Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

e-Kitabxana

Kateqoriyalar:

  A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z

    
Bir səhvin qurbanı

Vüqar Türkanlı, Rəna Vüqarlı

(müəllif)

Qısa Təsvir:

Müştərək müəlliflərin yazdıqları “Bir səhvin qurbanı” kitabında siz bir narkoman atanın keçdiyi keşməkeşli həyat hekayəsi ilə tanış olacaqsınız. Həyatda hər bir addımı düşünərək atmalıyıq. Yoxsa qarşıda bizi çox əziyyətlər gözləyər. Bəzən bizim düşünmədən atdığımız addımların, səhvlərin qurbanı övladlarımız olar.


Baxış sayı: 852
    
    


    
Birlikdə düşünək / İvırədə bışınəmon

İradə Dodo Məlikova

(müəllif)

Qısa Təsvir:

"Dodo" qəzetinin baş redaktoru, talış dili üzrə ekspert kimi tanınan müəllifin iki dildə - Azərbaycanca və Talıçca məqalələr toplusu. Kitab Azərbaycan multikulturazminin dəyərli nümünəsi olaraq talış xalqının adət-ənənələrinin və milli dəyərlərinin qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu e-nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 675
    
    


    
Bir zamanlar DTK

Yalçın Nəbiyev

(müəllif)

Qısa Təsvir:

Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müx­tə­lif tarixi məsələlərə işıq sal­ınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında möv­qe­yi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.


Baxış sayı: 1047
    
    


    
Bir az daha ömür sürək dünyada

Firuzə Məmmədli

(müəllif)

Qısa Təsvir:

Kitаbdа şаirin xаtirələri, onа yаzılmış аd günü təbrikləri, son illərdə yаzdığı şeirlərin bir qismi, eləcə də müsаhibələri verilmişdir. Tanınmış şairə-publisit, görkəmli alimin bu poetik toplusundakı son illərin lirik-fəlsəfi, eləcə də poetik-vətənpərvərlik əsərləri yer alıb. Yaşının müdriklik şağında şairə zamandaşına deyiləsi sözlərini şeirə gətirir: həyat yaşantıalrı, ömür sirləri, sevginin xiffəti, həqiqətin incəlikləri əsl sənət baxışlarından keçirilərək oxucularına təqdim olunur.


Baxış sayı: 670
    
    


    
Bir qapılı iki məhlə

Dərya Qılıc

(müəllif)

Qısa Təsvir:

Tanınmış, məhsuldar nasir, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri: roman - e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 659
    
    


    
Boz dünyaya səyahət

Yeqzar Cəfərli

(müəllif)

Qısa Təsvir:

İstedadlı cavan yazıçının poeziya və bədii nəsr kitabı. "Boz dünyaya səyahət" etmək istəyirsiniz? O zaman mavi ekrandan bir az uzaq əyləşin. Özünüzə əylənmək üçün rahat bir guşə seçin. Sevincinizi və kədərinizi də götürməyi unutmayın! Bir az sonra, “Boz kəpənək” qarşınızda uçmağa başlayacaq. Onun kövrək qanadlarına toxunduqca, həzin bir boşluğa düşəcəksiniz. “Qəhvəyi pencəkli oğlan”ın hekayələri sizə özünüzdən danışacaq. “Daşlar ulduzlarla görüşəndə” isə indiki zamandan qopub keçmişlə gələcək arasında var-gəl edəcəksiniz. Nəyahət, özünüzü elə bir Yerdə tapacaqsınız ki, bura nə olmaq istəyəcəyiniz yerdir, nə də olmaq istəməyəcəyiniz. ...Daha boz rəng sizi qorxutmayacaq...


Baxış sayı: 680
    
    


    
Böyük gələcəyə baxış

Abdulla Qurbani

(müəllif)

Qısa Təsvir:

Bu nəfis kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinə həsr olunur. Təqdim olunan elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 671
    
    


    
Beş ulduz

Güləmail Murad

(müəllif)

Qısa Təsvir:

Bu yeni e-nəşr Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş ağstafalıların əziz xatirəsinə ithaf olunmuş poetik-publisistik kitabın elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində, əlavə olaraq hazırlanaraq yayımlanır.


Baxış sayı: 651
    
    


    
Bizim Vağzalımız çalınmayacaq

Ağaverdi Nəsirov (Ağa Aqil)

(müəllif)

Qısa Təsvir:

Bu e-nəşr əslən Qubadlıdan olan şairin II Qarabağ - Vətən müharibəsi haqqında poetik-lirik əsərlərdən ibarət toplusunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 642
    
    


    
Bu yol Şuşa yoludur

Əli Cabbarov

(müəllif)

Qısa Təsvir:

Bu e-nəşr II Qarabağ - Vətən müharibəsinin şəhidləri haqqında bədii-publisistik məqalələrdən ibarət toplunun elektron variantıdır. E-kitab "Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması" - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.


Baxış sayı: 643
    
    


    
Biznes-motivasiya

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

(müəllif)

Qısa Təsvir:

İqtisadi-innovativ məqalələr toplusu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsi çərçivəsində nəşrə hazırlanaraq yayımlanır.


Baxış sayı: 716
    
    


    
Bir damla göz yaşı / В капле слезы тоска по земле / Homesickness in a teardrop

Bələdçi

(müəllif)

Qısa Təsvir:

İradə Əlili, Nazim Tapdıqoğlu. Bir damla göz yaşında torpaq həsrəti. / Ирада Алили, Назим Тапдыкоглу. В капле слезы тоска по земле. / Irada Alili, Nazim Tapdigoghlu. Homesickness in a teardrop. Azərbaycan, rus və ingiliscə. Publisitik-sənədli toplu


Baxış sayı: 649