sayığı, şəhidlərə və qazilərə sevgi kimi hisslər bu kitabın əsas motivlərini təşkil edir. Özünəməxsüs dəst-xətti, orjinal forma və məzmun əlvanlığı, fərqli deyim tərzi, ifadə zənginliyi müəllifi yaradıcılığında qırmızı xətt kimi keçir.
Kitaba ilk dəfə tam şəkildə Azərbaycan dilinə poetik tərcümə olunan “ Avesta”nın “Yasna” hissəsi daxil edilib. “Avesta” Zərdüştiliyin müqəddəs kitabı sayılır və ilk dinlərdəndir.
Bu e-nəşr II Qarabağ - Vətən müharibəsinin haqqında sənədli romanın elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
Samir İmanovun bu yeni e-kitabı da “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanıb. Kreativ layihə Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilir və YYSİB tərəfindən reallaşdırılır.
Kitab ruhi kamilləşmə mövzusuna həsr olunub: qədim Şərqin - Hindistanın inanc yoluna, buddizmin müxtəlif istiqamətlərinə həsr olunub. Nəşrdəki fikirlər və mövqelər müəllifə məxsüsdur, portalın mövqeyini əks etdirmir.
Kitab Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid Ailələrinə Sosial Dəstək İctimai” Birliyi tərəfindən reallaşdırılan dördaylıq layihə çərçivəsində hazırlanb.
Astara rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitablardandır. Kitab elmi-informativ, fakt və məlumaların zənginliyi, məzununun mükəmməliyi baxımından diqqət çəkir.